Fransada etirazlar: kim, nə uğurunda və nəyə qarşı?
Artıq bir aydır ki, Fransada küçə etirazları sakitləşmir. Bu etirazlar yalnız Parisdə yox, həm də Bordo, Lion və Fransanın digər şəhərlərində keçirilir. Səbəb benzin və dizel yanacağının qiymətinin qaldırılması haqda hökumətin qərarı olub. Buna görə də etirazçılar bütün sürücülərin sahib olmalı olduğu sarı jiletlərdən geyiniblər. Buna görə də bu etiraz “sarı jiletlər” adını alıb. Meduza-nın bu bə digər suallarına tanınmış fransız sosioloq Karin Kleman cavab verib.
Küçəyə çıxanlar kimdir?
Bu eturaz dalğası əvvəlkilərdən fərqlənir. Yeni publika birincisi, əyalətlərdən, regionlardan gələnlərdir. İkincisi bütün yaşlarda – qadın və kişilərdir, amma yoxsul, kasıb olmayan, daha dəqiqi aztəminatlı işləyən insanlar üstünlük təşkil edir, o insanlar ki, yaşamaq, bəzilərinin dediyi kimi isə həyatda qalmaq üçün getdikcə daha çox işləmək məcburiyyətindədirlər.
Başqa bir fərq isə ondadır ki, insanlar küçələrə kortəbii şəkildə, spontan çıxıblar. Narazılıq yığılıb və benzinin bahalaşması məsələsi son damla olub.
Daha bir müküm yenilik – insanlar təmsil olunmaq istəmirlər, istəmirlər ki, kimsə onların adından danışsın, buna görə də onlar partiyaları və həmkarlar ittifaqlarını çox da dəstəkləmirlər.
Fransa iqtiisadiyyatında vəziyyət nə dərəcədə böhranlıdır?
Mütləq rəqəmlər az şeydən xəbər verir. Məsələn, çoxları minimal əməkhaqqı alır, bu da 1100 avro təşkil edir, amma bununla belə xeyli vergi ödəyirlər, onların kommunal xərcləri də çoxdur. Bundan əlavə bu insanların uşaqları da var – bu hərəkatda çoxlu tənha ana iştirak edir. Fransada əgər sən iki uşaqla təkksənsə 1100 avro nədir ki? Qəpik-quruş. İnsanlar nəvələrinə paltar alsınlar deyə valideynlərinə müraciət etməli olduqlarından şikayət edirlər. Bu çox alçaldıcı vəziyyətdir.
Maddi durum hələ hər şey deyil
İqtisadi tələblər məsələnin yalnız bir tərəfidir. Bu, qeyri-bərabərliyə qarşı etirazdır. Kasıbların daha çox, varlıların isə daha az vergi ödəməsinə qarşıdır. Ünsiyyətdə olduğumuz – bütün sorğular bunu göstərir – insanların narazılığı üçün ən böyük səbəb Makronun varidat üzərinə qoyulan vergini ləğv etməsidir (bu vergi illik gəliri 1,3 milyon avronu aşan vətəndaşlara tətbiq edilirdi. Vergi şkalası 0.5 faizdən 1.5 faizə qədər təşkil edirdi – red.)
Hakimiyyət yüksəkdən danışır
İnsanlar həmçinin Makronun onlara müracitə tonunu da pis qəbul edirlər. O, regionlardan olan insanlara qarşı çox alçaldıcı sözlərə yol verib. Deyib ki, onlar tənbəldir, aşağı təhsillidir, hazırda üsyan qaldıran xırda adamlardır. O deyib ki, insanlar işləmək istəmir və ya yetəri qədər fəal şşəkildə iş axtarmırlar. Yox, insanlar işdə özlərini həlak edir, bununla belə mütəmadi olaraq həyat çətinlikləri ilə üzləşirlər.
Niyə regionlar da qatıılıb?
Regionlarda ərzaq dalınca və işə gedib-gəlmək üçün maşına ehtiyacı olan insanlar yaşayır, buna görə də benzinin qiymətindəki dəyişiklik onlara bilavasitə təsir edir. Bu həm də Fransa əhalisinin isteblişment nümayəndələri tərəfindən daha çox lağa qoyulan hissəsidir. Onları açıq məsxərəyə qoymurlar, bizdə ümumi diskurs siyasi əbəbə uyğundur, amma kifayət qqədər tez-tez ikrah notları sezilir.
Bəs bundan sonra?
Hakimiyyətin hazırda daha çox çətinliyi var. Mən bilmirəm onlar hazırkı vəziyyətdən necə çıxacaqlar, amma güzəştlər, hər halda hazırkı məqamda yeganə çıxış yoludur. Mən onların etirazları başqa necə sakitləşdirə biləcəyini təsəvvür etmirəm, çünki hərəkatın öz dinamikası var: həmrəylik, özünə hörmət və sairə. İnsanların da bəzi güzəştlərdən sonra dayanacağını gözlləmək çətindir. Amma hakimiyyət zorakılıqla, həbslərlə cavab versə, bu vəziyyəti daha da pisləşdirəcək.