Ermənistanda COVID-19 ilə bağlı yeni məhdudiyyətlər. “Omikron” un yayılmasının qarşısını almaq cəhdi
Ermənistanda yeni məhdudiyyətlər – koronavirusun və onun yeni “omikron” ştamının yayılmasının qarşısını almaq üçün. Bu yeni Afrika ştamının ölkəyə gəlməsinin qarşısını almaq üçün Afrika ölkələri vətəndaşlarının Ermənistana girişi müvəqqəti məhdudlaşdırılacaq. Bundan başqa, Ermənistan daxilində virus əleyhinə tədbirlərin sərtləşdirilməsi də gözlənilir.
Son günlərdə yeni yoluxmaların sayının kəskin azalmasına baxmayaraq, yanvarın 1-dən yerli sakinlər teatrlara, muzeylərə, restoran və kafelərə vaksinasiya sertifikatı və ya mənfi koronavirus testi olmadan gedə bilməyəcəklər.
Gözlənilən məhdudiyyətlər, COVID-19 ilə bağlı vəziyyət, vaksinasiya tempi və onun effektivliyi, peyvənd vurduranlar arasında ölüm halları haqda təfərrüatlar və səhiyyə nazirindən aydınlıq.
- Şəxsi vaksinasiya təcrübəsi – bütün təfərrüatları ilə. Ermənistandan videobloq
- Azərbaycanda mənfi PCR-test COVID-pasporta bərabərləşdirilib
“Omikron” un yayılması ehtimalı yüksəkdir
Bu haqda səhiyyə naziri Anahit Avanesyan deyib.
“Virusun 50 mutasiyası aşkarlanıb və indi onların yayılma aktivliyindən başqa daha hansı xüsusiyyətlərinin olduğu öyrənilir”, – o deyib.
Anahit Avanesyan bildirib ki, yeni koronovirus ştamına görə Ermənistan CAR, Botsvana, Lesoto, Namibiya, Zimbabve, Mozambik, Madaqaskar və Tanzaniya vətəndaşlarının ölkəyə gəlişi müvəqqəti məhdudlaşdırılacaq.
Qurumlararası komissiya artıq “omikron”un yayıldığı ölkələrdən Ermənistana gələn vətəndaşlarla bağlı hansı məhdudiyyətlərin tətbiq ediləcəyinə qərar verməlidir.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni ştamını “narahatedici” kimi xarakterizə edir. ÜST həmçinin xəbərdarlıq edib ki, hazırda tətbiq edilən vaksinlər bu ştama qarşı kifayət qədər effektiv olmaya bilər – çoxsaylı mutasiyalarına görə. Alimlər hələ “omikron”un təhlükəlilik dərəcəsini müəyyən etməyiblər, amma bir sıra ölkələr artıq onun yayılmasının qarşısını almaq üçün müvafiq məhdudlaşdırıcı tədbirlər görürüb.
Restorana və ya muzeyə – ancaq COVID-siz
Yanvarın 1-dən Ermənistanda yerli sakinlər üçün də yyeni məhdudiyyətlər tətbiq ediləcək. Onlar sağlamlıqlarını təsdiqləyən sənədlər olmadan mədəni tədbirlərdə iştirak edə, kafe və restoranlara gedə bilməyəcəklər.
“Bu məhdudiyyətlər, o bilər ki, bəzi narahatlıqlar doğursun, amma tərəzinin gözünə cəmiyyətin sağlanlığı qoyulduğu zaman biz belə tədbirləri həyata keçirməyi lazım biliriik”, – Anahit Avanesyan bildirib.
Bu tədbirlər yoluxma rəqəmlərinin yenidən azalmasına baxmayaraq tətbiq ediləcək. Nazirin sözlərinə görə, yluxanların sayının azalması iki-üç həftədən sonra ölüm sayının da azalacağı deməkdir. Amma maska taxmaq rejimi də qüvvədə qalacaq, çünki nazirin bildirdiyinə görə, bütün tədqiqatlar onun effektivliyini göstərir.
Vaksinasiyadan keçənlər arasında 23 ölüm halı
Ermənistanda vaksinasiya aktivləşib. Noyabrın 28-ə olan məlumata əsasən, 1 217 391 nəfər vaksinasiyadan keçib. 781 011 nəfər peyvəndin ancaq bir dozasını, 436 380 nəfər isə hər iki dozasını vurdurub.
Səhiyyə naziri həmçinin bildirib:
- Milyon nəfərdən çox vaksinasiyadan keçənlər arasında 79 nəfərdə problem yaranıb, onların az qismində bu, allergik xarakter daşıyıb,
- Peyvəndin hər iki dozasını vurduran doqquz nəfər hazırda yoluxub və ağır vəziyyətdədir,
- Peyvənd vurduram 23 nəfər koronavirusa yoluxub və vəfat edib.
“Onların orta yaş həddi 75 olub, onlar xroniki xəstəliklərdən əziyyət çəkiblər”, – Anahit Avanesyan deyib.
Ümumilikdə vaksinasiya prosesini o, effektiv hesab edir, çünki peyvənd vurduranların ancaq 3,5 faizi xəstəxanaya yerləşdirilib.
Nazirin sözlərinə görə, buster, yəni koronavirusa qarşı vaksinin üçüncü dozası Ermənistanda mütləq deyil. Onu ikinci dozadan altı ay sonra könüllü şəkildə vurdurmaq olar və artıq ölkədə buster dozasını alan vətəndaşlar var:
“İlk növbədə risk qrupuna daxil olan – xroniki xəstəlikləri olan insanların, tibb işçilərinin buster dozasını vurdurması vacibdir”.
Noyabrın 29-a olan məlumata əsasən, Ermənistanda 189 yeni yoluxma və 21 yeni ölüm halı qeydə alınıb. Epidemiya başlayandan ümumilikdə 338 120 nəfər yoluxub, 7535 nəfər ölüb.