Ermənistanda daha 22 yoluxma halı qeydə alınıb
Martın 16-da Ermənistanda daha 22 koronavirusa yoluxma halı qeydə alınıb. Bu, ölkədə bir gün ərzində üzə çıxan ən çox sayda yoluxma halıdır. Əvvəlcə səhiyyə naziri Arsen Torosyan 15 yeni yoluxma haqda məlumat verib:
“Onlardan bəziləri artıq təcrid olunmuş vəziyyətdə idi, indi onların son zamanda ünsiyyət çevrələri müəyyən edilir. Ümumilikdə 45 yoluxma halı təsdiqlənib, bir pasiyent sağalıb”, – nazir Facebook səhifəsində yazıb.
Amma bir qədər sonra daha yeddi nəfərin yoluxması haqda məlumat daxil olub.
Yeni yoluxanlar haqda məlumat hökumətin ölkədə fövqəladə vəziyyət elan etmək qərarından sonra açıqlanıb.
· Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar