Ermənistanda vəziyyət: növbədənkənar parlament seçkilərinin gedişatı haqda bütün xəbərlər
-
Ermənistanda Paşinyanın partiyası növbədənkənar parlament seçkilərində qələbə qazanıb, rəqibləri – eks-prezidentlər Koçaryan və Sarqsyanı böyük fərqlə geridə qoyub
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası növbədənkənar parlament seçkilərində qələbə qazanıb. Səslərin 100 faizinin sayıldığını elan edən Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən.
Paşinyanın Vətəndaş Sazişi Partiyası səslərin 53,92%-ni,
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “Ermənistan” bloku 21,04%-ni,
Eks-prezident Serj Sarqsyanın “Şərəfim var” bloku 5.23%-ni toplayıb. -
Ermənistanda seçkilərdə zəif fəallıq – 17:00-a qədər cəmi 38,17% səs verib
Müqayisə üçün 2018-ci ildə keçirilən ötən parlament seçkilərində 17:00-a qədər bir az çox seçisi səs vermişdi – 39,54%.
Yerevanda fəallıq seçicilərin ümumi sayının 40,15%-i təşkil edib. Paytaxtdan kənarda ən yüksək fəallıq Sünikdə qeydə alınıb – 46,83%. Bura Azərbaycanla sərhəddə yerləşən rayondur və son aylarda sərhədin demarkasiya/delimitasiyası ilə əlaqədar yaranmış ziddiyyətlərə görə orada vəziyyət gərgindir.
Ən aşağı fəallıq Şirakda qeydə alınıb – 32.27%.Milli Məclisə keçid üçün siyasi partiyalara 5%-lik baryeri keçmək lazımdır. Bloklar üçün isə keçid baryeri 7%-dir.
-
“Hakimiyyət müxalifəti təqib edir” – eks-prezident Serj Sarqsyan və “Şərəfim var” siyasi bloku
“Şərəfim var” müxalifət alyansı bildirib ki, son 48 saat ərzində “müvəqqəti hakimiyyət aparıcı siyasi qüvvələrin (bu blokun namizədlərinin və tərəfdarlarının) biabırçı təqibi ilə məşğul olub”.
Alyansa üçüncü prezident Serj Sarqsyanla assosiasiya olunan Respublika Partiyası və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyanın Vətən Partiyası daxildir. Onlar müşahidəçiləri axtarışlara və həbslərə, o cümlədən də “yerli rəsmi şəxslər tərəfindən verilən göstərişlərə və təzyiqə” diqqət yetirməyə çağırıb.
-
Atəş, həbslər, “Ermənilərin qatili” vərəqələri – seçkilərdə baş verənlər
Gündüz saat üçə qədər ölkənin müxtəlif hissələrində bir sıra hadisələr baş verib:
Ararat vilayətinin Azataşen kəndindəki seçki mənntəqəsində atəş səsləri eşidilib. Çiçəklənən Ermənistan və “Verelk” partiyaları (hər ikisi müxalifdir) arasında mübahisə yaşanıb, hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb. İstintaq gedir.
Ermənistanın eks-prezidenti, “Hayastan” blokunun lideri Robert Koçaryan danışıb ki, Yerevan küçələrində ona qarşı üzərində “Ermənilərin qatili” yazılmış vərəqələr səpələnib. O bunu kobud qanun pozuntusu adlandırıb və deyib ki, “bu, hakimiyyət tərəfindən və ya hakimiyyətin tapşırığı ilə edilib. Əgər hüquq-mühafizə orqanları günahkarları yaxın saatlarda ortaya çıxarmasa, biz bunu hakimiyyətin etdiyi haqda bəyanatla çıxış edəcəyik”.
Seçki zamanı pozuntular haqda 338 şikayət daxil olub, şikayətlərin böyük hissəsi rüşvət paylanması haqdadır. 26 hadisə üzrə cinayət işi qaldırılıb, 14 nəfərə qarşı ittiham irəli sürülüb. 7 nəfər şübhəli statusundadır. 6 nəfər həbs edilib.
Pozuntular haqda 123 məlumat yerli mediada dərc olunub.
124 91 məlumat ölkə sakinlərindən, o cümlədən də prokurorluğun “qaynar xətti” vasitəsilə alınıb.
İki pozuntu haqda Ermənistanın insan haqları Müdafiəçisi məlumat verib.
65 məlumat sosial şəbəkə istifadəçilərindən daxil olub.
57-si polisdən daxil olan operativ məlumatdır. -
Baş nazir postuna müxalif namizəd Arman Babacanyanın maşınını kim və niyə atəşə tutub?
Ermənistanda “Demokratlar Alyansı Şirinyan-Babacanyan” müxalif blokunun baş nazir vəzifəsinə namizədi Arman Babacanyanın maşınının kim tərəfində və niyə atəşə tutulduğu haqda qızğın müzakirə davam edir. Babacanyan atəş açanı “qatil və oğru” adlandırıb, amma hələlik konkret heç kimin adını çəkməyib. Onun versiyası belə səslənir:
“Ötən gün xaricdən zəng gəlmişdi, bizə xəbərdarlıq etdilər ki, Ermənistanda silahlı qruplaşma təşkil olunub, hədəfləri də “Şirinyan-Babacanyan” blokunun ilk üçlüyüdür. Atəşin xəbərdarlıq olduğu istisna deyil. Biz möhkəmik, bizim iradəmizi sındırmaq mümkün deyil, işimizi davam edirik, vətəndaşlarımızı seçkilərdə iştiraka çağırırıq”.
-
Ermənistanda parlament seçkilərində seçicilərin 12,2%-i səs verib
Saat 11:00-a olan məlumata görə, Ermənistanda parlament seçkilərində seçicilərin 12,2%-i səs verib.
Bu barədə MSK-nın sədr müavini Laura Qalstyan xəbər verib. 12.2% – 316 min 291 seçici deməkdir.
Yerevanda seçicilərin 13,9%-i (120 min nəfərdən çox) səs verib.