Ermənistan-Azərbaycan dəmiryolu xətti: mənfəət və zərər haqda danışmaq tezdir
Ermənistan-Azərbaycan dəmiryolu xətti
Ermənistanla Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Meğri-Horadiz dəmiryolu xəttinin səmərəliliyini dəyərləndirmək üçün zamana ehtiyac var. Bu marşrutu əvvəlcədən mənfəətli və ya zərərli kimi xarakterizə edənlər yanılırlar. Keçmiş nəqliyyat naziri Henrik Koçinyan bu fikirdədir. O, vəziyyətin öyrənilməsi və dəmiryolu xəttinin bərpası işlərinə başlanılması ilə səlahiyyətləndirilmiş xüsusi işçi qrupun 10 nəfər üzvündən biridir. Qrupa baş nazirin müşaviri, Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edir.
Bu xəttin bərpa olunması halında bu yol sadəcə Ermənistanla Azərbaycanı birləşdirməyəcək. Ermənistan beləliklə Rusiya və İranla, Azərbaycan isə eksklavı Naxçıvanla dəmiryolu əlaqəsinə sahib olacaq. Bununla yanaşı ekspertlər izah edirlər ki, Arazdəyən-Culfa-Meğri-Horadiz dəmiryolu xətti Azərbaycana mal çıxarılması yolu kimi yox, digər ölkələrə məhsul daşımaq üçün tranzit yol kimi nəzərdən keçirilir.
Xüsusi işçi qrup üzvlərinin və rəhbərinin artıq keçirilmiş iş və regionda kommunikasiyaların açılması perspektivləri haqda fikirləri.
- Azərbaycan Ermənistana UNESCO missiyası göndərməyə çağırır
- Ermənistan-Türkiyə danışıqları: Yerevan sakinləri nə düşünür?
- Pasifizm və ya “biz heç vaxt bir yerdə yaşaya bilməyəcəyik”: transformasiya hekayəsi
“Yolun bərpası üçün peşəkar potensial var”
Ermənistanda dəmiryolu xəttinin ölkə ərazisindəki hissəsinin bərpası üzrə işlərdə iştirak edə biləcək kifayət qədər mütəxəssislər var – keçmiş nəqliyyat naziri Henrik Koçinyan deyir. Onun sözlərinə görə, bu işə həm sovet dövrünün təcrübəli mütəxəssisləri, həm də gənclər cəlb olunacaq.
Arazdəyən-Culfa-Meğri-Horadiz dəmiryolu xəttinin fəaliyyəti Sovet İttifaqı dağılandan sonra dayanıb. Dəmiryolu xəttinin bərpası haqda razılaşma Ermənistan, Azərbaycan və Rusiya liderlərinin ötən ilin sonun Soçidə keçirilən danışıqlarında əldə edilib və Brüsseldə baş tutan Paşinyan-Əliyev danışıqlarında möhkəmləndirilib.
Azərbaycanla dəmiryolu xəttinin bərpası üçün Ermənistan cənub, Sünik vilayətində yolun təxminən 45 kilometrlik hissəsini inşa etməlidir. Müxtəlif dəyərləndirmələrə görə, inşaat işləri ən azı 200 milyon dollara başa gələcək.
Ermənistan tərəfdə tikintinin nə zaman başlayacağı hələlik məlum deyil. Ancaq o bildirilir ki, yaxın günlərdə artıq yerlərdə, Arazdəyən və Meğri məntəqələrində detallı tədqiqatlar aparılacaq və onların əsasında layihə hazırlanacaq.
Bu işlərə “Rusiya dəmiryolları” şirkətinin mütəxəssisləri də cəlb olunub. 2038-ci ilə qədər məhz bu şirkət hələ də Ermənistan dəmiryollarının konsessiya idarəçiliyi hüququna sahib olacaq.
Ermənistan hakimiyyəti dəfələrlə bildirib ki, dəmiryolu xətlərinin açılışı ölkə üçün yeni iqtisadi imkanlar açacaq. Amma işçi qrupun üzvü Henrik Koçinyanın sözlərinə görə, əgər digər dövlətlər də bu dəmiryolu xəttini təhlükəsiz və səmərəli hüsab etsələr, yükdaşıma həcmi dəyiəcək.
“Əgər biri bunun sərfəli olduğunu, digəri isə sərfəli olmadığını deyirsə, məncə, hər ikisi yanılır. Zamana ehtiyac var, bu, bizim hamımızın oturub kağıza yaza biləcəyimiz formul deyil ki, “baxın, mən sübut etmişəm ki, bu yaxşıdır”, ya da “mən sübut etmişəm ki, bu pisdir””, – Henrik Koçinyan bildirib.
Azərbaycan tərəfi hələ 2021-ci ilin febralında inşaat işlərinə başlayıb. Azərbaycan hakimiyyəti öz hissəsinin inşaatını 2023-cü ilin birinci rübündə tamamlamağı planlaşdırır.
“Sənəd imzalamaq lazımdır”
Dəmiryolu xəttinin inşaatı razılaşmalar sənədləşdirildiyi – ikitərəfli sazişdə qeyd olunduğu zaman başlayacaq – baş nazir Paşinyanın müşaviri, işçi qrupun rəhbəri Artaşes Tumanyyan hesab edir. O bildirir ki, bu vacib şərtdir, axı “infrastrukturlar birləşməli”, birlikdə işləməlir:
“Ermənistan tərəfi üçün bu qədər genişmiqyaslı işlərin başlaması üçün onların hər hansı sənəd formatında qeyd olunması lazımdır. Bu, ikitərəfli razılaşma da ola bilər, üçüncü tərəfin iştirakı ilə də ola bilər”.
Tumanyanın sözlərinə görə, xüsusən Meğri hissəsində detallı “instrumental” tədqiqata ehtiyac var. Yaxın 10 gün ərzində reallaşdırılması planlaşdırılan ezamiyyət zamanı qrupun bu cür imkanı olacaq.
Baş nazirin müşaviri Tumanyanın sözlərinə görə, dəmiryolu xəttinin uzunluğu cəmi bir kilometrdən bir qədər artıq olan Arazdəyən hissəsinin bərpası aylarla sürəcək. 45 kilometrlik Meğri hissəsi üçün üç il lazım olacaq.
İnşaat üçün tələb olunan vəsaitə toxunan Artaşes Tumanyan qeyd edib ki, nə qədər məbləğin lazım olduğu və haradan cəlb olunacağı aydın deyil. Bununla yanaşı o vurğulayır ki, ətraf qurğuların, məsələn gömrük məntəqələrinin qurulması üçün də vəsait lazım olacaq, əks halda “bizim işlək infrastrukturumuz olmayacaq”.