Ermənistanda ali məktəblər – dalanda
Foto: Lyusi Sarqsyan, JAMnews
Yeni dərs ili başlayır və 8266 nəfər birinci kurs tələbəsi Ermənistanın ali təhsil müəssisələrinin auditoriyalarına daxil olacaq. Amma bu il ali təhsil sistemində analizə ehtiyacı olan bəzi proseslər baş verdi.
Vakant yerlər
Bu il ali təhsil ocaqları 20 min pullu və pulsuz yer təklif edirdi, amma yerlərin yarısından çoxu – 11 375 və ya 56% yer boş qaldı.
Bu il 9 737 abituriyent varıydı, yəni keçən illə müqayisədə 1 500 nəfər az. Yerevan dövlət tibb universitetindən başqa demək olar ki, bütün başqa universitetlərin fakültələrində boş yerlər qaldı.
Ali təhsil müəsissələri | Fakültə/bölmə | Ayrılmış yerlər | Vakant yerlər |
YDU | İqtisadiyyat | 130 | 80 |
İngilis dili | 135 | 52 | |
İspan dili | 40 | 36 | |
Alman dili | 40 | 33 | |
Sosiologiya | 40 | 35 | |
Fizika | 50 | 47 | |
Kimya | 26 | 24 | |
Rus dili və ədəbiyyatı | 40 | 40 | |
İlahiyyat | 25 | 25 | |
V.Y Bryusov adına Yerevan dövlət dillər və sosial elmlər universiteti | |||
Linqvistika və italyan dili | 29 | 29 | |
Mədəniyyətlərarası kommunikasiyalar, rus dili | 20 | 20 | |
Pedaqogika, alman dili
|
49 | 49 | |
Jurnalistika | 34 | 34 |
Ermənistan Dövlət Pedaqoji Universiteti sadəcə iki tələbə qəbul edib – gələcək şahmat müəllimlərini, halbuki bu fənn tədris proqramına daxildir. Burada xarici dil və təbiət elmlərini öyrənmək istəyən heç kim tapılmadı.
Ermənistan hökuməti ətraf mühitin qorunması üçün həll yolları və konsepsiyalar qəbul edir, amma Yerevan Dövlət Politexnik Universitetinin müvafiq fakültəsində təhsil almaq istəyən sadəcə bir tələbə olub.
Belə çıxır ki, ali təhsil müəssisələri bazarı araşdırmayıb, demoqrafik vəziyyəti, gənclərin marağını öyrənməyib və fakültələrə ayrılan yerləri havadan müəyyən edib.
Abituriyentlərin sayının azalma səbəbi
Abituriyentlərin sayının azalmasının bir sıra səbəbi var:
- 2006-cı ildə Ermənistan hökuməti 11 illik təhsil sistemini ləğv etmədən 12 illik təhsil sisteminə keçdi. Valideynlərin seçim imkanı var idi, və çoxları 11 illik təhsili seçdi. Müvafiq olaraq 11 il təhsil alan 30 min şagird bu il məktəbi bitirdi, gələn il 12 il oxumalı olan 15 min şagird məktəbi bitirəcək.
- Dövlət Statistika Xidmətinin məlumatına görə, son iki il ərzində Ermənistandan birdəfəlik 11 min məktəbli çıxıb.
- Hərbi çağırış 18 yaşında olduğuna görə çoxları xidmətdən öncə ali məktəbə qəbul olmağı mənasız hesab edir, xidmətdən sonra isə təhsil ikinci plana keçir.
- Sosial problemlərə görə təhsil haqqını ödəmək çətinləşib.
- Xarici ali təhsil müəssisələrində Ermənistandan olan tələbələrin sayında artım müşahidə olunur.
- Abituriyentlər ixtisasları üzrə iş tapacaqlarına əmin deyillər.
- Ermənistan diplomları heç də bütün ölkələrdə qüvvədə deyil, bir çox tələbələr isə gələcəkdə xaricdə təhsillərini davam etdirmək və ya işləmək istəyir.
Bir-birinin üstünə yığılan bu və ya digər səbəblər abituriyentlərin sayının azalmasına gətirib çıxarıb. Elm və təhsil naziri Levon Mkrtçyan deyir: “Gələn il vəziyyət daha da pis, abituriyentlər isə daha az olacaq. Bizim universitetlər üçün ağır dönəm başlayacaq, çünki onlar iş yerlərini saxlamaq və ayaqda qalmaq yollarını axtarmağa məcbur olacaqlar”.
Populyar ixtisaslar
Erməni abituriyentlərinin bu il universitetlərə qəbulda geniş imkanları var idi, çünki təklif tələbi xeyli üstələyirdi.
Ən populyar universitet əvvəlki kimi Yerevan Dövlət Universiteti qalırdı, onun bəzi fakültələrində ənənəvi olaraq böyük müsabiqə müşahidə olunurdu. Bu səbəbdən də bu il hüquq fakültəsi, bundan başqa da jurnalistika və iqtisadiyyat fakültələri keçən ilə nisbətdə 10 tələbə daha çox götürməyi nəzərdə tutmuşdu.
Amma bu il ən populyar fakültələrdə belə abituriyentlərin sayı az idi. O cümlədən,
Hüquq fakültəsində 3 dəfə (325-dən 102-yə ),
Jurnalistika fakültəsində 1,5 dəfə (114-dən 76-ya),
İqtisadiyyat fakültəsində 2,5 dəfə (162-dən 64-ə).
