Ermənistanda keçmiş məmur ağac qırdığına görə saxlanılıb
Foto: Qor Ayzak Ohanesyan
Ermənistanda meşələrin mühafizəsi naminə başlanan mübarizə çərçivəsində cinayət işi qaldırılıb, Təbiəti Mühafizə Nazirliyinin dövlət müfəttişliyinin keçmiş əməkdaşları və rüşvət alaraq qanunsuz meşə qırımını qeydə almayan, həmçinin yaşıl zonalara dəyən ziyanın həcmi ilə bağlı məlumatları kiçildən idarə və qurum nümayəndələri saxlanılıb.
Bu il qanunsuz meşə qırımlarının ən çox hissəsi ölkənin Lori vilayətində qeydə alınıb. Vilayət prokuroru Arsen Martirosyanın sözlərinə görə, 86 belə hal qeydə alınıb, onlardan 69-u üzrə cinayət işi qaldırılıb. Bütün işlər üzrə dövlətə dəyə ziyan təxminən 45 milyon dram (95 min dollara yaxın) olaraq dəyərləndirilib.
“Qanunsuz meşə qırımı ilə bağlı hər bir fakt üzrə əsas istintaq predmeti məsuliyyətli şəxslərin hərəkətlərinin qanunauyğunluğu , meşəbəyilərin, gözətçilərin, mühəndislərin, direktor müavinlərinin və direktorların, həmçinin təbiətin mühafizəsi müfəttişliyinin müvafiq əməkdaşlarının əməlləri, onlardan hansılarının əməllərində qanunsuzluğun aşkarlanacağı olmalıdır”, – Arsen Martirosyan deyib.
Ekoloqlar qanun pozucularına qarşı mübarizənin başlanmasını müsbət qiymətləndirirlər, amma görülən tədbirlərin meşələrin qırılmasının qarşısını almaq üçün yetərli olmadığını hesab edirlər.
JAMnews-la söhbətində ekoloq Apres Zohrabyan bildirib ki, bu saxlanılmalar meşələrin qarşısının alınması üçün lazımdır, amma bu, sadəcə “kosmetik” tədbirlərdir, çünki yaranmış vəziyyətə görə əsl məsuliyyət daşıyanlar cəzalandırılmayıb.
“Uzun illər meşələr qırılıb. Bu yolla ailəsini dolandıranları bir günün içində çəkindirmək mümkün deyil. Məsuliyyət daşımalı olan əsas günahkar ölkə prezidentidir, amma o özü özünü həbs edən deyil”, – Apres Zoohrabyan deyir.
Ekoloqun sözlərinə görə, ağacları həm yanacaq üçün, həm də satmaq və xammal kimi istifadə etmək üçün qırırlar.
“Bu, böyük biznesdir və burada kənd sakinlərinin heç bir rolu yoxdur. Kənd sakini qızınmaq üçün bir-iki dəfə ağac qıra bilər, biznes isə yerli və digər hakimiyyətlərin əlində cəmlənib. Və bu gəlirli biznesdir, çünki oduncağın dəyəri bahadır”, – ekoloq hesab edir.
Təbiəti mühafizə naziri Artsvik Minasyan əmin edib ki, ağacların qanunsuz qırımını təşviq edən və dəstəkləyən şəxslər məsuliyyət daşımalı olacaq, vəzifəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, cəzalarını çəkməlidirlər.
“Heç kim insanların evlərini isitmək haqqını məhdudlaşdırmır, amma qanunsuz yolla gəlir əldə etmək, bunu həyat normasına çevirməyə çalışmaq yolverilməzdir. B cür ifşa olunmalar davam edəcək. İnsanlar anlamalıdırlar ki, təbii sərvətlər ictimaiyyətin mülkiyyətidir. Əgər kimsə deyirsə ki, meşəni məhv etmək, qırmaq olar, o zaman biz buna qarşı çıxmalı və deməliyik: yox, meşə hamıya məxsusdur”, – nazir bildirib.