Ermənistan malları Avrasiya bazarına çətinliklə düşə bilirlər
Mürəkkəb loqistika Ermənistandan olan malların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracı üçün əlavə çətinliklər yaradır, lazımi keyfiyyət standartlarının olmaması isə onun rəqabət qabiliyyətini zəiflədir, “Kavkaski uzelin sorğusunda iştirak edən erməni istehsalçılarının nümayəndələri belə deyib.
Ət
Ət məmulatları və yarım fabrikatların ixracının artımı üçün erməni istehsalçısının vergi yükünü azaltmaq lazımdır, “Bekon produkt şirkətinin brend-meneceri Arutyun Krpeyan bildirir.
O hesab edir ki, qənaət olunan vəsaitlə yeni texnologiyalar və istehsal xətləri tətbiq etmək imkanı yaranacaq. Onun fikrincə, istehsal həcminin artırılması məhsula daha rəqabət qabiliyyətli qiymət qoymaq imkanı verəcək.
“Ermənistanın ət məmulatları bazarı kifayət qədər çeşidlidir. Məhsulun qonşu ölkələrin bazarlarına ixracına yardım mexanizmlərinə ehtiyac var. Dövlətin dəstəyiylə də xaricdə ət emalı müəssisələrini təmsil edən şirkət yaratmaq olar, – deyə Krpeyan qeyd edib.
Brend-menecer danışıb ki, “Bekon produkt öz məhsulunu ancaq Gürcüstana ixrac edir. O bildirir ki, istehsal həcmləri həm də Rusiyanın cənubuna fasiləsiz satışı təmin etmək imkanı verəcək. “Rusiya bazarında sanksiyalar və Avropa ət məhsullarının gətirilməsinə qadağa ilə bağlı yaranan vəziyyətdən istifadə etmək olardı, amma ticarət şəbəkələri tərəfindən təklif olunan qiymət yüksək nəqliyyat xərcləri səbəbindən qane etmir, – deyə o vurğulayıb.
Krpeyan həm də qeyd edib ki, Ermənistandan olan ət məmulatları təhlükəsizlik standartlarına olan sərt tələblər səbəbindən Avropa bazarlarına çıxarılmır.
“Avropaya ixrac üçün HACCP (Hazard Analysis and Critical Control Points) sertifikatını almaq lazımdır. Ermənistanda isə bu cür sertifikat verən orqan yoxdur. Avropa mütəxəssislərini sertifikasiya üçün dəvət etməksə bir neçə yüz min dollara başa gələcək, şirkətin isə buna imkanı yoxdur, – deyə o izah edib.
Pivə
2016-cı ildə pivənin Rusiyaya ixrac həcmlərinin artımı qeydə alınıb, “Kavkazski uzelin müxbirinə “Kotayk pivə zavodunun nümayəndəsi Aqavni Alaverdyan deyib. O qeyd edib ki, Rusiyaya pivə satışının həcmləri rublun məzənnəsi düşəndən sonra azaldı, bu da onun sözlərinə görə, şirkətin gəlirinə öz mənfi təsirini göstərdi.
“Böhranın başlandığı dövrdə bütün müqavilələr dollarla deyil, rublla bağlanırdı. Bu gün şirkətin rusiyalı tərəfdaşları artıq böhrandan sonra özlərinə gəliblər. Müqavilələr yenidən dollarla mütləq bir şərtlə bağlanır ki, lazım olduğu halda müqavilənin bağlandığı günün məzənnəsi ilə hesablamalar aparılsın, – Alaverdyan danışdı.
Şirkət nümayəndəsi qeyd etdi ki, nəqliyyat daşınmaları pivənin Rusiyaya ixracında əsas problem olaraq qalır. “Ölkələr arasında ümumi sərhədin olmaması səbəbindən “Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi bağlanan zaman məhsul yolda qalır, – deyə o izah etdi.
