Düşmən deyillər. Gürcüstan Rusiya və Belarus köçkünlərini necə qarşılayır?
Rusiya və Belarus köçkünləri Gürcüstanda
Ukraynada müharibə başlayandan sonra Gürcüstan öz ölkəsini tərk etmək qərarına gələn Rusiya və Belarus vətəndaşları üçün əsas təyinat nöqtələrindən birinə çevrilib. Hərbi əməliyyatlar başlamamışdan əvvəl də Gürcüstan öz hakimiyyətləri ilə razı olmadığı üçün bu ölkələrdən mühacirətə gedənlər üçün cəlbedici idi. JAMnews yeni siyasi mühacirlərin hekayələrindən bəhs edir, onların hansı problemlərlə üzləşdikləri və necə qarşılandıqları haqda danışır.
Gürcüstan hakimiyyətinin məlumatına əsasən, fevralın 24-dən martın 20-ə qədər Gürcüstana 35 min Rusiya vətəndaşı gəlib. Fevralın 24-dən martın 16-a qədər Belarusdan gələnlərin sayı isə 15 mindən çox olub.
“Deyirər ki, gələnlərin sayının belə çox olması təhlükəlidir, amma bu belə deyil”, – Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirir. Onun sözlərinə görə, pandemiyaya qədər eyni vaxt kəsimində Gürcüstana bu ölkələrdən daha çox turist gəlirdi.
Gürcüstana gələn bu qədər sayda Rusiya və Belars vətəndaşı Gürcüstan gəmiyyətində qızğın müzakirələr mövzusuna çevrilib. Yerlilər bu insanları fərali qəbul edir, hər kəsin də öz arqument var – sosial şəbəkələrdə mövzunun müzakirəsi bitmir.
Bəziləri üçün Gürcüstanda “işğalçı ölkənin və onun yandaşı olan ölkənin” vətəndaşlarının qəbul edilməsi yolverilməzdir. Onlar Rusiyanın gələcəkdə “Rusiya vətəndaşlarının müdafiəsi” üçün Gürcüstana təzyiq göstərəcəyindən ehtiyat edir.
“Onlar Putin rejimindən yox, diskomfort və sanksiyalardan qaçırlar. Putin əvvəl guya başqa cür idi?” – tipik arqumentlərdən biri belədir.
Digərləri, əksinə, ictimaiyyəti sığınacaq axtaran insanlara qarşı həmrəyliyə çağırırlar.
Prinsipcə bu gün Rusiya vətəndaşlarının gedə biləcəkləri yerlə bağlı böyük seçimləri yoxdur. Vizaları yoxdursa, Avropa və ABŞ onların üzünə bağlıdır. Gürcüstan, Ermənistan, Türkiyə, İsrail, o cümlədən də Mərkəzi Asiya ölkələri Rusiyadan “qaçanların” əsas üz tutduqları istoqamətlərdir.
Rusiya və Belarus vətəndaşlarının Gürcüstana gəlməsi üçün vizaya ehtiyac yoxdur. Onlar bir il ölkəni tərk etmədən yaşaya bilərlər.
Nisbətən ucuz həyat və xoş iqlim də Gücrcüstanı cəlbedici edən arqumentlər sırasındadır.
- Gürcüstanda azlıqlar – onların inteqrasiyasının baş tutması üçün nə etmək lazımdır?
- Gürcüstan – cənubi afrikalı burlar üçün yeni ev
Rusiya və Belarus vətəndaşları JAMnews-a Gürcüstana gəlmək qərarlarının səbəbləri haqda danışıblar.
Gürcüstanı seçməklərinin səbəblərindən biri “burada xalqın qonaqpərvər” olmasıdır.
Amma bu dəfə Gürcüstana gələnlər başqa mənzərə görürlər. Tbilisi küçələrində dalğalanan Ukrayna bayraqları ilə yanaşı “Ruslar – evinizə”, “Rus gəmisi s…r” və sairə kimi yazılar görmək mümkündür.
