Feysbukda erməni-gürcü mübahisələri
Gürcü istifadəçilərin fikirinə görə, ermənilər gürcülərin Saperavi və Kaxeti şərablarını özününküləşdiriblər. Ermənilər isə bu iddiaları qəbul etmir. Gürcü istifadəçilər ermənilərin Kaxetiya toponimindən istifadə etdiyində israr edir. Erməni dilində Gürcüstanın bu əyalətinin adı “ Kaxet kimi səslənir, eynən Ermənistanda istehsal olunan şərab növünün adı kimi. Ermənilər isə qəti şəkildə etiraz edir: bu adda Ermənistanda üzüm sortu var…
Bütün bu mübahisələr bizi kiçik araşdırma aparmağa sövq etdi. Həqiqət kimin tərəfindədir?
Əgər axtarış sistemində “ Kaxetiya- Kaxeti yazsaz, internetdə Gürcüstanın şərab ənənələri ilə məhşur regionu haqqında məlumat çıxacaq. Lakin, əgər “kaxet yazsanız, qarşınıza belə məlumat çıxacaq: “erkən yetişmə mərhələsində olan erməni üzüm sortu. Bu sort əsasən Artaşat, Ararat vadisi və Kotayk əyalətlərində yayılıb.
“MAP zavodu, Proşyan Konyak Zavodunun və “365 wines şirkəstinin istahsalı olan şərab şüşəsinin üzərində bu məlumat qeyd olunub: “ Şərab erməni üzüm sortu olan kaxetdən hazırlanıb.
“365 wines brendi adı altında fəaliyyət göstərən şirkət yalnız bu üzüm növündən şərab hazırlayır. Şirkətin direktoru Vaaqan Qevokyan deyir : “ Bizim heç bir vaxt bu adla bağlı problemimiz yaranmamışdı.
Şərabçı Qaruş Samvelyan:
Mənim kaxet sortu yetişdirdiyim bağım var. Bu bənzəri olmayan yerli erməni üzüm sortudur. Onun ətirli yarpaqları var və asanlıqla digər üzüm növlərindən seçilir.
Gənc şərabçılar ittifaqının prezidenti Zarui Muradyan bizə “Qafqaz və Şimali Qara dəniz regionunun Ampeloqrafiyası kitabını göstərir. Kitabın 54-cü səifəsində Ermənistanda yetişən kaxet sortundan danışılır.
– Bizim öz daxili bazarımızda da tez-tez bunun gürcü sortu olması ilə bağlı suallar çıxır. Lakin ampeloqrafiyalarda (ampeloqrafiya – şərab və üzüm növləri haqqında elmdir, qeyd JAMnews) və digər bir çox kitablarda bu üzüm növünün məhz Ermənistanda yetişdiyi ilə bağlı məlumat oxumaq olar – Zarui Muradyan bildirir,- mən bu sahədə biinci il deyil ki, işləyirəm, lakin heç bir vaxt gürcü həmkarlarımdan bununla bağlı irad eşitməmişəm. Onlar özləri də təsdiq edir ki, bu erməni sortudur və onlarda belə keyfiyyətli üzüm sortu yetişmir. Yeri gəlmişkən bu sortun yaxşı şərabı olur.
“Kaxet sözünün etimologiyasına gəldikdə isə mütəxəssislər bunu erməni sözü olan “kaxel – “ asmaq olduğunu iddia edir.
Lakin Yerevan Universitetinin Ekologiya və ətraf mühitin qorunması kafedrasının müduri Nelli Oqanesyan başqa cür düşünür:
– Kaxet üzüm sortu kimi 1947-ci ilin ampeloqrafiyasında qeydə alınıb. Bu kitabda bütün selektiv və aborigen sortlar öz əksini tapıb. Sözün etimologiyasına gəldikdə isə, ola bilsin ki, Kaxetiya toponimindən gəlir. Biz eyni regionda yaşayırıq, bu alınma söz də ola bilər.
Hüquqşunas Qevorq Ayrapetyan deyir ki, adla bağlı məsələni araşdırmaq lazımdır:
Əgər istehsalçı şərabın adının regionun adından yox məhz üzüm sortunun adından götürüldüyünü sübut edə bilsə məsələ onların xeyrinə həll olunacaq. Burada əsas məsələ təkcə belə bir sortun mövcudluğu yox, həmçinin şərabın adının da bu sortla bağlı olduğunu sübut etməkdir. Məsələn, əgər istahsalçı şərabın adını “Kaxet yazıb lakin, qablaşdırılmanın üzərində Kaxetiyanın hər hansı bir mənzərəsini göstəririb və eyni zamanda şərabın marka adının üzüm sortunun adından götürüldüyünü iddia edirsə bu artıq mübahisəli məsələyə çevriləcək.
Şərabçı Areq Xodcayan şərabı hazırlandığı üzüm sortunun adı ilə adlandırmağın ənənəsindən danışdı :
– Ümümiyyətlə şərabın adı ya hazırlandığı üzüm sortundan, ya da istehsal olunduğu coğrafi məkanın adından götürülür. Ermənistanda istehsal olunan şərablar adətən istifadə edilən üzüm sortuna görə adlandırılır. Bizim “Bordo, “Burqundiya, “Toskana tipli şərab növlərimiz yoxdur, erməni şərabçılığında əsasən üzüm sortlarının adından istifadə edilir. Dünyanın ən məhşur üzüm sortu Şardondur. Dünya bazarında müxtəlif ölkələrin istehsalı olan “Şardon adında şəraba rast gəlmək olar. Eyni zamanda Ermənistanda da istehsal olunan “Şardon, “Merlo, “Kabarne-sovinyon, “Rkaçiteli, “Saperavi kimi şərablar var.
Gənc Şərabçılar ittifaqının sədri Zarui Muradyan da üzüm sortunun adından istifadə təcrübəsinin dünyanın bir çox yerində olduğunu deyir:
– Saperavinin gürcü sortu olduğunu hər kəs bilir. Lakin bizdə başqa avropa mənşəli sortlar da var ki, onlardan da şərab hazırlanır və bu vaxta qədər heç bir problem yaşamamışıq. Şüşənin üzərində mütləq şərabın hansı üzüm növündən hazırlandığı qeyd olunur. Əgər şardondursa, aydındır ki, bu fransız sortudur ancaq Ermənistanda da yetişdirilir.
Və sonda Erevanda getdiyimiz bir çox böyük supermarketlərdə satıcılardan “Kaxet şərabı istədik və onun gürcü Kaxeti olub olmadığını soruşduq. Alınan cavab hər yerdə eyni oldu: bizdə gürcü “Kaxet-i satılmır, yalnız erməni “Kaxet-i varımızdır.
Açıqda qalan yalnız bir sual qaldı : erməni istehlakçısını məhz “Kaxet almağa sövq edən nədir? Erməni üzüm sortundan hazırlanan şərabdan dadmaq istəyidir, ya alıcı şərabın marka adını Gürcüstanın Kaxetiya bölgəsinin adı ilə əlaqələndirib şərabı “gürcü malı kimi alır?