Fransanın Ukraynadakı münaqişənin həllinə dair planı var
Hromadske-nin materialları əsasında
Hər şey nədən başladı? – Makron və Poroşenkonun görüşü
İyunun iyirmi altısında, G-20 sammitindən bir həftə əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşüb. Görüşün nəticəsi Donbasla bağlı iki rəsmi bəyanat olub. Makron artıq Normand formatı ölkələrinin liderlərinin növbəti iclasında “böhrandan çıxmaq üçün konkret həll yollarının tapılmasının” vacibliyini qeyd edib.
Az sonra Ukrayna mediası “Makron planından” bəhs etməyə, hətta konkret müddəalardan misal gətirməyə başladı.
“Makron planı”: Ukraynadan necə görünür?
Ukraynalı diplomatların sözlərinə görə, plan beş maddədən ibarətdir:
- Bütün tərəflər atəşi dayandırmalıdır.
- Ağır silahlar hüdud xəttindən uzaqlaşdırılmalıdır.
- Hüdud xəttində qaynar nöqtələrin demilitarizasiyası həyata keçirilməlidir.
- ATƏT-in missiyası bütün ərazilərə – Ukrayna hakimiyyətinin nəzarətində olan və olmayan – buraxılmalıdır.
- Bütün girovlar azad edilməlidir.
Əgər “Makrob planı” məhz bu versiyada mövcuddursa, onda bir çox məsələlərdə Minsk razılaşmasının mətni ilə üst-üstə düşür – hər iki sənəddə atəşin dayandırılması, silahların geri çəkilməsi və girovların azad edilməsi ilə bağlı müddəalar yer alıb.
Bəs “planın” yeniliyi nədən ibarətdir, özündə yeni ideyalar ehtiva edirmi?
Ukrayna prezidentinin administrasiyasından birdirirlər ki, plan Rusiya və Ukraynanın qarşılıqlı güzəşt sistemindən ibarətdir – bu son aylar ərzində Rusiya-Ukrayna münaqişəsinin dərinləşməsini “sıfırlamalıdır”.
Maddələrdən birini şərti olaraq “iki ikiyə” adlandırmaq olar, Hromadske-nin diplomatik mənbələri bildirirlər.
Məsələn, birinci maddədə Putinə təklif olunur ki, “DXR” və “LXR” pasportlarını və digər sənədlərini tanımaqdan imtina etsin; Ukrayna öz növbəsində Donbasın nəzarətdə olmayan ərazilərinin sakinlərinə Ukrayna pasportlarının və digər şəxsiyyəti təsdiq edən sənədlərin veriləcəyinə dair zəmanət verir.
İkinci müddəaya əsasən Ukrayna Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının iqtisadi blokadada saxlanması haqda qərarını ləğv etməlidir, Rusiya isə öz növbəsində “milliləşdirilmiş” müəssisələrin sahiblərinə qaytarılacağına zəmanət verir.
Qərb diplomatları əmin edirlər ki, Makron Minsk prosesini sıfırdan başlatmaq istəyir.
“Paris sıfırdan başlamaq istəyir ki, “Donbas çıxmazını” blokadadan çıxara bilsin – eynən Ağ Evin eləmək istədiyi kimi. Bu, “daha çox ərazi azad etmək” və Putinlə Suriya və terror mövzusunu mümkün edə bilmək üçün lazımdır”, – ABŞ-da diplomatik çevrəyə yaxın olan ekspertlər danışıb.
Fransadan necə görünür?
Fransadakı diplomatik mənbələr Hromadske-ə bildiriblər ki, “Makron planı” müəyyən sayda maddələri olan konkret orijinal sənəd olaraq mövcud deyil. Olland kimi Makron da hər şeydən əvvəl tərəfləri Minsk razılaşmasının şərtlərini gözləməyə sövq etmək istəyir.
“Bu o demək deyil ki, yeni qərarlar yoxdur”, – diplomatlar deyir. Amma Minsk razılaşmaları Fransa prezidentinin Ukraynaya münasibətdə tutduğu siyasətin əsas xəttini təşkil edir.
Qlobal planın olmamasına baxmayaraq, Fransanın Normand formatında iştirakına dair yeni “Makron metodu” var. Diplomatlar izah edirlər ki, metodun yeniliyi dinamiklikdə, siyasi iradədə, praqmatizmdə, dəqiq və aydın nəticəyə nai olmaq səyindədir.
“Makron üslubu sələfinin üslubundan çox fərqlənir. Onun üslubu daha realist və praqmatikdir”, – Parisdə Ali Siyasi Araşdırmalar Məktəbinin müəllimi Floran Parmantye Hromadske-ə müsahibəsində bildirib.
Makronun təşəbbüskarlığını və xarizmasını prosesi izləyən Fransa jurnalistləri də qeyd edirlər.
“Makron öz xarizma və dinamikliyinə güvənir, o ümid edir ki, təşəbbüskarlıq və səbirsizlik köhnə vasitələrlə inkişafa nail olmaq umun yetərli olacaq”, – Le Monde qəzetinin jurnalisti Benua Vitkin Hromadske-ə şərhində bildirib.
“O, ATƏT-in daha fəal olmasını istəyir – yalnız atəşkəsə riayət olunduğunu nəzarətdə saxlayan güc kimi yox, həm də münaqişə tərəfləri – Rusiya, “DNR” və ya Ukrayna – razılaşmanın pozulmasının məsuliyyətini bir-birinin üzərinə qoymasın deyə danışıqlarda iştirak edən ayrıca qurum olaraq” – Vitkin bildirir.
Jurnalist əmindir ki, bu şərtlər altında Makron “kiçik addımlar” siyasəti yürüdəcək.
Göründüyü kimi, Makronun Donbas məsələsini operativ həll etmək imkanını şişirtmək lazım deyil, diplomatlar hesab edir. Hazırkı Fransa liderinin Ukrayna üzrə siyasəti ondan əvvəlki prezidentin yürütdüyü siyasətin davamı olacaq, əksi yox.
Eyni zamanda Donbas münaqişəsini çözmə biləcək hansısa hər şeyə qadir “Makron planının” olmaması bədbinlik üçün səbəb olmamalıdır.
Makronun uzunmüddətli planları sələfinin həyata keçirdiklərindən qat-qat daha iddialıdır, – Fransanın bir sıra biznes-məktəblərində geosiyasət tədris edən beynəlxalq lektor Aleksandr Melnik hesab edir.
“O, alovun yayılma perimetrini məhdudlaşdırmağa çalışan yanğınsöndürən kimi hərəkət etməyəcək. O, Avropa məkanının azadlıq, demokratiya və haqlara əsaslanan yeni Avropa İntibahı ruhunda yenilənməsi məqsədilə münaqişənin həllini tapmağa üstünlük verir”.