Facebook-da müalicə və ya Gürcüstanda “alternativ səhiyyə sistemi”. Video-hekayə
Gürcüstanda koronavirus pandemiyası dövründə bir növ paralel səhiyyə sistemi formalaşıb, insanlar müalicə üçün Facebook-a gəlirlər. On minlərlə insan bir qrupda birləşərək, sadəcə tibbi məsləhətlərlə bölüşmürlər, həm də xəstəxanaya yerləşdirilməklə bağlı yardım istəyirlər. Qrup iştirakçılarının böyü hissəsi həkimlərdir və onlar virtual olaraq tam təmənnasız xəstə qəbulu ilə məşğul olurlar.
MedGuide — ən böyük qruplardan biridir, 80 mindən çox istifadəçini birləşdirir. 2020-ci ilin oktyabr-dekabr aylarında koronavirus epidemiyası zamanı bu qrup bir çox Gürcüstan sakinləri üçün xilas yolu olub.
Fenomenin səbəbi nədir və bu cür təcrübə haqda mütəxəssislər nə düşünürlər?