Ermənistan avrointeqrasiyadan imtina etmir
Ermənistana Avropa İttifaqı ilə sazişin imzalanması prosesini yeniləməklə yenidən avrointeqrasiya yoluna durmaq imkanı verilib. 2015-ci ilin sonlarında Avropa İttifaqı və Ermənistan ikitərəfli çərçivə razılaşması üzrə danışıqların başlanıldığını bəyan etdilər. Ona hansı sahələrin daxil olacağı hələ ki, məlum deyil. Məlum olan odur ki, yeni sənəddə əvvəlki Aİ ilə Assosiativ razılaşmadan fərqli olaraq Azad Ticarət Zonası haqqında müddəa olmayacaq.
Prinsipcə, yeni razılaşma Assosiativ adlanmır. Bu, siyasi məsələlərə, viza rejiminin liberallaşdırılmasına, insan hüquqlarına və Ermənistanın demokratikləşməsi üzrə proqramın realizəsinə aid olan hüquqi sənəddir.
Görünür, sənədə Aİ-AİB paraleli ilə bir araya sığmayan gömrük və iqtisadi münasibətlərə aid olan maddələr daxil olmayacaq. Ermənistan gömrük rüsumunun müəyyən edilməsi üzrə səlahiyyətləri Avrasiya Birliyinə keçirdi, buna görə də yeni saziş Aİ ilə preferensial ticarət rejimini nəzərdə tuta bilməz.
Bununla belə, Ermənistan Avropa İttifaqı üçün cazibəli olaraq qalır. Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin başçısı Pyotr Svitalsi bildirib ki, “Avropa İttifaqı Ermənistanı Avropa tərəfdaşlıq zonasında vacib tərəfdaş kimi nəzərdən keçirir, bundan əlavə, “hər şey plan üzrə getsə və yeni çətinliklər yaranmasa, danışıqları 2016-cı ilin sonlarına qədər bitirmək olacaq.
Söhbətin hansı çətinliklərdən getdiyini Svitalski izah etmədi. Görünür, əndişələr onunla bağlıdır ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduğu üçün Avropa İttifaqı ilə Assosiativ saziş imzalamaqdan imtina etdi.
2015-ci ilin yanvar ayından Ermənistan tərkibinə Rusiya, Qazaxıstan və Belarusun da daxil olduğu Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü oldu. Bununla əlaqədar olaraq Ermənistanda vətəndaşların etiraz aksiyaları baş tutdu, ekspertlər iqtisadi problemləri proqnozlaşdırdılar, analitiklər ona işarə edirdilər ki, birliyə daxil olmaq haqqında qərar siyasi bir qərarıydı.
Plakatın üzərindəki yazı: “Aİ – 27 demokratik ölkə. Gömrük İttifaqı – 3 diktator dövlət
Avrasiya İqtisadi Birliyinə qarşı çıxanlar hesab edirdilər ki, Ermənistan ciddi çətinliklərlə üzləşəcək, ilk növbədə, AİB-in digər ölkələri ilə ümumi sərhədlərin olmamasına görə.
Plakatın üzərindəki yazı: “Biz Gömrük İttifaqına qarşıyıq. Aİ – 60 il – reallıq. Gömrük İttifaqı – 0 il – eksperiment
Ermənistanı əsas ticarət tərəfdaşı olan Rusiya ilə əlaqələndirən yeganə yerüstü yol Gürcüstan ərazisindən keçir. Ermənistan iqtisadiyyatı üçün bu yol strateji əhəmiyyətə malikdir. Amma Rusiya-Gürcüstan sərhədində Yuxarı Lars keçid məntəqəsinin mürəkkəb coğrafi yerləşməsinə görə, yol ildə 4-5 ay ərzində hava şəraiti və təbii kataklizmlərə görə bağlı olur. Nəticədə Rusiya üçün nəzərdə tutulan yükləri geri Ermənistana və əksinə qaytarmaq lazım olur.
Ermənistanla Rusiyanı Abxaziya və Cənubi Osetiya vasitəsiylə birləşdirən iki başqa yol da Gürcüstanla Rusiya Federasiyası arasında siyasi böhrana görə bağlanıb.
Bu zaman Avrasiya İqtisadi Birliyi tərəfdaşları nikbin əhvaldaydılar. Ermənistan prezidenti Serj Sarqsyan əmin edirdi ki, ümumi sərhədlərin olmaması faktı “Ermənistanı vahid nizamlama, nəqliyyat sistemi, energetika, telekommunikasiya və maliyyə sistemlərinə inteqrasiyasına mane olmayacaq.
