Fələstin-İsrail münaqişəsi Azərbaycan cəmiyyətində “nifaq almasına” çevrilib
Yaxın Şərqdə İsrail və Fələstin arasında hərbi əməliyyatlar Azərbaycan cəmiyyətində “nifaq almasına” çevrilib. Sosial şəbəkələrin yerli seqmenti Azərbaycandan coğrafi cəhətdən çox uzaq olan bu qarşıdurmada bu və ya digər tərəfin müdafiəsinə həsr olunan statuslarla dolub-daşır. Cəmiyyətdəki bu cür qızğın reaksiyanın səbəbi nədir?
- “Hərbi aspektlər başa çatıb” – Sergey Lavrov Bakıya səfər edib
- Seçkilərə yeni qaydalarla: Ermənistanın MSK-ı səsvermə qaydasını dəyişib
Dost qardaşa qarşı
İsrail Azərbaycanın dostu və əsas müttəfiqlərindən biri hesab olunur. Yəhudi dövləti az əvvəl yaşanan ikinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyib və əsas silah təchizatçılarından biridir, ölkəni Harop dronları ilə təchiz edib.
Bakıda İsrailin müdafiə müəssisələri ilə birlikdə inşa edilən dron istehsalı üzrə zavod fəaliyyət göstərir.
Digər tərəfdən Fələstin müsəlman ölkəsidir və müsəlman-azərbaycanlıların böyük əksəriyyəti onları öz din qardaşı hesab edir. Burada Fələstini açıq dəstəkləyən şiyə İran amili də mühüm rol oynayır.
Amma olovu körükləyən…
...Türkiyə amilidir
İsrail polisi və fələstinlilər arasında Qüdsdə Əl-Əqsa məscidində qarşıdurmadan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq fələstinlilərin müdafiəsinə qalxıb.
“İsrailin ilk qibləmiz Əqsa Məscidinə qarşı təəssüf ki, hər Ramazan həyata keçirdiyi mənfur hücumları şiddətlə qınayırıq. Türkiyə olaraq hər hal və şərtlərdə fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik”, – mayın 8-də Twitter hesabında yazıb.
bir gün sonra Türkiyə dövlətinin rəhbərinin ritorikası daha da sərtləşib.
“İslam ölkələri başda olmaqla bütün dünyanı İsrailin Əqsa Məscidinə, Qüdsə və fələstinlilərin evlərinə hücumlarına qarşı təsirli şəkildə hərəkətə keçməyə dəvət edirəm”, – Ərdoğan mayın 9-da Twitter-də qeyd edib.
bununla demək olar ki, eyni zamanda ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanda böyük nüfuz qazanmış türklərdən biri olan Səlcuq Bayraqdar Yaxın Şərqdə baş verənlərlə bağlı fikirlərini ifadə edib. Bayraqdar 2020-ci ilin payızında Qarabağ müharibəsində böyük rol oynamış eyniadlı dronların istehsal olunduğu zavodun sahibi və hərbəridir. Ernə zamanda Səlcuq Bayraqdar prezident Ərdoğanın kürəkənidir.
“İsrail irqçi faşist terror dövlətidir. Dünyanın başqa harasında gündüz 16 uşağı bombalarla qətl edib, gecə müqəddəs bir məbədin yanmasına rəqs edilir? Bu alovlandırdığınız atəş sizə qayıdar. Allah adildir, mütləq hökm sahibidir”, – Bayraqdar Twitter-də yazıb.
Azərbaycan kimin yanında olmalıdır?
“Çətin vəziyyətdir: Fələstin bizim çox da böyük dostumuz deyil, amma İsrail dostumuzdur. Burdan da Türkiyə Fələstinin müdafiəsinə qalxıb. Bu vəziyyətdə Azərbaycan nə etsin?”, – sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçilərindən biri sual edir.
Eyni sualı bəzi məşhur saytlar Facebook səhifələrində öz oxucularına verirlər.
Amma çoxları Azərbaycanın Fələstini özünə niyə dost hesab etmədiyini bilmir.
Niyə Azərbaycanda Fələstini sevmirlər?
Ötən əsrin 90-cı illərindən Azərbaycan cəmiyyətində xarici dövlətlərə qarşı münasibət bu və ya digər ölkənin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına əsasən formalaşır. “Düşmənimin dostu mənim düşmənimdir” devizi Azərbaycan sakinlərinin bir çox xarici ölkələrə qarşı münasibətinin əsasını təşkil edir.
Fələstin Azərbaycanda Ermənistanın dostlarından biri kimi qəbul edilir. 2020-ci ildə Fələstində küçələrdən birinin Ermənistanın şərəfinə adlandırılması və həmin təmtəraqlı mərasimdə tanınmamış Dağlıq Qarabağ Respublikasının bayrağının dalğalandırılması bu münasibəti daha da möhkəmləndirib.
Fələstinin keçmiş lideri Yasir Arafatın Qarabağ ermənilərinin mübarizəsini “ədalətli” adlandırdığı çıxışı da sosial şəbəkələrdə fəal şəkildə paylaşılır.
Rəsmi Bakının susqunluğu
Ən yaxın müttəfiqin olan Türkiyənin digər müttəfinin düşmənini açıq şəkildə dəstəkləməsi kimi çətin vəziyyətə düşən rəsmi Bakı Yaxın Şərqdə baş verənlərlə bağlı heç bir mövqe ifadə etməyib.
“Bizim insanların çoxuna qətiyyən xarici siyasət haqda yazmaq olmaz. Xüsusən də Fələstin-İsrail münaqişəsi haqda”, – eyni zamanda bir neçə hökumətyönlü xəbər nəşrinə rəhbərlik edən jurnalist və bloqer Həmid Həmidov Telegram kanalında yazıb.
Bundan belə nəticə çıxarmaq olar ki, Bakı susmaq, münaqişə tərəflərindən heç birini dəstəkləməmək qərarı alıb.
Ekspert rəyi
Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, çoxları nəyə görəsə Azərbaycanın Fələstin-İsrail münaqişəsində birmənalı olaraq İsrailin siyasətini dəstəklədiyi qənaətinə gəlib.
“Azərbaycanın mövqeyi tam fərqlidir və beynəlxalq hüququa əsaslanır.
Bəzilərinin İsraili istənilən vəziyyətdə dəstəkləmək səyləri, digərlərinin isə İran siyasətçilərinin leksikonu ilə İsrailin üstünə düşməsi, şəxsi rəğbətlə bağlıdır və obyektiv dəyərləndirmədən çox uzaqdır.
İsrail Azərbaycanın tərəfdaşı, hətta müttəfiqidir, amma Bakı heç vaxt ədalətsiz siyasətə dəstək bəyanatları etməyib və bunu etməyəcək.
Prezident İlham Əliyev vaxtilə Qüdsün İsrailin paytaxtı elan olunmasına qarşı çıxıb. O, həmçinin vurğulayıb ki, Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, iki dövlətin birgə mövcudluğu prinsipi və Şərqi Qüdsün Fələstinin paytaxtı elan olunması ilə həllini dəstəkləyir.
Azərbaycan Şərqi Qüds məsələsini ilhaq kimi tanıyıb və Əl-Əqsa məscidində ibadət etmək istəyənlərə qarşı məhdudiyyətlərin tətbiq edilməsinə etiraz edib”, – Kərimova JAMnews-un müxbiri ilə söhbətində qeyd edib.