Alaverdyan əlavə etdi ki, pivə şirkətinin məhsulu həm də ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya və İraqa ixrac olunur. Onun sözlərinə görə, pivənin Cənubi Amerikaya, o cümlədən Uruqvaya satışı barədə danışıqlar aparılır.
Çaxır
Çaxır məmulatlarının ərazi mənşəyinə uyğunluğuna nəzarət institutunun olmaması çaxırların beynəlxalq bazara ixracının əsas problemidir, “Karas şərabçılıq şirkətinin marketinq üzrə meneceri Vladislav Xaçatryan deyir.
O qeyd edib ki, erməni çaxırları son zamanlara qədər Rusiya bazarlarında populyar olmayıb. Onun fikrincə , beynəlxalq bazarda öz yerini tutmaq üçün erməni çaxırları yüksək keyfiyyət tələblərinə cavab verməlidirlər.
“Ermənistanda çaxır məmulatlarının keyfiyyəti üzərində dövlət nəzarət mexanizmi yoxdur. Ermənistanın bu və ya digər vilayətlərində üzüm növlərinin yayılmasını, həm də çaxır istehsalı zamanı hansı üzüm növlərinin istifadə olunmalı olduğunu nizamlayan qanun yoxdur. Əgər misal üçün, “Areni hazırlamaq üçün üzümün müxtəlif növlərini qarışdırmaq lazımdırsa, hansı üzümlərin və hansı nisbətdə olmalı olduğu qanunla müəyyən olunmalıdır. Butulkanın üstündə “Areni yazılıbsa deməli çaxır standartlara cavab verməlidir. Tək bir reklamla bazarda yer tutmaq alınmayacaq, – “Karas şirkətinin nümayəndəsi deyil.
Onun müşahidələrinə görə, rus rublunun düşməsi erməni çaxırı ixracatçıları konyak məmulatlarının ixracatçılarından fərqli olaraq, Rusiyada erməni çaxırının populyar olmaması səbəbindən o qədər də hiss etmədilər.
“Erməni çaxırı hələ indi ciddi şəkildə Rusiya bazarını “zəbt etməyə başlayb. Rusiya istehlakçısı bildi ki, Ermənistan təkcə yaxşı konyak və brendi deyil, həm də yaxşı çaxır istehsal edir, – Xaçatryan izah etdi.
O həm də qeyd etdi ki, şirkətin üzümçülərlə problemləri yaranmayıb, çünki şərabçılıq zavodu özünün 450 hektar sahəsində otuza yaxın üzüm sortu yetişdirir. Onun sözlərinə görə, müəssisə mütəxəssislərinin özləri yığılan məhsulun keyfiyyətinə nəzarəti həyata keçirir.
· 2015-ci ilin əvvəlindən Ermənistan rəsmi olaraq Gömrük İttifaqının əvəzində yaranan Rusiya, Belarus və Qazaxıstanın Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan ümumi əsaslarla Avrasiya İqtisadi Birliyi ölkələrinin xidmət sahəsində razılaşmalarına qoşulub, mal ticarəti sahəsində isə 2022-ci ilə qədər birliyin vahid gömrük tarifinə tədrici keçid nəzərdə tutulub.
· AİB-ə qoşulma Ermənistanda bu qərara qarşı etiraz aksiyaları ilə müşayiət olunub.
· 2015-ci ilin sentyabr ayında “Kavkazski uzelin sorğusuna cavab olaraq ekspertlər bildirib ki, Ermənistanın AİB-də üzvlüyü ölkə üçün heç bir müsbət nəticə vermədi və onun bütün sahələrdə inkişafına mane olur.
· 2016-cı ilin iyun ayında Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası Milli yığıncağın deputatı Xaçatur Kokobelyanın ölkənin AİB-dən çıxması ilə bağlı təklifini müzakirə edib. Diskusiyaların nəticəsində müzakirələri bir il sonraya saxlamaq qərarı verilib.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc edilib: 29.10.2016