Ermənistan ordunun inkişafına 2,5 milyard dollar yatırmaq istəyir
Ermənistan hökuməti yaxın 5 ildə ordunun inkişafına 2,5 milyard dollar yatırmaq niyyətindədir. Bu haqda Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bildirib.
Nəyin hesabına?
Paşinyan güman edir ki, ordunun inkişafı üçün əlavə vəsaiti iqtisadiyyatın strukturunu dəyişmək sayəsində əldə etmək mümkün ola bilər:
“Məqsədimiz hərbi-sənaye kompleksini modernləşdirməkdir. Mən bu məsələnin həllini Ermənistanı texnoloji və mühəndislik ölkəsinə çevrilməsi ilə əlaqələndirirəm”.
Əlavə vəsait əsasən ordunun hərbi hazırlığının yüksəldilməsinə sərf edilməlidir.
• Ermənistanın hərbi büdcəsi dörddə bir qədər artı
• Ermənistan parlamenti 2019-cu il dövlət büdcəsi layihəsini təsdiqləyib
Ermənistanın hazırkı hərbi büdcəsi
Ermənistan hökuməti 2019-cu ildə müdafiəyə 67 milyon dollara qədər vəsait ayırıb. Bu, cari illə müqayisədə dörddə bir qədər çoxdur. Qeyd etməyə dəyər ki, müdafiə büdcəsi artıq ikinci ildir ki, artır. 2018-ci ildə müdafiə büdcəsi 518 milyon dollar, 2017-ci illə müqayisədə 17 faiz çox təşkil edib.
Bu nə ilə bağlıdır?
Hərbi büdcənin artması qismən Ermənistan iqtisadiyyatının yüksəlişi ilə bağlıdır. 2018-ci ildə ölkənin ÜDM-i 6,5 faiz artıb, bu il isə beş faizlik yüksəliş planlaşdırılıb. Üstəlik 2019-cu ildə ÜDM-nin 4,5 faizi müdafiəyə gedəcək. İnkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da hərbi büdcə ÜDM-nin iki faizini aşmır.
Hərbi xərcləri artırmaq qərarı Ermənistan və Azərbaycan arasında davam edən silahlanma yarışması ilə əlaqədardır. İki ölkə qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.
Ermənistanın hərbi büdcəsinin kəskin artımı Rusiyanın növbəti krediti ilə də bağlı ola bilər. Bu kredit Ermənistana yeni partiya silahların alınması üçün ayrılmalıdır.