Ermənistanda avtomobil bumu və ölkəyə yüz minlərlə köhnə maşın gətirən avtomobil alverçilərinin problemləri haqda
Ermənistanda əsl avtomobil bumu yaşanır. 2019-cu ilin əvvəlindən noyabrına qədər ölkəyə 140 min avtomobil gətirilib. Məsələ burasındadır ki, 2020-ci ildən avtomobillərin gömrük rüsumu əhəmiyyətli dərəcədə yüksələcək. Üstəlik dəyişikliklər yalnız avtomobil alverçilərinə yox, fiziki şəxslərə də aid olacaq.
Xüsusən də hazırda ucuz qiymətə alınan, buna görə də təmir edib sataraq daha çox pul qazanmaq məqsədilə ölkəyə çox sayda gətirilən köhnə maşınların gömrük rüsumu qaldırılacaq.
Avtomobil alverçiləri indi ölkənin ikinci şəhəri Gümridə maşınların gömrükdən keçirilməsinə etiraz edirlər. Çünki onlar əksərən maşınları oraya təkərsiz aparmalı olurlar, buna görə də evakuator xərcləri çıxır və uzun növbələrdə gözləməli olurlar.
Ermənistanın avtomobil dünyasında hazırda nələrin və hansı səbəbdən baş verdiyi haqda hər şey təfərrüatları ilə.
Avrasiya İttifaqı və gömrük idarəçiliyinin nəticələri
Ermənistan bir növ köhnə avtomobillər “məzarlığına” çevrilib, çünki 2020-ci ildən Avrasiya İqtisadi İttifaqının artıq 5 ildir ki, digər üzv ölkələrdə tətbiq olunan reqlamenti burada da qüvvəyə minəcək. Nəticədə Ermənistana gətirilən 800 adda məhsulun, o cümlədən də avtomobillərin gömrük rüsumu əhəmiyyətli dərəcədə yüksələcək. Söhbət o məhsullardan və avtomobillərdən gedir ki, Ermənistana AAİİ ölkələrindən yox, digər ölkələrdən gətirilmiş olacaq.
Avrasiya İqtisadi İttifaqı Rusiyanın rəhbərliyi altında mövcud olan, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı birləşdirən beynəlxalq iqtisadi inteqrasiya təşkilatıdır.
Təşkilat öz üzvlərinə işçi qüvvəsinin, məhsulların, xidmət və kapitalın bu məkanda azad hərəkətini təmin edir.
2015-ci ildən Ermənistan AAİİ-ə qoşulub və avtomatik olaraq bu təşkilatın Gömrük İttifaqının bir hissəsinə çevrilib.
Elə həmin 2015-ci ildə Avrasiya İqtisadi İttifaqına daxil olan bütün ölkələrdə gömrük rüsumlarını bərabərləşdirmək qərara alınıb. Bu prosesin yekun hədəfi vahid bazarın formalaşdırılması olmalıdır.
Ermənistanda rüsumların qaldırılması təxirə salınıb, yəni bəzi mallar üçün istisna tətbiq edilib. Nəzərdə tutulmuşdu kiŞ 2020-ci ilə qədər Ermənistan hakimiyyəti ölkə iqtisadiyyatını dəyişikliklərə adaptasiya edəcək.
Amma indi artıq Ermənistana AAİİ-ə üzv olmayan ölkələrdən edilən idxalla bağlı dəyişikliklərin qüvvəyə minməsi ilə sərhəddə daha yüksək gömrük rüsumları ödəmək lazım olacaq. Beləliklə, AAİİ-dən gələn mallar rəqabət üstünlüyü əldə edəcək.
Avtomobil alverçiləri nəyə qarşı çıxır?
Nəticədə 2015-ci ildən 2020-ci ilə qədər Ermənistanda maşınların gömrük rüsumu mühərrikin yaşında və həcmindən asılı olmayaraq 10 faiz səviyyəsində qalıb. Amma gələn ilin əvvəlinə qədər çox az zaman var, ajiotaj da bununla əlaqədardır.
Bundan başqa, ölkədə gömrük prosesinin özündə də dəyişikliklər edilib.
2019-cu ildə Gümridə yeni gömrük məntəqəsi tikmək qərara alınıb.
Bu qərar sadə avtomobil sahiblərinin və ermənistanlı avtomobil alverçilərinin xoşuna gəlməyib. Çoxları hesab edir ki, hakimiyyətin təşəbbüsü mənasızdır, yeni gömrük məntəqəsinin inşasına ayrılan maliyyə isə dövlət vəsaitiningöyə sovrulmasıdır.
Noyabrən 11-də avtomobil alverçiləri etiraz aksiyası keçirib və paytaxt kənarındakı gömrük məntəqəsi önündə yolu kəsiblər.
Avtomobil həvəskarları öz etirazlarını Gümriyə gedib çıxmağın kifayət qədər problemli olması ilə izah edirlər. Avtomobil alverçiləri maşınların gömrük qeydiyyatını sənədləşdirmək üçün Gümriyə və ya Meğriyə getmık istəmirlər, çünki bu, onların xərclərini artırır və əlavə vaxt israfına səbəb olur.
“Gətirilən maşınların əksəriyyəti işlək deyil, qəzalı vəziyyətdədir. Biz onları Gümriyə evakuatorla aparmalıyıq, günlərlə növbədə durmalıyıq ki, gömrükdən keçə bilək, sonra da evakuatorla yenidən Yerevana qayıtmalıyıq”, – aksiya iştirakçılarından biri deyir.
