Ermənistanda casus qalmaqalı: erməni zabitlər sosial şəbəkələrdə işbirliyinə cəlb olunublar
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində fəaliyyət göstərən casus şəbəkəsinin aşkarlandığını və neytrallaşdırıldığını elan edib. Bildirilir ki, şəbəkəyə onlarla erməni hərbçi cəlb olunub. 19 nəfər saxlanılıb, onlardan bir hissəsi etirafedici ifadə verib.
MTX-nin məlumatında deyilir ki, şəbəkə xarici xüsusi xidmət orqanları tərəfindən yaradılıb. Qurumun mətbuat xidmətinin yaydığı videoda zabitlərdən biri öz ifadəsində bildirir ki, Facebook sosial şəbəkəsində “Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə” tanış olub.
Hərbçilərin casusluğa necə cəlb olunduqları və onlardan hansı informasiyaların istənildiyi haqda məlum olan hər şey – Ermənistan Milli Təhlükəsizlik Xidmətinin informasiyasına əsasən
- “HALO Trust” DQ-da Türkiyə xeyrinə casusluqda ittiham olunub. Təşkilat bu bəyanatı təkzib edib
- Ermənistan parlamentinin sədri xüsusi xidmət orqanlarının “ikili casusu” adlandırılıb, MTX təkzib edir
Zabitləri “erməni qadınlar” cəlb edib
MTX-nın məlumatında casus şəbəkəsinin necə yaradıldığı təsvir olunub. Deyilir ki, ifşa olunmaq riskini azaltmaq üçün sosial şəbəkələrdə guya erməni qadınlara məxsus olan şəxsi fotoların əks olunduğu feyk akkauntlar açılıb. Onlar erməni zabitlərlə “tanış olublar”.
Bütün xarici xidmət orqanlarının əməkdaşları erməni dilini səlist bilib, bu “şəbəkə tanışlıqları yaxın münasibətlərə transfer olunub”. Daha sonra hərbçilərə müəyyən mükafat müqabilində Ermənistanın silahlı qüvvələri haqda informasiya təqdim etmək təklib edilib.
Məsələn, söhbət qoşunların yerləşməsi, hərbi və mühəndis texnikasının sayı və növləri, hərbi hissələrin şəxsi və komandanlıq heyətinin tərkibi haqda detallar, müdafiə qurğularının yerləşməsindən söhbət gedir.
Xüsusi xidmət orqanlarının diqqətini vəzifə statusuna uyğun olaraq bu tip informasiyaya çıxışı olan Ermənistan hərbçiləri çəkib. İşbirliyinə cəlb olunanlar həm özlərinə məlum olan informasiyaları ötürür, həm də onlarla təmasa keçən xüsusi xidmət orqanları əməkdaşlarını maraqlandıran əlavə informasiyaları əldə edirmişlər. Məlumatlar mobil əlavələr vasitəsilə ötürülürmüş.
Ermənistan MTX casus şəbəkəsinə cəlb olunmuş Ermənistan vətəndaşlarının əməllərini “öz dövlətinə qarşı xəyanətkar əməllər” kimi tövsif edib.
“İttihamlar əsassız deyil”
Qurumdan bildirilib ki, işbirliyinə cəlb olunan zabitlərin şəxsiyyətləri “geniş miqyaslı əməliyyat tədbirləri çərçivəsində” müəyyən edilib. Bunlar SQ-də müxtəlif vəzifələr tutan, dövlət sirri və xidməti sirr təşkil edən sənədlərə çıxışı olan hərbçilərdir. MTX əmin edir ki, artıq ötürülmüş informasiyanın həcmi və xarakteri aydınlaşdırılıb, yeni məlumatların ötürülməsinin qarşısı alınıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, “düşmən fəaliyyəti Ermənistanın suverenliyi, ərazi toxunulmazlığı və xarici təhlükəsizliyinə yönəlmiş casus şəbəkəsinə ödəniş edilməsi müqabilində” xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığın bütün sübutları mövcuddur. Xarici valyuta ilə qonorarların alınmasını təsdiqləyən çeklər də aşkarlanıb.
Bildirilir ki, istintaq çərçivəsində 30-dan çox axtarış əməliyyatı həyata keçirilib, rəsmi sənədlər, o cümlədən də orijinallar, həmçinin “cinayət işi üçün əhəmmiyyət kəsb edən əşyalar” aşkarlanıb və götürülüb.