Ermənistanda daha çox Rusiya: “Putin Doktrinası” qüvvədə
JAMnews “Analitika” jurnalının məqaləsini yenidən dərc edir
Yerevan, cari ilin oktyabrın 5-i. Ermənistanın Milli Məclisi Rusiya ilə “Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşması” haqda sazişi mütləq çoxluğun lehinə səs verməsi ilə ratifikasiya edib. “Hakimiyyət” və ya “müxalifət” adlanmasından asılı olmayaraq hakimiyyət yönlü adlanan deputatlar çoxluğunun “lehinə” səs verməsi ritorikləşən suallara aydın və səhih cavabların mövcud olmaması fonunda baş verib.
Amma ilkin olaraq bu suallar ritorik olmayıb, üstəlik bu sualların cavabları da yox deyil, hətta materiallaşaraq zamanla özünü Ermənistan dövlətçiliyi üçün getdikcə daha ağrılı şəkildə xatırladır. Bu saziş mahiyyət və nəticələrinə görə təkrarsızdır, Ermənistan hakimiyyətinin ölkənin praktiki olaraq bütün real idarəetmə rıçaqlarını təhvil verməsi prosesində yeni mərhələdir.
Hakimiyyət tərəfindən əsaslandırma qismində həyəcan doğuran fakt haqda eşitdik, dən demə, hələ ilk prezidenti Levon Ter-Petrosyanın zamanında “birləşmiş qruplaşma” haqqında saziş “tam məxfi” qrifi altında imzalanıb və yeni saziş sadəcə onun fəaliyyəti qaydasında “probelləri doldurur”. Yəni bu “təhvil prosesi” iki onillik əvvəldən başlayıb…
Sənəddə, ilk “Əsasnamə” bəndindəcə deyilir ki, “birləşmiş qruplaşma” “regionda hərbi təhlükəsizliyi təmin etmək” məqsədilə yaradılır. Bunun təmin olunması üçün Ermənistan hakimiyyəti müxtəlif zamanlarda KTMT blokuna daxil olmaq, Rusiya hərbi bazasını Ermənistanda yerləşdirmək haqda qərar qəbul edib, Türkiyə və hətta İranla sərhəd xəttinin mühafizəsini Rusiya sərhədçilərinə həvalə ediblər.
Amma məlum olur ki, Ermənistanın nöqteyi-nəzərindən hərbi təhlükəsizliklə bağlı bizdə vəziyyət yumşaq desək, heç də yaxşı deyil, amma Azərbaycan tərəfindən yenidən müharibənin başlanması təhdidi də getdikcə böyüyür. Görünür ki, bütün bu kompleks yetərli deyil və bizə izah etdiklərinə görə, “birləşmiş qruplaşmanı” da yaratmaq lazımdır.
Tarixi ekskursiyalara ehtiyac olmasın deyə, sadəcə 2014-cü ildən bəri Rusiyanın imzaladığı sazişlərə necə əməl etdiyinə və onları əsassızca şərh etməsinə, üstəlik bu zaman 1994-cü il Ukrayna sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyi ilə bağlı Budapeşt memorandumu misalında olduğu kimi opponentlərini sazişi pozmaqda ittiham etməsini xatırlamaq yetərlidir.
Ermənistana gəlincə, iqtisadiyyatın bütün strateji sahələrini Rusiyaya ötürməsi, Rusiyanın dövlət enerji və nəqliyyat korporasiyalarının (Qazprom, Rosneft, RJD) eksklüziv və inhisarçı haqlarının zəmanəti haqda mahiyyətcə əsarət xarakterli sazişlərin bağlanması fonunda üstəlik “birləşmiş qruplaşmanın” da yaradılması və ya artıq sənəd üzərində yaradılmış qruplaşmanın “probellərinin doldurulması” Ermənistanın suverenliyini itirməsi prosesinin azad düşmə sürəti aldığını göstərir.