Etirazçılar öz narazılıqlarını Gümri gömrük məntəqəsində ən elementar şəraaitin olmaması ilə də əsaslandırıblar. Üstəlik bura gəlib çıxmaq çətindir, çünki yollar pis vəziyyətdədir, əksər maşınlar isə idxalçıların əlinə təkərsiz gəlib çıxır.
Avtomobillərin şüşələrinə “Gümriyə getmək istəmirik!” sözləri yazılmış plakatlar yapışdırılıb
Mitinqçilərin sözlərinə görə, Gümridə gömrükdə hər gün 320-330 avtomobil növbə gözləyir. Ləng gömrükdən keçirmə proseduruna görəinsanlar bütün işlərini və ailələrini atıb gözləməli olurlar.
“Gömrüyün yeni binaları hazır olanda iş də növbəli şəkildə təşkil olunacaq, belə uzun növbələr əmələ gəlməyəcək. Amma bu qərar qəbul olunub, baxmayaraq ki, müvafiq şərait hələ yaradılmayıb. Bina, yollar bu vaxta qədər artıq hazır olmalı idi, amma hələ heç nə hazır deyil. Və qəbul olunmuş qərarın həyata keçirildiyi gün gəlib çatanda bizi eləcə Gümriyə göndərdilər”, – vəziyyətdən narazı olan avtomobil alverçilərindən biri qəzəbini bildirib.
Gümridə gömrük inşasının müddəti
Avtomobil gömrüyünün Gümriyə köçürüləcəyi haqda Ermənistanın baş naziri hələ apreldə danışamağa bbaşlamışdı. Avqustun 1-də Ermənistan hökuməti avtomobillərin gömrük qeydiyyatının Noraqavitdən, yəni Yerevanın kənarından böyüklüyünə görə ölkənin ikinci şəhəri olan Gümriyə köçürülməsi haqda qərar qəbul etdi.
Hakimiyyət öz qərarını ölkənin şimal paytaxtında iqtisadi həyatın aktivləşdirilməsi ilə izah edib.
Yeri gəlmişkən, Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan söz vermişdi ki, gömrükdə inşaat işləri oktyabrın 11-də sona çatacaq. Amma oktyabrın 16-da jurnalistlərlə söhbətində o, artıq etiraf etmişdi ki, müddəti özü təyin edib – inşaat işlərinin həcmini nəzərə almadan.
Ananyan bu dəfə söz verib ki, Gümridə gömrük noyabrda istifadəyə veriləcək və bütün çatışmazlıqlara rəğmən bu dəfə onun dediyi kimi olub.
Növbələrdən necə pul qazanırlar?
Noyabrın 9-da Ermənistan mediasında Gümri sakinlərinin avtomobil gömrüyü qarşısında sıralanan növbələrdən pul qazanmağın yollarrını öyrəndikləri haqda məlumatlar yayılıb.
Onlar əvvəlcədən gömrük qarşısında növbə tutur, sonra isə bu növbəni 20 min drama (təxminən 40 dollara) – növbənin əvvəlində və 10 min drama (təxminən 20 dollar) – növbənin ortasında satırlar.
Bu vəziyyət avtomobil sahibləri gömrük qeydiyyatı üçün Gümridə bir neçə gün keçirməli olurlar. Və burada mehmanxanalarda çox vaxt boş yer olmadığı üçün insannlar elə öz maşınlarının içində gecələməli olurlar.
Düzdür, artıq şəhər hakimiyyətinin bu situasiyadan qazanc əldə etməyə çalışan vətəndaşları müəyyən etdiyi haqda informasiya yayılıb.
Gömrük rüsumlar birdəfəlik yüksəlməyəcək
Ən başdan avtomobil rüsumlarının 2020-ci il yanvarın 1-dən yüksəldiləcəyi nəzərdə tutulmuşdu.
Amma noyabrın 15-də məlum olub ki, yanvarda avtomobil alverçiləri maşınları hələ dekabr qiymətləri ilə idxal edə biləcəklər.
Gömrük xidmətinin polkovniki, Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşanik Nersisyan bunu qanundan “yan ötmək” imkanının yaranması ilə izah edib.
“Biz qanunda boşluq tapdıq, hansı ki, Ermənistana avtomobil idxal edən və gec gətirdikləri zaman dekabrın 31-ə qədər gömrük qeydiyyatından keçə bilməyəcəklərindən çəkinən insanların narahatlığını yatızdıra bilər. Sizi demək olar, yüz faiz əmmin edirəm ki, biz vətəndaşlara bu maşınları yanvarda da dekabrda mövcud olan tariflərlə gömrük qeydiyyatından keçirmələrinə imkan verə biləcəyik”, – o aydınlıq gətirib.
Bir qədər statistika
Milli Məclisin deputatı Mikael Melkumyan noyabrın 12-də Ermənistana avtomobil idxalı ilə bağlı statistika təqdim edib:
• 2017-ci ildə 34 min,
• 2018-ci ildə 64 min,
• 2019-cu ildə noyabrın 1-ə olan məlumara əsasən 140 min maşın idxal olunub.
İlin sonuna qədər bu rəqəmin 180-185 minə qədər yüksələcəyi gözlənilir.
“Hazırda dövlət büdcəsi 150 milyon dollara qədər gömrük rüsumu və ƏDV qoplayıb, ilin sonuna qədər isə 2500 milyon əldə edəcək”, – Melkumyan deyib.