Yeni razılaşma Ermənistan və Azərbaycana nə verdi, nə vermədi və yollar necə açılacaq?
Yanvarın 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli razılaşma Qarabağ münaqişəsi nəticəsində Cənubi Qafqazda 30 ildən çoxdur ki, bağlı qalan nəqliyyat yollarının açılması prosesini başladır. Bu, hər üç ölkəyə, o cümlədən də Türkiyəyə sərf edir.
İki aspekt üzrə analiz:
- Cənubi Qafqazda nəqliyyat dalanları necə yaranıb və onlar necə açıla bilər?
- Hərbi əsirlər problemi və Qarabağda Rusiyanın faktiki yeni bazasının yaradılması təhlükəsi – yeni razılaşmada Ermənistan və Azərbaycan üçün çox vacib olan nələr yoxdur?
- Ermənistan və Azərbaycanı nəqliyyat dəhlizləri birləşdirəcək – Moskvada liderlərin görüşünün nəticələri
- Rusiya Azərbaycanda hərbi baza yaratmağı hədəfləyib – Bakıdan şərh
- Ermənistan-Azərbaycan: “Yeni-köhnə sərhəd”, niyə onun müəyyən edilməsi bu qədər problemlidir?
Cənubi Qafqazda nəqliyyat dalanları necə yaranıb və onlar necə açıla bilər?
Moskvadakı görüşdə üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında işçi qrupun yaradılması haqda razılıq əldə edilib, bu işçi qrup “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə” məşğul olacaq.
Söhbət iki əsas istiqamətdən gedir.
1.
Azərbaycanınn əsas hissəsindən anklava – Naxçıvana və oradan da Türkiyəyə (və ya Gürcüstana) dəhliz. Yol Ermənistan ərazisindən – Sünik vilayətindən (aşağıdakı xəritədə qırmızı rənglə göstərilib) keçməlidir.
2.
Yerevandan elə həmin Sünik vilayətinə Azərbaycan ərazisindən – Naxçıvandan keçən və Rusiyaya qədər uzanan dəmiryolu xətti. Ayrıca budaq Ermənistanı İranla (hər iki xətt aşağıdakı xəritədə bənövşəyi rənglə göstərilib) birləşdirəcək.
Hər iki marşrut üzrə həm dəmiryolu xətti, həm də avtomobil yolu sovet dövründə fəal istifadə olunub. Amma 1990-cı illərin əvvəllərindən, Qarabağ münaqişəsi qızışandan sonra hər ikisi tamam bağlanıb.
Bu nəqliyyat yollarının bağlanması nəticəsində ancaq Ermənistan və Azərbaycan yox, həm də Rusiya və Türkiyə ziyan çəkib.
Qarabağ münaqişəsi başlayandan az sonra gürcü-abxaz münaqişəsi başlandı və Cənubi Qafqazdakı ikinci əsas dəmiryolu/avtomobil yolu da bağlandı. Ermənistan Rusiyaya, əsas müttəfiqinə rahat çıxışdan məhrum oldu. Rusiya və Türkiyə birbaşa dəmiryolu hərəkətindən istifadə etmək imkanını itirdilər.
Nəticədə son 30 il ərzində Ermənistandan qatarlar ancaq Tbilisiyə qədər gedir. Rusoyadan mallar isə ancaq Gürcüstan vasitəsilə, Hərbi-Gürcüstan yolu ilə və daha sonra Vladiqafqazdan keçməklə daşınır. Bu yol dar və perspektivsiz olmağından başqa, həm də qış aylarında qar və ilin istənilən vaxtında sürüşmə səbəbəilə uzun müddətə bağlana bilir.
Ermənistanın İranla yaxşı ticarət əlaqələri var. Amma burada da münasibətlərin inkişafı nəqliyyat probleminə dirənir – iki ölkəni ancaq bir mürəkkəb dağ yolu birləşdirir.