Son üç ilin məlumatları aşağıdakı cədvəldə:
YDU-da populyar fakültələr | 2017-18 tədris ili | 2016-17 tədris ili | 2015-16 tədris ili | |||
Yerlər
|
Abituriyentlərin sayı | Yerlər | Abituriyentlərin sayı | Yerlər |
Abituriyentlərin sayı
|
|
Hüquq | 140 | 227 | 130 | 258 | 130 | 325 |
Beynəlxalq münasibətlər | 142 | 132 | 140 | 89 | 130 | 124 |
İnformatika və tətbiqi riyaziyyat | 207 | 267 | 192 | 264 | 192 | 229 |
Jurnalistika | 75 | 76 | 65 | 88 | 65 | 114 |
İqtisadiyyat | 133 | 64 | 123 | 114 | 180 | 162 |
Erməni dili və ədəbiyyatı | 136 | 102 | 133 | 174 | 133 | 144 |
Son illər Ermənistanda hüquqşünaslara və iqtisadçılara böyük önəm verirdilər, və hər il dövlət və özəl universitetləri bu ixtisaslar üzrə minlərlə mütəxəssis buraxırdı. Ancaq onların çoxu artıq universitetlərə qəbul olunarkən işsiz qalmağa məhkum idilər. Sadəcə əmək bazarı hər il bu sayda hüquqşünas və iqtisadçı qəbul etmək iqtidarında deyil. Buna görə də bu ixtisaslara tələbat tədricən azalır.
Əvvəllər tələbat böyük olan ixtisaslara marağın azalması keçid ballarından da görünür. “Beynəlxalq əlaqələr”, “İqtisadiyyat və menecment”, “Hüquq” və s. fakültələrin ödənişli yerlərinə keçid balları ortalama 5-10 bal aşağı düşüb.
15, 25 balla YDU-nin riyaziyyat və mexanika fakültəsinə daxil olmaq mümkün idi. Yerevan Dövlət İqtisad Universitetinin turizm fakültəsinə daxil olmaq üçün 16 bal kifayət edirdi. 15,75 bal Ermənistan Dövlət Pedaqoji Universitetinə daxil olub, ingilis dili müəllimi olmaq üçün kifayət edirdi.
Keçid balı ancaq Borisov adına Yerevan Dövlət Dillər və Sosial Elmlər Universitetində yüksəlib. “Tərcümə işi” ixtisası üzrə çin və fransız bölmələrində aşağı keçid balı müvafiq olaraq 16 və 10 bal artıb. Bu zaman xarici dillər arasında abituriyentləri cəlb edən məhz bu iki dil olub.
Populyar olmayan ixtisaslar
Bütün universitetlərdə “ölən” fakültələr yarandı. Aşağıda YDU-nun bu cür üç fakültəsinin məlumat cədvəlini göstəririk.
Universitet | Fakültə | Yerlərin sayı | Abituriyentlərin sayı |
YDU | Kimya | 33 | 3 |
Biologiya | 53 | 16 | |
Fizika | 77 | 33 |
Kimya fakültəsinin məzunları dövlətin bu sahəyə münasibətini nəzərə alsaq, iş tapmağa ümid etmirlər. Kimya sənayesinin nəhəngləri “Vanadzorskiy ximprom” və “Nairit” müflis olur və minlərlə işçini işsiz qoyur. Onda kimyaçı hazırlamaq və bu ixtisası seçməyin mənası nədir?
Bu il ayrı-ayrı ixtisaslara marağın olmaması ümumilikdə abituriyentlərin sayının az olması ilə izah olunur. Və burada sual yaranır: bu ixtisaslar ümumiyyətlə lazımsız olub yoxsa abituriyentlər çoxalanda yenə də bu ixtisaslara tələb artacaq?
Təhsil haqqı
Ermənistanda universitetlərin maliyyələşdirilməsi əsasən tələbələrin çiynindədir.
Ən yüksək təhsil haqqı Yerevan Dövlət Tibb Universitetinin müalicə işi və stomatologiya fakültələrindədir – 1 milyon dram (təxminən 2 min dollar).
Ən ucuz başa gələn Ermənistan Dövlət Pedaqoji Universitetində təhsil almaqdır. Burada biologiya, kimya, coğrafiya fakültələrində təhsil almaq üçün 260 min dram (təxminən 480 dollar) ödəmək lazımdır.
Bütün fakültələrində eyni ödəniş haqqı – 400 min dram (835 dollar) olan yeganə universitet Borisov adına Yerevan Dövlət Dillər və Sosial Elmlər Universitetidir.
2017-18-ci illərdə təhsil haqqı artırılmayıb, bu, keçən il baş verib.
Universitet | Təhsil haqqının artdığı məbləğ /min dram |
Yerevan Dövlət Universiteti | $30-70 |
Milli Memarlıq və İnşaat Universiteti | $20-70 |
Ermənistan Dövlət İqtisad Universiteti | $100 |
Yerevan Dövlət Tibb Universiteti | $200 |
Milli Aqrar Universiteti | $20-60 |
Bununla belə, bahalaşma üçün heç bir əsas yox idi: yeni tədris metodları tətbiq edilməyib, tələbələri ölkə xaricinə təcrübəyə göndərməyiblər, xaricdən müəllimlər dəvət olunmayıb.
Amma heç kim üçün sirr deyil ki, adətən orta səviyyədən aşağı bilikli tələbələr vaxtı-vaxtında təhsil haqqını ödəyib, “mütəxəssis” olurlar.
Bütün yaranan bu vəziyyət və amillər təhsil prosesinə təsir edir və Ermənistan ali təhsil sistemini dalana dirəyir.