Ermənistanda seçkilər. Həlledici gün
Ermənistanda Parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək. Yeni qanunverici orqan ən azı 101 deputatdan təşkil olunacaq. Yeni Seçki Məcəlləsinə əsasən dörd mandat ölkənin dörd ən çoxsaylı milli azlığına ayrılacaq.
Seçki marafonunda ümumilikdə beş partiya:
- Hakim Respublikaçılar Partiyası,
- “Erməni Dirçəlişi”,
- “Azad demokratlar”,
- Ermənistan Kommunist Partiyası
- “Daşnaksütun” Erməni İnqilab Federasiyası (EİF)
və dörd blok iştirak edir:
- “Yelk”»,
- “Tsarukyan”,
- “Ohanyan-Raffi-Oskanyan”
- “Ermənistan Xalq Partiyası Konqresi”
Doqquz siyasi blokdan ümumilikdə 1500 nəfər namizəd qeydə alınıb, onlardan 27 nəfər milli azlıqların namizədləridir. 52 nəfər namizədliyini geri çəkib.
Namizədlərin demək olar ki, üçdə birini qadınlar təşkil edir – 434 nəfər, o cümlədən milli azlıqlardan beş qadın namizəd.
Bu parlament seçkilərində namizədlərin sayı 2012-ci il parlament seçkilərində iştirak edən namizədlərin sayını üstələyir. Ötən parlament marafonunda 1171 nəfər namizədliyini irəli sürmüşdü, onlardan ikisi qeydiyyata alınmamış, 31 nəfəri isə namizədliyini geri götürmüşdü. Ötən dəfə qadın namizədlərin də sayı xeyli az idi – 23 faiz.
Parlament seçkilərinin gedişatını Ermənistanın 49 ictimai və hüquq-müdafiə təşkilatından 28 mindən çox yerli və 600-dən çox xarici müşahidəçi izləyəcək.
Respublika Polisinin məlumatına görə, 2 564 195 Ermənistan vətəndaşının səs hüququ var. Hüquq-müdafiə və ictimai təşkilatlar, həmçinin müxalifət nümayəndələri seçici siyahılarını “şişirdilmiş” adlandırırlar. Onların fikrincə, bu, ölkədən mühacirətə gedənlərin hesabına mümkün olub.
Maraqlıdır ki, 2011-ci ildə keçirilmiş son siyahıya almanın nəticələrinə görə, Ermənistanın daimi əhalisnin sayı 3 018 854 adamdır ki, onlardan 2 322 747-si 18 yaşından yuxarıdır. O cümlədən, 2012-ci il parlament seçkilərinin seçici siyahısına 2 522 906 adam, 2013-cü il prezident seçkilərinin seçici siyahısına 2 527 822 adam, 2015-ci ildə keçirilmiş Konstitusiya referendumun seçici siyahısına 2 566 998 adam daxil edilib.
“Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İonesyan hesab edir ki, siyahıların tutulması metodikası qınaq doğurmur:
- Problem siyahıların “təmizlənməsi” mexanizminin yoxluğudur. Siyahılar ildən ilə mühacirət edən və başqa ölkənin vətəndaşlığını almış, lakin ermənistan vətəndaşlığından imtina etməmiş və de-fakto laraq Ermənistan vətəndaşı qalmış vətəndaşlar hesabına “şişirdilmiş” qalır. Ya da vətəndaş mühacirətdə vəfat edib, lakin onun ölüm kağızı dipmisiyaya və ya polisə təqdim edilməyib. Polisin əlində sənədlə təsdiq olmadığından, bu adamların hamısının seçici siyahısında adı var və heç kəs onları seçici hüququndan məhrum edə bilməz.
Ermənistan müxalifəti çıxış yolu kimi seçici siyahıları probleminin qanunvericilik yolu ilə çöxülməsini təklif edir.
“İrs” partiyasının sədr müavini Armen Martirosyan təklif edir:
- Seçici siyahılarını “təmizləmək” üçün onları iki hissəyə bölmək olar. O cümlədən əsas siyahıdan Ermənistanın xaricdə daimi yaşayan vətəndaşlarını çıxarıb, onları əlavə siyahıya salmaq olar. Bununla da həmin vətəndaşlar hər hansı bir səbəbdən ölkəyə qayıdıb seçkilərdə iştirak etmək qərarına gəlsələr, onlar səs vermək hüququna malik olacaqlar.
