“Gender” və “Liberalizm” təhlükəlidir!”
“Təhsil Nazirliyi Avropa İttifaqının tapşırığı ilə sentyabr ayından uşaqlarımıza qarşı hücum planlaşdırır, – Təhsil və Elm Nazirliyinə ünvanlanan və məşhur incəsənət xadimləri ilə ictimaiyyət nümayəndələri tərəfindən imzalanan petisiya belə sözlərlə başlayır.
Söhbət məktəblərdə yeni fənn olan “Mən və cəmiyyətdən gedir ki, onun da tədrisinə ibtidai siniflərdə 2017-ci ildən başlanılması planlaşdırılır.
Həmin fənn üzrə nə dərslik, nə də konkret dərs proqramı hələ ki mövcud deyil, bununla belə o artıq “həyəcan təbilinin çalınmasına səbəb oldu. Onlarla insan tərəfindən imzalanan və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan petisiya məhz belə adlanır.
Petisiyanı imzalayanların dediyinə görə, həyəcana səbəb “Kompas adlı kitab oldu. Həmin kitab Gürcüstan Təhsil və Elm Nazirliyinin rəsmi saytının biblioqrafiya bölməsində yerləşdirilmişdir. Bu isə o deməkdir ki, pedaqoq ondan məktəb dərsliyi kimi istifadə edə bilər. Kitabda məktəblilərlə müxtəlif mövzuları o cümlədən də misal üçün seksual azlıqlarla bağlı mövzunu müzakirə etməklə bağlı məsləhətlər verilir və misallar gətirilir.
Kitabda həm də “gey, “seksual orientasiya, “gender oxşarlığı kimi sözlər və terminlərdən istifadə olunur.
Petisiyanı imzalayanlar hesab edir ki, yeni “Mən və cəmiyyət fənni “bir tərəfdən insan beynini iyrənc və dəhşətli homoseksuallıq və əxlaqsızlıq psixologiyası ilə zəhərləyir, digər tərəfdən də dini və milli idrakın deqradasiyasına xidmət edir.
“Bu məktəb fənni uşaqların gey kimi seksual tərbiyəsini nəzərdə tutur, – bunu petisiyanın müəllifi və təşəbbüskarı, filoloq Quram Palanvandişvili deyir.
Təhsil və Elm Nazirliyində qeyd edirlər ki, petisiya müəlliflərinin narahatlığına səbəb olan məsələlər ümumiyyətlə mövcud deyil.
“Petisiyanın məqsədi qəsdən cəmiyyətdə çaşqınlıq yaratmaq və təhsil sisteminə qara yaxmaqdır. Bu, təxribatdır, – Təhsil və Elm Nazirliyinin bəyanatında bildirilir. Bəyanatda bir daha qeyd olunur ki, yeni məktəb fənni üzrə dərslik hələ ki, işlənib hazırlanmaqdadır və bu işə müxtəlif ictimai qruplar o cümlədən də patriarxiya cəlb olunub.
Amma görünür ki, “həyəcan təbili Təhsil və Elm Nazirliyində narahatlıq doğurdu, çünki “Kompas kitabı nazirliyin rəsmi saytından silindi.
Petisiyanın müəllifi Quram Palavandişvili təhsil və elm nazirindən konkret açıqlama gözləyir:
“Nazirə güvənməyimiz üçün biz əmin olmalıyıq ki, o homoseksuallığı günah sayır, qoy etiraf etsin ki, bu əxlaqsızlıqdır, qoy desin ki, bu mövzuya məktəbdə yer yoxdur, – deyə o bildirir.
İctimaiyyət nümayəndələrindən başqa yeni fənnə qarşı ölkənin ən qüdrətli institutu olan – kilsə çıxış edir. Kilsə müntəzəm olaraq, Təhsil və Elm Nazirliyi ilə əməkdaşlıq edir, onun fəaliyyətini izləyir və bəzən də öz düzəlişlərini edir.
Hələ 1993-cü ildən Patriarxiyada ölkənin təhsil sisteminin işinə qarışmaq və ona öz məsləhətlərini və tövsiyələrini vermə səlahiyyətlərinə malik olan təhsil mərkəzi mövcuddur.
Patriarxiyanın təhsil mərkəzinin rəhbəri, keşiş İoann deyir ki, nazirlik əksər vaxtlarda patriarxiyanın məsləhətlərini və tövsiyələrini nəzərə alır, o konkret misallar da gətirir.
