Ermənistan 2015. İlin siyasi mövzuları
Ermənistanın 2015-ci ildəki siyasi həyatını təhlil edərkən, üç əsas mövzunu ayırmaq olar: erməni soyqırımının bir əsrinin tamam olması, ən iri “Çiçəklənən Ermənistan partiyasının parçalanması və konstitusion dəyişiklərlə bağlı keçirilən referendum.
Ermənistan hökuməti Osmanlı Türkiyəsində 2015-ci ildəki erməni soyqırımının 100 illiyini keçirmək üçün çox böyük vəsait qoydu və səy göstərdi.
Xarici dövlət və beynəlxalq təşkilatlardan 60 rəsmi nümayəndə heyəti anım tədbirlərində iştirak etmək üçün Yerevana gəldi. Yerevanda “Soyqırımı cinayətinə qarşı misli görünməmiş tədbir keçirildi, foruma 600 nümayəndə, o cümlədən də Türkiyədən Ermənistanla tanıma prosesi vasitəsiylə barışıqlığı dəstəkləyən nümayəndələr gəldi.
Tədbirdən bir gün əvvəl Erməni Apostol Kilsəsinin Eçmiadzindəki qərargahında nabat çalındı və öldürülən yarım milyon günahsız insanın kanonizasiyası mərasimi keçirildi.
Bununla belə, siyasi texnolog Armen Badalyanın fikrincə, bu mövzunun dünyada ancaq piar əhəmiyyəti oldu: “Ermənistanın udduğu o oldu ki, bir neçə gün ərzində onun haqqında danışdılar, bu da ölkəyə turistlər cəlb etdi. Danışdılar və unutdular. Ermənistan sistemli siyasət aparmadığına görə soyqırımı mövzusunu özünün xarici siyasət mozaikasında istifadə edə bilmədi.
“Çiçəklənən Ermənistan partiyasının faktiki parçalanması ölkədə gedən proseslərin göstəricisi oldu və Ermənistanın daxili siyasətində müəyyən rol oynadı.
Cari ilin fevral ayında Ermənistan prezidenti Serj Sarqsyan özünün keçmiş koalisiya tərəfdaşını sərt tənqid etdi və bildirdi ki, “Çiçəklənən Ermənistanın lideri Qaqik Tsarukyan ölkə üçün siyasi xadim kimi “şərə çevrildi. O Tsarukyanı Milli Təhlükəsizlik Şurasının üzvü vəzifəsindən azad etdi və Qaqik Tsarukyanın qudası olan baş nazir Ovik Abramyana xeyriyyəçilik adı altında “milyard dram həcmində ödənilməmiş verginin gizlədilməsi ilə bağlı şayiələrin doğru olub-olmadığını yoxlamağı tapşırdı.
Prezidentlə Tsarukyan arasında münasibətlərin pozulmasına səbəb “Çiçəklənən Ermənistanın “İrs və Erməni Milli Konqresi partiyaları ilə sıx qarşılıqlı əlaqəsi oldu.
Prezidentin tənqidindən sonra Tsarukyan Serj Sarqsyanın istefası məqsədi ilə xalqı ümummilli səfərbərliyə çağırdı.
Tsarukyanın özü prezidentlə münasibətlərin kəskinləşməsini belə izah etdi: “Mənə əməkdaşlığın müxtəlif variantlarını təklif ediblər, sərfəli şəxsi təkliflər, o cümlədən də Konstitusiya dəyişəndən sonra prezident postunu təklif ediblər, bir şərtlə ki, mən onun hakimiyyətinin təkrarlanmasına razı olum, yəni onun faktiki olaraq ömürlük hakimiyyət istəyinin realizəsinə kömək edim. Mən bu, dövlət əleyhinə yönələn yanaşmanı kəskin şəkildə rədd etdim. Bu da Serj Sarqsyanın siyasi və insani münasibətlər normalarını pozmasının əsas səbəbi oldu.
Vəd ediləm müharibə baş tutmadı. Tsarukyan Sarqsyanla görüşdü, vasitəçi kimi “Daşnaksütun Erməni İnqilabi Federasiyası partiyası çıxış etdi. Tərəflər müəyyən razılığa nail oldular.
Nəicədə Qaqik Tsarukyan böyük siyasətdən, partiya sədri və parlament fraksiyası başçısı postundan getdiyini elan etdi. “Çiçəklənən Ermənistan partiyasını deputatlar da tərk etməyə başladılar.
“Çiçəklənən Ermənistan Ermənistanın Respublikaçılar Partiyası-2, hakim partiyanın filialına çevrildi. Onun resursları isə artıq sonradan konstitusiya islahatları ilə bağlı dekabrın 6-da keçirilən referendumda istifadə edildi.
“Hakim partiya daha da gücləndi, müxalifət isə müvafiq olaraq zəiflədi – siyasi texnoloq Badalyan qeyd edir.
Son akkord konstitusiya referendumu oldu, onun nəticələrinə görə, konstitusiya dəyişikliklərini 63,37% (825 521) seçici dəstəklədi. Beləliklə, Ermənistan parlament üsul-idarəsinə keçidin lehinə səs verdi. Müxalifət hesab edir ki, referendumun məqsədi ancaq ERP və onun rəhbəri Serj Sarqsyan üçün şəxsi hakimiyyətinin yenidən təkrarlanmasaydı.
Müxalifətin fikrincə, referendumun nəticələri saxtalaşdırılıb və etibarsız sayılmalıdır. Azadlıq Meydanında yaradılmış “Yeni Ermənistan İctimai Xilas Cəbhəsi gecə-gündüz oturaq piketə başlandı. Erməni Milli Konqresi də öz növbəsində Ermənistan Respublikası MSK-na müraciət etdi və.
Armen Badalyan hesab edir ki, hökumət dövlət idarəçiliyini, onun bütün fəlsəfəsini kökündən dəyişən konstitusiya dəyişikliklərinin xeyrinə “hə dedi.
Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyanın fikrincə, hökumət cəmiyyətə siyasi gündəlikdə olmayan konstitusiya quruluşunun dəyişməsi haqqında məsələni elə bir şəkildə təqdim edə bilmədi ki, o pozitiv qəbul edilsin. Buna görə də əslində referendumun nəticələri rəsmi elan edilmiş nəticələrlə üst-üstə düşmür. Cəmiyyətin hökumət və dövlət institutlarına etibarı isə misilsiz aşağı səviyyədə olaraq qalır.
Qrant Mikaelyan qeyd edir ki, “Ermənistanda siyasi həyat donmaqda davam edir, yeni partiyaların cücərtiləri hələ özlərini heç cür ifadə etməyiblər, ən iri “alternativ partiya olan “Çiçəklənən Ermənistan isə özünün inqilabi yanaşma cəhdinə və hakimiyyətin təzyiqlərinə görə hələ ilin əvvəlində parçalandı və səhnəni tərk etdi.