Biz seçkilərdə iştirak etmiş Yerevan sakinləri arasında sorğu keçirdik.
- Yeni parlament qarşısında hansı əsas məsələni qoyardınız?
Knar Martirosyan, 26 yaş, jurnalist
– Yeni parlamentdə ən əsası onun tərkibidir, çünki ötən dəfəkinin nümunəsi göstərdi ki, deputatların əsas hissəsi orda niyə olduqlarını və nə müzakirə etdiklərinin fərqinə varmırdırdılar. Bu da azmış kimi, onlar mühüm qanunları oxumadan belə ştamplayırdılar. Nəhayət, “mandatla şirnikləndirmə” ənənəsinin kökünü kəsmək lazımdır. Deputat-generallardan, krimanl dünyadan olan deputatlardan, deputat-oliqarxlardan, deputat-müğənnilərdən azad olmaq lazımdır…
Meri Oqanyan, 65 yaş, evdar qadın:
– Yeni parlamentin çözməli olacağı prioritet məsələlər Ermənistan məhkəmə və hüquq sistemində radikal dəyişikliklər, müstəqil məhkəmə orqanları və ədalət məhkəməsi orqanlarının yaradılmasıdır. Yeni parlament həmçinin sözdə deyil, əməldə kəsərli korrupsiya əleyhinə proqram işləyib hazırlamalı və həyata keçirməlidir.
Ayarpi Simonyan, 34 yaş, Yerevan Dövlət Universitetinin müəllimi:
– Sayəsində mühacirətin azalacağı qanun və müddəaların işlənib hazırlanması. Kənd təsərrüfatının inkişafı üçün şərait yaradılamsı, o cümlədən kənd təsərrüfatı məhsullarının ölkəyə ixracı həcminin azalması üçün qanunların işlənib hazırlanması. Müstəqil ədliyyə, korrupsiya ilə mübarizə. Deputatların maaşı orta həlqə işçisinin maaşını üstələməməlidir. Belə çıxır ki, yeni parlamentdən əməkhaqqı ilə bağlı tarazlaşdırılmış siyasətin işlənib hazırlanmasını gözləyirəm.
Karen Yerisyan, 34 yaş, «VivaCell-MTS»şirkətinin əməkdaşı:
–Təəssüf ki, parlament siyasi sistemin bir hissəsidir. Ermənistan reallığının şərtləri təkcə parlamenti deyil, həmçinin hökuməti ciddi qəbul etməyə imkan vermir. Onlar erməni xalqının maraqlarını müdafiə etmirlər, bu, sadəcə hazırkı rejimin tərkib hissəsidir.
Levon Mkrtçyan, 30 yaş, arxeoloq:
– Parlament qarşısında, hər şeydən öncə, erməni siyasi qüvvələrində olmayan siyasi mədəniyyəti formalaşdırması məsələsini qoyardım. Parlament müxtəlif qütblü və balanslı olmalıdır.
- Gedən parlamentin əsas problemi nədir, hansı əsas yanlışlara yol verib, nələri edə bilməyib, nələri etməli idi?
Knar Martirosyan:
– Gedən parlament etimad hissi doğurmayan şən insanların klubunu xatırladırdı. Romantiklik və populistlik səviyyəsi çərçivəni aşırdı, parlamentin gördüyü iş isə parlament üzlərinin özlərində də narazılıq doğururdu, onlar öz vəzifələrini yerinə yetirmək əvəzinə parlamenti partiyalar arası və şəxsi döyüşlər meydanına çeviriblər. Qəbul olunmuş bir sıra qanunlar, məsələn Vergi Məcəlləsinə edilmiş dəyişikliklər cəmiyyətin narazılığını doğurub və doğurur, amma bu, xalq tərəfindən seçilənlərə onların iradəsinin əksinə getməyə mane olmadı. Parlament öz funksiyasını yerinə yetirmirdi və bütün beş il müddətində qanunların böyük hissəsinin hazırlanması ilə hökumət məşğul olurdu.
Meri Ohanyan:
– Gedən parlamentin əsas problemi ondadır ki, o, qərar və qanunların qəbul edilməsində müstəqil deyildi.