Belə “birləşmiş qruplaşmanı” heç SSRİ də tərəfdaşı olduğu ölkələrdə (süqutuna qədər Varşava Sazişi Təşkilatının üzvü olan dövlətlər həmin tərəfdaşlar sırasında olub) yaratmayıb. Bəli, bazalar olub, döyüş kontingentləri olub, “beynəlmiləlçilik borcu” kod adlı müdaxilələr də olub, “birləşmiş qruplaşma” isə yenə də olmayıb, üstəlik NATO Sazişinin 5-ci maddəsinin analoqu vardı – 4-cü maddə, halbuki KTMT və Ermənistan-Rusiya sazişində qeyd olunduğu kimi “kollektiv təhlükəsizliyin Qafqaz regionunda” belə bir şey yoxdur.
Əvəzində
“Üzv ölkələr digər üzv ölkələrlə təxirəsalınmaz konsultasiyalar (razılaşmaları) aparılandan sonra öz ərazilərində Təşkilata üzv olmayan dövlətlərin qoşun (qüvvə) qruplaşmalarının, hərbi infrastruktur obyektlərinin yerləşdirilməsi haqda qərar qəbul edir”
(KTMT Nizamnaməsinin 7-ci maddəsi).
Yəni Rusiyanın artıq vəzifəsi yoxdur, amma günü-gündən çoxalan hüquqları var.
Ermənistana münasibətdə Rusiyanın suverenliyin məhdudlaşdırılması üzrə “Brejnev doktrinasının” modernləşdirilmiş versiyasını tətbiq etdiyi göz qabağındadır, həm də Brejnev dövründə Şərqi Avropanın “müttəfiq” ölkələrinə tətbiq ediləndən daha sərt şərlərlə.
2012-ci ildə üçüncü prezidentlik dövrünün başlanması ilə, RF XİN-i xarici siyasətə dair yeni Konsepsiyanı açıqlayandan sonra işə salınmış Şərti “Putin doktrinası” da elə budur. Bu konsepsiyaya əsasən “postsovet məkanında inteqrasiya prosesləri” prioritet elan olunub. Və rəsmi Yerevanın 2013-cü il sentyabrın 3-də Aİ ilə Assosiasiya haqda Sazişdən məcburi-könüllü imtinasından sonra Ermənistanın suverenliyinin itirilməsi prosesi sadəcə geniş xarakter aldı.
Rusiyanın siyasi-iqtisadi sistem üzərində nəzarət dərəcəsi elə bir miqyasa qədər yüksəlib ki, “birləşmiş” hərbi komponentlər də əlavə olunandan sonra heç bir mübaliğəsiz ölkənin sadəcə nominal müstəqilliyi saxlanmaqla (SSRİ-nin himayəsi altında olan ölkələrə nisbətən daha məhdud) de-fakto işğalından danışmaq mümkündür.
Onu da qeyd eləmək lazımdır ki, KTMT və ya AAİİ üzvü olan ölkələrdən heç biri Kremlin iradəsindən bu dərəcədə, həm də hüquqla təsbit edilmiş şəkildə asılı deyil. Bu mənada Ermənistan nümayəndələrinin Ukrayna üzrə səsvermə nəticələrinin Rusiya və bir sıra izqoy ölkə ilə həmahəng olması bariz nümunədir. Bu hal heç bir tənqidə tab gətirmir və birmənalı şəkildə ölkənin reputasiyasına və xarici aləmlə bütün münasibətlər sisteminə zərbədir.
Bu münasibətlərdə nəinki qeyri-təbii asimmetriya mövcuddur, həmçinin “birləşmiş” məsuliyyətsizlik də gizlənir: Rusiya tərəfindən regional təhlükəsizliyə münasibətdə, Ermənistan tərəfindən isə öz gələcəyinə münasibətdə.
