Ermənilərlə yenidən sülh içində yaşaya bilərsizmi? Azərbaycan kəndindən video-sorğu
Artıq 30 ildən çoxdur ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişə davam edir. Hər gün təmas xəttində atışma baş verir, hər iki tərəfdən insanlar ölür və yaralanır. Münaqişə uzun müddət davam etdikcə, danışıqlar prosesi isə yerindən tərpənmədikcə münaqişə ilə bütün həyatları dəyişmiş sadə insanların qəzəbi və kədəri qalaqlanır və onlar üçün sülhü təsəvvür etmək getdikcə çətinləşir.
Cəbhə xətti yaxınlığındakı Qapanlı kəndinin sakinləri bütün bu illəri faktiki olaraq müharibə şəraitində yaşayıb – mərmi qəlpələrinin zədələdiyi divarlar da buna şahidlik edir. İnsanlar isə sülhü necə təsəvvür etdikləri haqda suala cavab verərkən erməni qonşularına etimadsızlıq və heç bir güzəştə hazır olmadıqları haqda danışırlar.
Bununla belə, bütün respondentlər bir şeylə razıdır – gələcək nəsillər üçün münaqişə həllini tapmalıdır.