Ermənistanda mikrobiznesin vergilərdən azad edilməısini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Dəyişiklikləri hələ hökumət və ölkənin Milli yığıncağı təsdiq etməlidir. Lakin insanlar artıq bu imkanı ruh yüksəkliyi ilə müzakirə edirlər.
Hansı fəaliyyət mikrobiznes sayıla bilər
Ermənistanda illik dövriyyəsi 24 milyon dramdan (təxminən 50 min dollar) çox olmayan bütün kommersiya şirkətləri mikrobiznes hesab ediləcək. Mikrobiznes bütün vergi növlərindən azad olacaq. Yalnız hər bir muzdlu işçiyə görə son vergi öhdəliyi kimi 5 min dram (təxminən 10 dollar) ödəmək lazım olacaq.
Ermənistan rəhbərliyi bu qərarı iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin yaranmasına təkan vermək istəyi ilə izah edir. Qanun layihəsinin müəllifləri belə bir nəticəyə gəliblər ki, büdcəyə vergi gəlirləri çox da azalmayacaq. Əvəzində vətəndaşlar bizneslə məşğul olmaq imkanı qazanacaqlar. Ermənistanın baş naziri Nikol Paşinyan həmçinin güman edir ki, bu, ölkədə yoxsulluğun səviyyəsinin azalmasına imkan yaradacaq:
«Əlbəttə, sahədən asılı olaraq bəzi məhdudiyyətlər olacaq. Bu siyasətin köməyi ilə xüsusilə vilayətlərdə iqtisadi fəaliyyəti stimullaşdırmağa çalışacağıq».
Ekspert rəyi
Hakimiyyətin miokrobiznesi vergilərdən azad etmək qərarı ilə mütəxəssislər də razılaşırlar. İqtisadçı Tatul Manaseryan bunu dövlətin yalnız qazanc əldə edəcəyi zəruri tədbuir kimi qiymətləndirir:
«Bu gün mikrobiznesdən gələn cüzi vergi həcmi bu sahənin subyektlərinin vergilərdən tamamilə azad ediləcəyi təqdirdə ÜDM-in qazana biləcəyi effektlə qətiyyən müqayisə oluna bilməz».
Bununla birlikdə, mütəxəssis hesab edir ki, dövlət sərt nəzarət etməlidir ki, kiçik biznes də süni olaraq bu kateqoriyaya daxil edilməsin:
«Mikro kiçik biznesə keçərkən, güman edirəm ki, vergi güzəştləri tətbiq olunmalıdır, həcmlər artdıqda və orta biznes kateqoriyasına keçdikdə isə ümumi vergi həcmi tətbiq olunmalıdır».