Evlənmək və kəndi övladlığa götürmək
“Kimisə övladlığa götürəndə aranızdakı əlaqə daha da sıx olur, insana görə daha çox narahat olmağa başlayır, onu özününkü hesab edirsən. Kəndlər haqqında da eyni şeyi demək olar, – Armine Akopyan deyir.
“Kəndi övladlığa götür proqramının müəllifi və təşəbbüskarı olan Len Uiks Armine Akopyanın həyat yoldaşıdır. Onlar artıq bir ildir ki, Ermənistanın kənd icmalarını diaspora icmaları ilə əlaqələndirən proqramı realizə edirlər.
Beş il əvvəl Avstraliya və Yeni Zelandiya sakini Len Uiks erməni qızı Armine Akopyanla evləndi. Elə o vaxt da o özü üçün Erməni yaylasını kəşf etdi və buranın kəndlərini, orada yaşayan insanları, bu ölkənin təbiətini və tarixi abidələrini sevdi.
“Bu xalqın böyük potensialı var. Əminəm ki, Ermənistan dünyanın turizm mərkəzlərindən birinə çevrilə bilər. Görürəm ki, ermənilər çox zəhmətkeş millətdir. Düşünürəm ki, yerli gəncləri parlaq gələcək gözləyir, amma bunun üçün dəyişikliklər olmalıdır. Buna da erməni diasporası ilə əməkdaşlıqda nail olmaq mümkündür. O, Ermənistanın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir, – Len Uiks deyir.
O izah edir: “Bu proqram Tailand, Yeni Zelandiya və Avstraliyanın erməni icmalarının sayəsində həyata keçirilən mikroproqramlardan ibarətdir. Bununla da biz erməni kəndlərinin inkişafına öz töhfəmizi vermək istəyirik. Armine ilə evlənməklə mən Ermənistandan xəzinə apardım, indi də başa düşürəm ki, özüm də bu gözəl ölkə üçün nəsə etməliyəm.
“Kəndi övladlığa götür proqramı Ermənistanın cənubunda yerləşən Vayots Dzor rayonunda həyata keçirilir, bu proqrama Areni, Rind və Şatin kəndləri daxildir.
Rind və Çiva icmalarına aparan yolayrıcısında “Karas [tərcüməsi “səhəng deməkdir] kompozisiyası quraşdırılıb. O, bir neçə müxtəlif ölçülü saxsı səhəngdən ibarətdir. Onlar bir-biriylə üzüm tənəyi şəklində birləşib.
“Bu abidənin bircə mənası var – bu, ipək yolu çaxırının cığırıdır. O, Ermənistanda çaxır istehsalının qədim mədəniyyətini simvolizə edir və bura çoxlu sayda turist cəlb edəcək, – Len Uiks deyir.
Naxçıvanla sərhəddə yerləşən, 1700 nəfər əhalisi olan Rind kəndində proqramın vəsaiti hesabına uşaq bağçası üçün oyun meydançası tikilib. Bu bağçaya 40 uşaq gedir.
Rind sözünün mənası “sarı gül deməkdir. Bu kənd öz şaftalısı, əriyi və üzümü ilə məşhurdur. Kənd ərazisində “Zora şərabçılıq şirkəti fəaliyyət göstərir. Şirkət tərəfindən istehsal olunan Zorah Karasi Areni Noir çaxırı 2012-ci ildə “Bloombergin versiyasına görə dünyanın ən yaxşı 10 çaxırı siyahısına daxil edilib.
Rind kəndinin rəhbəri Usik Saakyan deyir: icma özü də başqalarına kömək etmək istərdi: “Biz çox minnətdarıq. Bütün görülən işlər övladlarımız üçündürənAmma biz özümü özümüzü təmin etməliyik. Bir az dilxoram, çünki bu işlərin öhdəsindən özümüz gəlməliyik.
“Kəndi övladlığa götür proqramının növbəti “dayanacağı Areni kəndidir. Kəndin girəcəyində turistlər üçün yerli gəzməli yerlərin bələdçi xəritəsi quraşdırılır. “Burada kəndin bütün tarixi hissəsi: kilsə, mağaralar, abidələr, yollar görünür, – Armine göstərir.
Areni kəndi Yerevandan 110 kilometr aralıda, Arpa çayının sahilində yerləşir. İcma sakinləri əsasən üzüm yetişdirir, bağçılıq təsərrüfatı və şərabçılıqla məşğuldur. Bunun sayəsində də emiqrasiya faizi burada minimuma endirilib. Kəndin iki çaxır zavodunda məşhur “Areni çaxırı istehsal olunur.
Əhalisi 2000 nəfər olan Areni kəndinin rəhbəri deyir: “Kənd çoxsaylı tarixi və mədəniyyət abidələri sayəsində turistlər üçün maraqlı ola bilər, “Kəndi övladlığa götür proqramı isə turizmin inkişafı üçün stimul ola bilər. Məktəbimizə ingilis dili dərslikləri bağışlayıblar. Kənddə 1 hektarlıq sahədə meyvə bağı salınacaq.
Növbəti məntəqədə, Şatin kəndində də proqram çərçivəsində turist bələdçiləri quraşdırılır, bağlar salınır, yerli məktəbə ingilis dili dərslikləri verirlər.
Şatində 2000 nəfər yaşayır. Kənd bu diyarda yerləşən Şatinvank kilsəsi ilə məşhurdur. Şatin sakini Astx Vardanyan deyir ki, turistlər bura gəlməyi sevir:
“Kənd xüsusiylə ekstremal turizm həvəskarlarını cəlb edir. Bizə tez-tez velosipedçilər gəlirlər. Biz də öz növbəmizdə “Kəndi övladlığa götür kimi proqramları dəstəkləməyə çalışırıq ki, icma dağılmasın. Bütün bunlar kənd camaatının əhvalına da təsir edir.
Artıq bir neçə ildir ki, Şatində üç qonaq evi /bed and breakfast/ fəaliyyət göstərir. Kəndin dağlıq ərazilərindən birində axşamlar Exeqis çayına su içməyə düşən, Qırmızı kitaba daxil edilən bezoar keçilərini görmək mümkündür.
“Bu, icmalara diqqət proqramı yerli sakinləri ruhlandırır, bizə tək olmadığımızla bağlı inam verir, – Astx Vardanyan deyir.
Dərc olunub: 12.10.2016