Nəticə:
Yeni razılaşma maraqlı olan bütün dörd tərəf üçün iqtisadi problemləri həll edir.
- Azərbaycan öz Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə yol əldə edir.
- Ermənistan üçün Rusiya və İrana rahat dəmiryolu xətti açılır.
- Rusiya və Türkiyə Cənubi Qafqaz regionunda hər ikisi üçün önəmli olan ölkələrdən birbaşa hərəkət əldə edir.
Artıq birgə işçi qrup yaradılıb və üç ölkənin hər birinin baş nazir müavini bu qrupa rəhbərlik etmək üçün təyin edilib. Bəyan edilib ki, ən qısa müddətdə infrastrukturun inkişafı ilə bağlı konkret təkliflər təqdim olunacaq.
Amma yenə də bu layihəni çətin ki, yaxın zamanda real hesab etmək mümkün olsun. Onun reallaşdırılması üçün yalnız zamanla və müharibə nəticəsində çox ziyan çəkmiş yolu bərpa etmək yetərli deyil. Ermənistanda və Azərbaycanda siyasi və ictimai dəstək də lazımdır, bu isə yaxın gələcəkdə çətin mümkün olsun. Başqa bir problem ondan ibarətdir ki, Yerevan və Bakının siyasi tələbləri yeni razılaşmanın hüdudlarından kənarda qalıb, onlar təmin edilməyincə, birgə iqtisadi layihələrin reallaşdırılmasını təsəvvür etmək çətindir.
- “Qan, tər, gözyaşı və səriştəli idarəçilik” – politoloqdan Ermənistanın böhrandan çıxış formulu
- 62 Ermənistan vətəndaşı Azərbaycanda: hərbi əsirlər, yoxsa diversantlar?
Hərbi əsirlər problemi və Qarabağda Rusiyanın faktiki yeni bazasının yaradılması təhlükəsi – yeni razılaşmada nələr yoxdur?
Moskva görüşünə getməzdən əvvəl həm Ermənistan, həm də Azərbaycanda nələrin müzakirə olunacağına dair fəal müzakirələr gedirdi.
Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbi əsirlərinin Azərbaycandan qaytarılmasına nail olmaq istəyirdi.
Söhbət 62 hərbçidən gedir və problem ondan ibarətdir Bakı onları məhkəmə qarşısında cavab verməli olan diversant hesab edir. Ermənistan üçün Dağlıq Qarabağın bundan sonrakı statusu da mühüm və ağrılı məsələ olaraq qalır.
Azərbaycan prezidenti İlham Əliyev böyük ehtimalla Rusiya sülhməramlıları ilə bağlı məsıləni həll etmək istəyərdi. Ekspertlər və sosial şəbəkə istofadəçiləri oonların bir çox əməllərini səlahiyyətlərini aşmaları baxımından tənqid edirlər.
Amma Putin danışıqların yekunu ilə bağlı brifinqdə çıxışı zamanı nə hərbi əsirlər, nə də Dağlıq Qarabağı statusu məsələsinə toxunmayıb. Sülhməramlılarla bağlı isə Putin ancaq müsbət dəyərləndirmə səsləndirib – həmin brifinqdə Əliyev və Paşinyan da onun bu bəyanlarını dəstəklıyiblər.
Beləliklə, regionun hərbdən sonra abadlaşdırılması hələlik ancaq dəmiryolu xəttinin və avtomobil hərəkətinin bərpasından doğan ümumi iqtisadi marağa əsaslanacaq. Azərbaycanda çoxlu tənqid olsa da, ümumilikdə müxalifət və cəmiyyət prezident xəttini dəstəkləyir, Ermənistanda isə demək olar ki, bütün siyasi isteblişment, o cümlədən də prezident və cəmiyyətin böyük hissəsi qəti şəkildə baş naziri dəstəkləmir və onun istefasını tələb edir.
2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu seçkilər də müvafiq olaraq digər liderləri hakimiyyətə gətirə bilər.