Ermənistanda malikanələr şəhəri - Qoris fotolarda
Qoris müxtəlif insanlara məxsus olan, amma vahid üslubda tikilən malikanələr, fərdi evlər şəhəri sayılır. Bu, Ermənistanın cənub hissəsində yerləşən şəhərin xüsusiyyətlərindən biridir.
Qorisdə tikinti XIX əsrin 30-cu illərində başlamasına baxmayaraq, onun əsasının qoyulduğu tarix 1870-ci il sayılır.
1870-ci ildə Qoris çar Rusiyasının Yelizavetopol quberniyasının Zəngəzur qəzasının mərkəzi statusunu alır. Bu yerlərin bir çox sakinləri burada özləri üçün malikanələr tikməyə başladılar.
Bu evlər bu günə qədər də öz ilkin görünüşlərini saxlaya biliblər. Qoris sakinləri isə onları hələ də köhnə sahiblərinin adı ilə çağırır, misal üçün, Məlik Hüsenyanın, Qalust Badiryanın, Yolyanovun evi…
Bu binalarda diqqəti cəlb edən isə eyvanlardır. Bu, Qorisdə bu gün də tikilən binalar üçün “mütləq ştrixdir.
Bəzi sakinlər öz köhnə eyvanlarını bərpa edərkən, sürahinin XIX əsrdə dəbdə olan Zəngəzur taxta dekorunu saxlayırlar.
Həyət tərəfdən də eyvanlar var. Meriya məmurlarının bildirdiyinə görə, Qoris evlərinin bütün eyvanları onların diqqətindədir və nəyin bahasına olursa olsun onları qoruyub saxlayacaqlar.
Qoris meriyasının şəhərsalma və kommunal təsərrüfat şöbəsinin rəisi olan memar Qareqin Parsyanın sözlərinə görə, yaxın gələcəkdə şəhərin tarixi mərkəzinin bütün eyvanları, fərdi evlərin fasadları, səkiləri ilə birlikdə yenidən tikilməsi planlaşdırılır, əsası isə odur ki, bu zaman şəhərin köhnə görünüşü dəqiqliyi isə saxlanılacaq. Bu, sistematik surətdə bütün köhnə binaların söküldüyü Yerevan üçün əla nümunədir.