Birləşmiş qruplaşma haqda sazişdə RF SQ üçün, o cümlədən də onun Cənub dairəsi üçün müəyyən səlahiyyətlər nəzərdə tutulub. Ümumiyyətlə, RF SQ-nin Cənub dairəsi mərkəzi Don üzərində Rostov olan, özündə nəinki Ermənistanda, eyni zamanda işğal olunmuş Abxaziya və Cənubi Osetiyada, ilhaq edilmiş Krımda, Ukraynanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinə bitişik rayonlarda, əsasən də Rusiya qoşunlarının “DXR-LXR” bayraqları altında təcavüz həyata keçirdiyi və geniş miqyasda güc və vəsait səfərbər etdiyi şərq hissində yerləşdirilmiş bütün Rusiya qoşun kontingentini əhatə edən maraqlı birlikdir.
Faktiki olaraq bu dairə Dnestryanı və Şimali Qafqazın şimali Xəzəryanı və şimal-şərqi Qaradənizyanı geniş ərazidə yerləşən, imperiya mövqeyindən problemli milli subyektlər istisna olmaqla postsovet məkanındakı bütün münaqişə zonalarını birləşdirir.
Ermənistanın öz qoşunlarını hansı strukturla “birləşdirməli” olacağını anlamaq vacibdir. Bu struktur idarə olunan münaqişələrlə “bilavasitə təmasdadır”. Bu münaqişələrin həll edilməsi Rusiyaya sərf etmir, çünki onların həll edilə bilməməsi Rusiyanın regionda mövcudluğunun ən ümdə zəmanətidir. NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin (yeri gəlmişkən, buunu 2012-ci ildə Ermənistana səfəri zamanı səsləndirib) xarakteristikasına görə, məhz bu münaqişələr sayəsində qlobusda ən fraqmentləşmiş regiondur.
Bu dairə Donbasda və Dağlıq Qarabağda əlaqəli damarlar kimi korrelyasiyaya səbəb olan əsa amildir.
“Əgər biz Qafqazda sülh istəyiriksə, bütün Qafqazı AAİİ-ə inteqrasiya etdirməliyik”, – Putinin regional iqtisadi inteqrasiya üzrə müşaviri Sergey Qlazyev Yerevanda utanmadan bildirib.
Deyilənlərin bütün absurdluğu ondan ibarətdir ki, bu fraqmentləşmənin yeganə benefisiarı olan Rusiyada “regional inteqrasiya” məsələləri üzrə müşavir vəzifəsi mövcuddur, hansı ki, üstəlik “Qafqazda sülh” haqda “əgər”lə başlayan cümlə qurur. Halbuki özü Ukraynada müharibəni alovlandıranlardan biridir və bu səbəbdən də 2014-cü ildən bəri ABŞ və Aİ-nin təsdiqlədiyi bütün personal sanksiya siyahılarında “fəxri” yerləri tutur. O, “Qafqazda rus sülhünü” nəzərdə tutaraq “Qafqazda sülh” haqda danışır.
İqor Eydman və David Şahnazaryanın rəyincə, hazırda birinci dünya hibrid müharibəsi gedir. Çox güman ki, Cənubi Qafqaz regionu bu müharibənin əsas cəbhələrindən birinə çevrilib və burada Ermənistan məhz bizim “strateji müttəfiqimiz” tərəfindən ən sərt və ən ədəbsiz hücumlara məruz qalır.
Təəssüflər olsun ki, bu müharibənin nəticələri Ermənistan üçün hazırda təsəlliverici deyil: Ermənistan beynəlxalq münasibətlər sistemində öz subyektliyini və qısamüddətli perspektivdə öz gücü hesabına vəziyyəti düzəltmək mümkün olan bütün rıçaqları itirir. Ermənistanda Rusiyanın mövcudluğu çoxalıb, həddən artıq çoxalıb, qorxulu dərəcədə çoxalıb.
PHOTO Ruben Mehrabyan, analitik, “Aravot” qəzetinin rusca versiyasının redaktoru
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməəkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və yabaşqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.