Ermənistanın regionlarında doğum evləri bağlanır
Ermənistanın Kotaysk vilayətinin Yeqvard şəhərində ikinci gündür ki, gərgin vəziyyət hökm sürür. Tibb işçiləri demək olar ki, 20 qonşu kəndin sakinlərinə xidmət göstərən doğum evinin bağlanmasına qarşı etiraz aksiyaları keçirirlər.
Səhiyyə Nazirliyinin qərarı ilə 2020-ci il yanvarın 1-dən Ermənistanın müxtəlif regionlarında yerləşən doqquz doğum evinə dövlətdən ayrılan maliyyə dayandırılıb. Bunlar 2019-cu ildə 150-dən az doğum qəbul edən klinikalardır.
• Ermənistanda yeni sağlamlıq vergisi tətbiq etməyə hazırlaşırlar. Cəmiyyət sərt şəkildə etiraz edir
• Ermənistanda HİV və QİÇS-li insanların diskriminasiyası – məhz həkimlər tərəfindən
Aksiya iştiakçıları nədən narazıdır?
Yeqvard şəhərində etiraz aksiyası yanvarın 13-də başlayıb. Əvvəlcə aksiyada yalnız doğum evinin əməkdaşları iştirak edib, daha sonra isə şəhər sakinləri də onlara qoşulublar.
“Bizə deyirlər ki, doğum sayı azdır. 2018-ci illə müqayisədə 2019-cu ildə göstərici 18-dən 136-a yüksəlib. Amma kim deyib ki, rayonlarda ildə 150 doğum olmalıdı? Əgər bizdə təmir getsəydi, doğum sayı 250-ə çatardı”, – Yeqvard doğum evinin həkimlərindən biri deyir.
Yerli sakinlər və tibb işçiləri birlikdə bildirirlər ki, məişət şəraitinin pis olmasına baxmayaraq, xəstəxanada ciddi əməliyyatlar həyata keçirilir və bütün lazımi avadanlıqlar burada var.
Doğum sayının az olmasını burada onunla izah edirlər ki, xəstəxana yeri yerə köçüb və şəhhər sakinləri bundan xəbərsiz olub.
Səhiyyə Nazirliyinin qərarına gəlincə, Yeqvard həkimlərinin fikrincə, bu qərar iri tibb mərkəzlərinin dəstəklənməsi üçün qəbul edilib.
Doğum evinin əməkdaşları bildirirlər ki, onlarda nə ana, nə də körpə ölümü qeydə alınmayıb. Üstəlik, Yerevana yaxın yerləşən Zovuni kəndindən qadınlar doğmaq üçün paytaxta yox, məhz Yeqvarda üz tuturlar.
Onlar həmçinin naziri iki il ərzində bircə dəfə də olsun tibb mərkəzini ziyarət etməməkdə, problemlərlə tanış olmamaqda və yerli əhalinin fikrini nəzərə almadan qərar qəbul etməkdə günahlandırırlar.
Digər doğum evlərinin işçiləri də narazıdır
Tavuş vilayətinin Açacur kəndinin bu yaxınlarda təmir olunmuş doğum şöbəsi də bağlanır. Yanvarın 1-dən bu müəssisə də dövlətdən maliyyə almır. Amma həkimlər işinə davam edir və Yeni ildən sonrakı ilk günlərdə artıq üç qadının doğumunu qəbul ediblər.
Yerli həkim Nune Nersisyan Açacur həkimlərinin “özfəaliyyətinin” hüquqi fəsadlara səbəb olacağından narahatdır – yəni onları buna görə cəzalandıra da bilərlər:
“Amma həkim Hippokrat andı içir və yardım göstərməkdən imtina edə bilməz. Üstəlik, həkimlər ancaq üç gün əvvəl televiziyadan öyrəniblər ki, artıq maliyyə almayacaqlar. Yəni əgər hiquqi addım atılmış olsa da, onlar deyə bilərlər ki, nazirlik iki ay əvvəldən yazılı xəbərdarlıq göndərməli olsa da, belə bir xəbərdarlıq almayıblar”.
Nune Nersisyan doğum evinin işinə davam etməsi üçün mütləq qəbul etməli olduğu minimum doğum sayı ilə bağlı da fikrini bildirib:
“Bilmirəm onlar hansı hesablamalar nəticəsində 150 doğum minimumu müəyyən ediblər, Çünki 5500 əhalisi olan Açacurda doğum sayı təxminən 90 olub. Amma ötən ilin ilk üç ayı ərzində doğum evi işləməyib, çünki onun bağlanacağı deyilirdi”.
Yaxınlıqdakı 17 kəndə xidmət göstərən Maralika şəhərinin doğum evi də bağlanacaq. Burada 12 nəfər işindən məhrum olub.
Maralika və qonşuluqdakı 17 yaşayış məntəqəsinin sakinlərinə gəlincə, indi onnlar lazım gəldikdə Gümri və Artik şəhərlərinə getməli olacaqlar. Söhbət 12-27 kilometrlik məsafədən gedir.
Nazir nə deyir?
“Ermənistanda doğum evləri yalnız tibbi xidmətin keyfiyyətli olması üçün bağlanırlar”, – səhiyyə naziri Arsen Torosyan bildirib.
O, hesab edir ki, xəstəxanalar yalnız müəyyən yük olduğu zaman xidmətin keyfiyyətini təmin edə bilir. Onun fikrincə, ildə min əməliyyatın həyata keçirildiyi xəstəxanada yüz əməliyyat edilən xəstəxanaya nisbətən səviyyə daha yüksəkdir.
“Tibb sahəsində bu aksiomadır”, – Torosyan deyib.
Bu məntiqlə doğuum evləri üçün ildə 150 doğum minimumu müəyyən edilib.
Amma istisnalar da var. Dəyişikliklər ucqar yerlərə, o cümlədən də Berd, Çambarak və Meğri şəhərlərinə aid edilməyəcək. Bu yaşayış məntəqələrindən ən yaxın doğğum evinə onlarla kilometr yol getmək lazımdır.
“Bütün qalan hallarda pasiyenti 20-30 kilometr məsafəni gətirib, amma etibarlı yardım göstərmək ananın və körpənin həyatını riskə atmaqdan daha yaxşıdır”, – nazir deyib.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook sosial şəbəkəsinin Ermənistan seqmentində nazirin bu qərarı mənfi reaksiyaya səbəb olub.
Bəzi şərhləri təqdim edirik:
“Hörmətli cənab Torosyan, əgər bütün lazımi şərait yaradılsa, heç kim doğmaq üçün Tsaxkaovitdən Yerevana gəlməyəcək. Mən Tsaxkaovit sakini kimi Sizdən xahiş edirəm ki, öz qərarınıza yenidən baxasınız”.
“Sizdə heç nə alınmır – hansısa mənasız ixtisasartırma kurslarının açılmasından tutmuş doğum evlərinin bağlanmasına qədər”.
“İxtisaslı kadrları regionlara göndərmək əvəzinə Siz yerli xəstəxanaları bağlayırsız? Bu qərarın müsbət tərəfi nədədir?”
“Qərar qəbul etməzdən öncə sakinlərin fikirlərini də öyrənmək lazımdır!”