Ermənistanda böyük şirinsulu Sevan gölü yenə çiçəkləyib
Ermənistanda yüksək dağlıq ərazidə yerləşən şirinsulu Sevan gölü yenə çiçəkləyib. Bu hal ilk il deyil ki, baş verir.
Ekoloqlar mavi-yaşıl yosunların çiçəkləməsinin bir neçə səbəbini sadalayırlar: yüksək temperatir, su səviyyəsinin enməsi, buna görə də gölün ekosistemində balansın pozulması. Bir də ekspertlər suda üzvi maddələrin olması haqda da bildirirlər.
Problem ondadır ki, bu vəziyyət son nəticədə Sevanın bataqlıqlaşmasına gətirib çıxara bilər.
● Ermənistanda aqroinqilab. İki kəndin misalında bu nə deməkdir?
● “Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmir
Göldə nə baş verir?
Bu il gölün çiçəkləməsi prosesi bir qədər gec – iyulun ortasından başlayıb və bu, praktiki olaraq, avqustun sonuna qədər davam edəcək – Hidro-meteorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzinin direktor müavini Qayane Şahnazaryan deyir.
Onun sözlərinə görə, gölün çiçəkləməsi intensivliyi son üç il ərzində praktiki olaraq dəyişmir, göl gələn il də çiçəklənəcək.
Qayane Şahnazaryanın fikrincə, göl su səviyyəsinin enməsi səbəbindən çiçəkləyir və buna görə də Sevan gölünün ekosistem balansı pozulur.
Zoologiya və Hidro-ekologiya Mərkəzinin direktoru Barduh Qabrielyan Sevanın çiçəkləməsini yüksək temperatir və suda üzvi maddələrin olması ilə iza edir:
“Sirr deyil ki, gölün çiçəkləməsi məhz bir neçə il ardıcıl olaraq su səviyyəsinin enməsindən sonra baş verdiyi aydın olub… Bu halda problem yosunların yox olmaması, bununla da daha çox üzvi maddələrin toplanması üçün mənbə olması və növbəti il gölün təkrar çiçəkləməsi ilə daha da dərinləşir”.
Onun fikrincə, bu hala qarşı mübarizə aparmaq çətindir, amma su səviyyəsinin yüksəldilməsi ilə vəziyyəti yaxşılaşdırmaq mümkündür:
“Həmçinin təmizləyici stansiyalar qurmaq yolu ilə üzvi maddələrin səviyyəsi üzərində də işləmək lazımdır. Bundan başqa göldə lazımi qədər balığın əmələ gəlməsinə nail olmaq lazımdır ki, onlar dibdə toplanan qidanı yesinlər, çünki zamanla bu da üzvi maddələrin əmələ gəlməsi mənbəyinə çevrilir. İndi bu halla ətraf mühitə ziyan vurmadan üzvi maddələri canına çəkməyə qadir olan vasitələrdən istifadə etməklə süni mübarizə yolu üzərində işləyirik”.
Ətraf Mühit Nzrirliyindən nə deyirlər?
Ətraf Mühit Nazirliyinin nümayəndəsi Voskeat Qriqoryan iyulun 22-də Sevan gölünün ətrafında ekoloji vəziyyətin bərpa edilməsi üzrə işlər, sahil ərazilərin təmizlənməsi üzrə görülən tədbirlər haqda danışıb. İlk növbədə söhbət su altında qalanmeşələrdən gedir.
Təmizləmə proqramı hazırlanıb, hansı ki, ötən ildən həyata keçirilməyə başlayıb, gələn il də davam etdiriləcək. Ümumilikdə gölün ətrafında təxminən 750 hektarlıq ərazi təmizlənməlidir. 2020-ci ildə 271 hektar ərazinin təmizlənməsi nəzərdə tutulmşdu ki, “bunun 50 hektarı artıq təmizlənib”.
Nazirlik həmçinin kanalizasiya borularından gələn çirkab suları məsələsini də həll edəcəyinə söz verib.
“Üç iri çirkləndirən şəhərdə: Qavar, Martuni və Sevanda mexaniki təmizləyici stansiyaların yanında bioloji təmizləyicilərin də yaradılması planlaşdırılıb”, – Voskeat Qriqoryan bildirib.
Bunlar Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində inşa ediləcək. Gölün problemlərinin həlli üçün Aİ Ermənistana 5 milyon manatlıq qrant ayırıb.
Sevan problemi
Sevan gölünün çiçəkləməsi problemini əkoloqlar və ictimai təşkilatlar artıq neçə illərdir ki, qaldırırlar.
2018-ci ilin yayında, gölün suyu çiçəkləyəndə ekoloqlar göldə çimməyin təhlükəsi haqda danışdılar.
“Sevan” Milli Parkının direktoru Vahe Qulanyan o zaman gölün suyundan bir stəkan içərək, gölün suyunun təhlükəsiz olduğunu sübut etməyə çalışmışdı. Ermənistan mediası bundan sonra onun xəstəxanaya düşdüyü haqda yazmışdı.
2019-cu ildə Səhiyyə Nazirliyi göldə çimməyin ziyanlı olduğunu bəyan edib.
Buna cavab olaraq gölün ətrafındakı kafe və restoranların sahibləri kütləvi üzgüçülük nümayiş etdiriblər – onlar bu yolla Sevan gölündə çimməyin təhlükəsiz olduğunusübut etmək istəyiblər.
İldən-ilə bir-birini əvəz edən məmurlar göldə su səviyyəsinin yüksəldiləcəyinə və Sevanın ekosistemilə bağlı bütün problemlərin həll ediləcəyinə söz verirlər.