Avrasiya İqtisadi Birliyinə daxil olma AİB ərazisində mal, xidmət və işçi qüvvənin azad yerdəyişməsi, Ermənistan məhsulunun birlik ölkələrinin 170 milyonluq bazara çıxışı, onun üzvləri arasında ticarət mexanizmlərinin asanlaşması imkanı vəd edirdi.
Plakatın üzərindəki yazı: “Gömrül İttifaqına “yox. Serj Sarsyana yox. Yaşasın azad və müstəqil Ermənistan
Ermənistanın İqtisadiyyat Nazirliyinin ticarət və bazarın tənzimlənməsi idarəsinin rəisi Qaqik Koçaryan Avrasiya İqtisadi Birliyinə daxil olmanın əsas faydasını sərmayənin cəlb edilməsini hesab edirdi.
O əminiydi ki, AİB-də üzvlük Gömrük İttifaqının ölkələrindən sərmayədarlar üçün zəmin yaradacaq, çünki Ermənistana Avropa ölkələri, o cümlədən, ABŞ, Kanada və Yaponiya ilə preferensial rejimlər təqdim olunub. Bu, Ermənistanın demək olar ki, rüsumsuz çıxdığı bazarlardır.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasından bir il keçdi, erməni iqtisadiyyatçıları artıq bununla bağlı yaranan ciddi problemlərdən danışırlar. Onların fikrincə, üzvlük ölkəyə müsbət nəticə gətirmədi və onun inkişafına mane olur. Bəziləri hətta əmindir ki, Ermənistan Avrasiya İqtisadi Birliyini tərk etməli və Avropa İttifaqı ilə assosiasiya haqqında məsələyə qayıtmalıdır.
Misal üçün, “Məlumatlı vətəndaşlar birliyi ictimai təşkilatı tədqiqat apardı, bu tədqiqata görə, Ermənistanın AİB-ə daxil olmasıyla bütün sahələrdə vəziyyət pisləşdi.
Bəli ki, onların məlumatına görə, 2014-2015-ci il ərzində Ermənistanın xarici ticarətinin göstəriciləri 20% azaldı, ölkənin xarici ehtiyatları isə 2,5 milyarddan 1,5 milyard dollara qədər azaldı. Həm də ölkənin ÜDM-nin 10%-lik azalması qeydə alınıb. 2014-cü ildə Ermənistan ÜDM 10,3 milyard dollar təşkil edib, 2015-ci ildə isə o 9,3 milyarda qədər azalıb.
İqtisadçı Aşot Yequazaryan həm də hesab edir ki, Ermənistan AİB daxilində inkişaf edə bilməz, iqtisadiyyatın Avrasiya İqtisadi Birliyi çərçivəsində inkişaf planını işləyib hazırlamaq ya da onun perspektivlərini müzakirə etmək mənasızdır, Ermənistanın AİB-in əsas oyunçusu olan Rusiyadan müxtəlif istiqamətlərdə asılılığı o qədər böyükdür ki, hansısa inkişafa mane olur. Eyni zamanda Avrasiya İqtisadi Birliyi qurum kimi dağılır, müvafiq olaraq da Rusiya öz əhəmiyyətini itirir:
“Ermənistan Avrasiya Эqtisadi Birliyi xarabalэqlarэ altэnda qaldэ. Цlkə bu quruma daxil olmaq qərarэnэ verəndən sonrakэ bu mьddət ərzində biz qiymətli vaxtэmэzэ itirdik və bцyьk itkilər verdik.
Yeqiazaryanэn fikrincə, Ermənistan цlkənin inkiюafэ ьзьn єans olan Avropa Эttifaqэ ilə Assosiasiya haqqэnda saziюə qayэtmaq lazэmdэr: “Beləliklə, biz ən gьclь siyasi qurumlardan birinə daxil olacaрэq, bu qurum təhlьkəsizlik qarantэ olacaq, həm də dцvlətзiliyin mцhkəmləndirilməsi və цlkə iqtisadiyyatэnэn inkiюafэ ьзьn vasitə olacaq.
Avropa ilə danэюэqlar nəticəsində yeni saziю necə olacaq və Avrasiya Эqtisadi Birliyi və buna o cьmlədən Rusiya necə reaksiya verəcək zaman gцstərəcək. Amma 2013-cь ildə Serj Sarqsyanэn Avropa Эttifaqэ ilə ьzərində ьз il ərzində iєlənən Assosiativ saziєdən imtina edəndən sonra avropalэlar Ermənistan ьзьn, onun regiondakэ etibarsэz vəziyyətini nəzərə alaraq, risklərin minimuma endirilməsi barədə dьєьnməli oldular.