“Bizim məsləhətimiz ilə 3-cü sinif məktəb dərsliklərindən “gender və “liberal dəyərlər kimi terminlər çıxarıldı. Bu cür terminlər bizim mentalitet üçün təhlükəlidir. “Liberal dəyərlər siyasi termin sayılır. Biz hesab edirik ki, məktəblərin siyasiləşdirilməsinə yol vermək olmaz… “Genderə gəlincə isə, neçə cins var? İki. “Genderdə isə onlar əllidən çoxdur. – keşiş İoann deyir.
Onun sözlərinə görə, heç də bütün fərqlər yol verilən deyil:
“Yuxarı siniflərdə seksual deyil, dini və etnik azlıqlar haqqında danışmaq lazımdır. Bu mövzu onsuz da televizorda geniş reklam olunur. Dərs prosesi zamanı onun haqqında danışmaq olmaz.
“Mən və cəmiyyət məktəb fənninin standartı, onun mahiyyəti işlənib hazırlanmaq mərhələsindədir. Cəmiyyətin bir hissəsinin etirazı və mövzuya birmənalı olmayan münasibət tibbi-psixoloji “Tanadqoma (“Həmrəylik) mərkəzini Təhsil və Elm Nazirliyi ilə birlikdə xüsusi tədqiqat aparmağa vadar etdi, bu tədqiqat cəmiyyətin yeni fənnə və onun mahiyyətinə olan münasibətini üzə çıxarmalı idi.
Tədqiqatda Tbilisi, Kutaisi, Zuqdidi, Batumi və Telavinin 60-dan çox məktəb müəllimləri və şagirdlərin valideynləri iştirak etdi.
Məlum oldu ki, ancaq ailə, sağlam həyat tərzi, ətraf mühit, məktəblilər arasında zorakılığın prevensiyası, vətənə məhəbbət və s. kimi mövzularla bağlı maraq var.
Din, azlıqlar və gender kimi mövzulara qarşı münasibətdə isə sorğuda iştirak edənlər böyük ehtiyat nümayiş etdirdilər.
Məhz bu münasibət səbəbindən də yeni fənnin standartının ilkin versiyası dəyişikliklərə məruz qaldı və bu mövzular proqramdan çıxarıldı:
“Əvvəl din mövzusu standartın işçi versiyasında yer almışdı. Biz multietnik mühitdə yaşayırıq və bir-birimizə qarşı tolerant olmalıyıq. Düzdür bu mübahisəli məsələ olmuşdur və indiki son versiyada din ümumiyyətlə yoxdur. Genderə gəlincə isə standartın ilkin versiyasında o, oğlan və qızlar üçün eyni imkanların olması baxımından nəzərdən keçirilirdi. Həm qız, həm də oğlan evdə eyni şəkildə valideynlərinə kömək etməlidir, uşağı öyrətmək lazımdır ki, övladların tərbiyəsində ata və ana eyni dərəcədə iştirak etməlidir və s. Gender məsələsi məhz bu şəkildə nəzərdən keçirilirdi, baxmayaraq ki, sonda o mübahisə predmeti oldu və bu, mövzunun çıxarılmasına gətirib çıxardı, – tədqiqatın müəllifi Serqo Çixladze deyir.
Narqiza Kakuliya Zuqdidi şəhər iki saylı orta məktəbinin ibtidai sinif müəllimidir. Ola bilsin gələn ildən onun şagirdləri yeni “Mən və cəmiyyət fənnini keçəcəklər.
Hazırda o nə tədris metodikası, nə yeni kitab haqqında məlumata malik deyil.
Narqiza Kakuliya şagirdlərlə tez-tez cəmiyyətdə davranış qaydalarından, zorakılığın və dostları incitməyin yolverilməzliyi haqqında danışdığını deyir.
“Biz hamımız ənənəvi ailələrdə tərbiyə almışıq, bizim gürcü mentalitetimiz var, bu aydın məsələdir, amma axı həyat irəliləyir? Əgər biz uşaqlara seksual azlıqların mövcudluğundan danışmasaq, onlar özləri bu haqda bilməyəcəklərmi? Buna görə də onlar peşəkarlar tərəfindən təqdim olunmuş məlumatı alsalar daha yaxşı olar.