Geri SSRİ-yə. Gürcüstanın 7 şəhəri özünüidarəetmə statusundan məhrum olur.
şəhər Zuqdidi
Gürcüstan prezidenti, müxalifət və qeyri-hökumət sektoru yekdilliklə Gürcüstanın yeddi şəhərində özünüidarəetməsi olan şəhər statusunun ləöv edilməsi ilə bağlı özlənilən islahatı tənqid edirlər.
“Bu, geriyə atılan addımdır”, – ekspertlər deyir.
Regional İnkişaf və İnfrastruktur Nazirliyinin təklifi reallaşdırılarsa. Ambrolauri, Axadsixe, Qori, Zuqdidi, Telavi, Msxeta, Ozurqeti şəhərləri “özünüidarəetmə” statusundan məhrum olacaqlar.
Bu status şəhər sakinlərinə sərbəst şəkildə meri seçmək imkanı verir. Yerli hakimiyyət büdcəni müstəqil şəkil formalaşdıra, vergi və ödəmələri təyin edə bilir. Hazırda hakim “Gürcü arzusu” partiyası özünün 2014-cü ildə qəbul etdiyi qanunun dəyişməyə çalışır. 2014-cü ildə bir neçə şəhərin əhalisi ilk dəfə mer və qamqebeli
(rayonkəndadminisrasiya rəhbərlərini) seçdi. Bu cür seççkiqabağı vəd 2012-ci ildə “Gürcü arzusu”nun seçkçiqabağı kampaniyası zamanı səsləndi. 2012-ci ildə müxalifətdə olan İvanişvilinin koalisiyası Saakaşvilini zəif özünüidarə etmə sisteminə görə tənqid edir, qələbə çaldığı halda regionlara daha böyük sərbəstlik verməyə vəd edirdi.
Bu gün Gürcüstanda özünüidarəetmə statusu olan 12 şəhər var. “Gürcü arzusu”nun islahatı reallaşarsa, 5 şəhər qalacaq – Tbilisi, Batumi. Rustavi, Kutaisi və Poti.
Bütün əhəmiyyətli dəyişikliklər kimi bu islahat da seçkiqabağı dövrə təsadüf edir. 2017-ci ilin payızında Gürcüstanda özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Gürcüstan parlamenti 2017-ci ilin payızına qədər müvafiq dəyişiklikləri qəbul edərsə, seçkilər yeni qanun üzrə keçiriləcək. Öz addımlarını əsaslandırmağa çalışan hakmiyyətin əsas arqumenti belədir: şəhərlərə “özünüidarəetməsi olan şəhər” statusu verilənədən sonra inzibati xərclər xeyli artdı və büdcə üçün qaldırılmaz yükə çevrildi.
Bu zaman hakimiyyət nümayəndələri deyir ki, daxilolmalar artmayıb, xərclərin effektivliyi azalıb, yerlərdə xidmət keyfiyyəti artmayıb, əlçatımlığı da asanlaşmayıb.
2017-ci ilin büdcəsində yuxarıda qeyd olunan yeddi şəhər administrasiya əməkdaşları üçün 10 milyon lari (4 milyon dollardan çox) nəzərdə tutulub. Regional İnkişaf Nazirliyində deyirlər ki, xərcələrin bu maddəsinin kəsilməsi bələdiyyələrin vəziyyətinə və onların sərbəstliyinə təsir etməyəcək. Qənaət olunmuş vəsaiti isə daha effektiv istifadə etmək olar. Regional İnkişaf Nazirliyi artıq sakrebuloya (yerli məşvərət orqanlarına) bu təşəbbüslə müraciət ediblər ki,
Qeyri-hökumət təşkilatlarının nümayəndələri bildirir ki, yerli bələdiyyələr onlardan bu məsələdə dəstək tələb edən mərkəzi hakimiyyətin təzyiqi ilə üzləşirlər.
“Bu günlərdə yerlərdən belə bir məlumat daxil olub ki, sakrebulo üzvlərini Tbilisiyə çağırıb, yekdilliklə özünüidarəetmə statusununu ləğvi ilə bağlı təşəbbüsü dəstəkləməyi tapşırıblar”, – Beynəlxalq Vətəndaş Mədəniyyəti Mərkəzinin rəhbəri Kote Kandelaki deyir.
Ötən həftə 21 QHT-nin verdiyi bəyanatda deyilir ki, “hökumətin cəmiyyətlə heç bir məsləhətləşmələr aparılmadan işləyib hazırladığı təşəbbüs sovet dövründəki kimi rayonların ərazi bölgüsünü nəzərdə tutur”.
Hökumət təşəbbüsünün yerlərdə müzakirəsinə artıq başlanılıb. Misal üçün, Ozurqeti və Poti sakrebulolarının üzvləri artıq öz şəhərlərindən özünüidarəetmə statusunun alınması təklifini dəstəkləyiblər.
Regionlarda proses kiifayət qədər səs-küylü keçir. Misal üçün, Ozurqetinin ixtimai fəalları Gürcüstanda özünüidarəetmənin öldüyünə işarə edərək. Sakrebulnun qarşısına matəm şələngi qoydular.
İslahatlara qarşı Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili də çıxış edir.
Onun sözlərinə görə, mərkəzi öz vətəndaşlarına göstərdiyi etimadsızlıq tamamilə əsassızdır. “Özünüidaəetməni ləğv etmək nəyə lazımdır? Çünki bu, ucuzdur? Yox, əslində bu, daha baha başa gələcək. Ölkəi mərkəzdən idarə edəndə, səhvələrin buraxılmaı riski artır”, – deyə prezident bildirib.
İslahatı eskpertlərin byük hissəsi və müxalifət də geriyə atılan addım hesab edir.
Özünüidarəetmə məsələləri üzrə ekspert, Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin nümayəndəsi Levan Alapişvili öz təşəbbüsü ilə çıxış edir. O, prezidentə özünüidarəetmə orqanlarına vaxtından əvvəl seçkilər təyin etmək təklifi ilə müraciət edir ki, hakim komanda öz təşəbbüsünə qanunverici xarakter verə bilməsin.
“Başqa çıxış yolu görmürəm. Ola bilsin, bu, Gürcüstan demokratiyasının vəziyyətini ağırlaşdıran prosesi dayandırmaq üçün yegqanə və son imkandır”, – Alapişvili deyir.