Ayarpi Simonyan:
– Gedən parlamentin əsas problemi deputatların qeyri-peşəkarlığında və korrupsiyaya bulaşmasında, parlament üzləri ilə onları seçənlər arasında əlaqənin olmamasındadır. Parlamentin səhvləri sırasında büdcə vəsaitlərinin səmərəsiz bölüşdürülməsi və istifadəsini, strateji obyektlərin əcnəbi şirkətlərə və fərdi şəxslərə satılmasını qeyd etmək olar. Gedən parlament ən əsasını eləməyib – inhisarçılığı aradan qaldırmayıb. Etməlin olub etmədiklərindən isə səhiyyə sisteminin islahatın, elmə ayrılan maliyyənin artırılmasını, kiçik və orta biznesin dəstəklənməsini vurğulamaq olar.
Levon Mkrtçyan:
– Gedən parlament ölkənin sosial-iqtisadi məsələlərindən tutmuş xarici siyasət və dövlət maraqlarının qorunmasına qədər məsələlərdə qeyri-peşəkarlığı ilə xüsusi seçilirdi. Bunun əsas səbəbi qanunverici orqanın qeyri-legitimliyidir.
Karapet Yeritsyan:
– Gedən parlament “problem” sözünün sinonimir və onun həyata keçirdiyi hər şey “hakimiyyət” adlı cinayətkar sindikatın əlində qul və ya girov olan xalqın problemlərini daha da dərinləşdirdi. Parlamentin elədiyi və eləmədiyi hər şey hakimiyyətdə olan oliqarx elitasından qaynaqlanırdı.
- Hakimiyyət sizin hansı şəxsi probleminizi həll edə bilər və həll etməlidir?
Knar Martirosyan:
– Hakimiyyət nəhayət ki, korrupsiya və qanunsuzluqla real mübarizəyə başlamalı, biznes üçün bərabər şərait yaratmalı, məhkəmə sistemində islahatlar aparmalı, iqtisadiyyatı dirçəltməlidir ki, bu da həm ümumilikdə erməni cəmiyyətinin həyatında, həm də şəxsən mənim yaşam səviyyəmdə özünü göstərəcək. Həmçinin ölkə vətəndaşı kimi mənim təhlükəsizliyim təmin olunmalıdır, bir sıra sahələrdə hüquqlarımın pozulmasına son qoyulmalıdır və mənim ödədiyim vergilər hesabına toplanan vəsaitləri dağıtmamalıdırlar.
Meri Ohanyan:
– Qaz və elektrik tariflərinə yenidən baxılmalı, daxili bazarda malların qiyməti nizamlanmalıdır ki, məsələn eyni dərmanı xaricdən daha ucuz almağa ehtiyac qalmasın. Dərman preparatlarının inhisarını aradan qaldırmaq, çürümüş və korrupsiyalaşmış səhiyyə sistemində islahat aparmaq lazımdır. Və əlbəttə ki, əmək pensiyalarının həcmini artırmaq.
Ayarpi Simonyan:
– Demək olar ki, hər bir Ermənistan sakininin qazanc üçün xaricə gedib-gələn və ya emiqrasiya etmiş qohumu var. Yeni parlamentdən ilk növbədə əlverişli sosial-iqtisadi şərtlərin yaxşılaşdırılmasını gözləyirəm ki, doğmalarımız ölkəni tərk etməsin, burda yaşayıb, işləsinlər. Daha bir gözləntim elmi sahədə tender sisteminin ləğv edilməsilə bağlıdır.
Karen Yeritsyan:
– Bütün “yeniliklər” sadəcə “köhnənin” yenidən istehsalıdır. Həyatda nikbin insan olsam da, necə deyərlər, hakimiyyətin mənim şəxsi problemlərimin həlli məsələsində məcburən pessimist oluram. İndi mənim bir məqsədim var, ailəmlə birlikdə parlamentinə öz şəxsi və ailəmin problemlərinin həllini etibar edə biləcəyim sivil ölkəyə emiqrasiya etməyin yolunu tapmaq.
Levon Mkrtçyan:
– Təəssüf ki, hər hansı şəxsi məsələ və ya problemin həllini gələcək parlamentlə bağlamıram. Öz mahiyyətinə görə, gələcək parlament öncəkindən fərqli olmayacaq.