Ermənistanda daha 14 koronavirusa yoluxma halı qeydə alınıb – ümumi say 136 olub
Paylaşmaq
Paylaşmaq
Martın
20-də Ermənistanda daha 14 koronavirusa
yoluxma halı qeydə alınıb. Ümumilikdə yoluxanların sayı 136 nəfərə çatıb – Xəstəliklərə
Nəzarət və Profilaktika Milli Mərkəzindən bildirilib.
Təfərrüatlar
haqda hələlik məlumat verilmir. Daha əvvəl Səhiyyə Nazirliyi bəyanatla çıxış edərək
bildirmişdi ki, yeni yoluxmalar haqda məlumatlar gündə bir dəfə səhər
saatlarında açıqlanacaq.
Ermənistanda
ilk koronavirusa yoluxma halı martın 1-də qeydə alınıb. Həmin pasiyent artıq
sağalıb və xəstəxanadan evə buraxılıb. Bu, hələlik ölkədə yeganə sağalma
halıdır.
Martın 16-da Ermənistan hökuməti yoluxmaların sürətlə artması səbəbilə bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib. Fövqəladə vəziyyət aprelin 14-ə qədər qüvvədə olacaq.