“Artıq mənim evim Gürcüstandır”
24 yaşlı Vasili Krestyaninov müharibədən bir neçə ay əvvəl Rusiyanı tərk edib. O, artıq dörd aydır ki, Tbilisidə yaşayır.
Vasili Moskvadandır, orada doğulub, böyüyüb. Bu güm o, ölkəsinə nə zaman qayıdacağını və ümumiyyətlə qayıdıb-qayıtmayacağını bilmir.
Hər şey bir il əvvəl başlayıb, Vladimir Putinin doğum günündə. Həmin gün 23 yaşlı idman müəllimi Vasili Krestyaninov Moskvanın mərkəzində hökumət əleyhinə mitinqə çıxıb.
Krestyaninov saxlanılıb, qanunsuz mitinqdə iştiraka görə 200 dollar cərimə edilib və azadlığa buraxılıb, amma həmin andan onun həyatı cəhənnəmə çevrilib.
Onu idman müəllimi işlədiyi eyni məktəbdə 30 ildir direktor olan atası ilə birlikdə polisə çağırıblar.
Polisdə Vasilinin ölkənin üzqarası və xain olduğunu deyiblər və bildiriblər ki, onun haqqında hər şeyi bilirlər – kimlə dostluq etdiyini, sosial şəbəkələrdə nələr paylaşdığını və sairə.
“Rusiyada sizi polisə çağırmamalıdırlar. Əgər çağırsalar, deməli, hər şey çox pisdir. Səbəbin fərqi yoxdur – hətta əgər xırda işdirsə, polisə çağırdılarsa, deməli, batdız”.
Atası vəzifəsindən olmasın deyə Vasili işdən çıxmalı olub, fotojurnalistika ilə məşğul olmağa başlayıb.
“Mən müxtəlif beynəlxalq media üçün çəkirdim. Etirazlara qatılmasam da, mitinqləri işıqlandıraraq və informasiya yayaraq bu sistemlə mübarizə aparmağa çalışırdım”.
Bir il ərzində Vasili Moskvada keçirilən bütün mitinqləri videoya çəkib.
“Rusiyada transparantı cəmi 30 saniyəlik açmaq mümkündür, buna görə də bu 30 saniyədə yaxşı foto çəkmək lazımdır. Hətta əgər boş transparant tutmusuzsa, pusquda duran polis maksimum 30 saniəyə yaxınlaşacaq və sizi maşına sürüyəcək. Sonra nə olacaq, heç kim bilmir.
Əgər siz mitinqə bircə dəfə getsəz, hər yanda sizi izləyəcəklər. Əgər sosial şəbəkədə şərh yazsaz, məsələn, Putin sizin xoşunuza gəlmir, səhəri gün evinizə milis gələcək. Əgər siz “Putin oğrudur” kimi ifadə yazsaz, evinizin qapısını sındıracaqlar”, – Vasili danışır.
Daha sonra onun qardaşşını polisə çağırıb əmr ediblər ki, Vasilini güdsün.
“Mən onda artıq getmək istəyirdim, çünki ailə təhlükədə idi, amma mən yenə də qaldım. Mən hələ ümid edirdim ki, nəsə dəyişə biləcəyik”.
2021-ci ilin noyabrında polis onunla əlaqə saxlayıb. Bu dəfə ona əməkdaşlıq təklif ediblər.
Vasili şöbədə oturub, öz video-görüntülərini izləyib: küçədə getməsini, mitinqləri çəkməsini. Polisdə deyiblər ki, əgər onlarla əməkdaşlıq etməsə, onun üstündən narkotik tapılacaq və onu həbsə atacaqlar.
Vasili əməkdaşlıqdan imtina edib. Bu o demək idi ki, artıq Rusiya Federasiyası ərazisində bircə gün də qala bilməzdi. Polis idarəsinin binasından çıxan kimi bilet alıb və Tbilisiyə uçub.
“Putin rejiminin sonuna qədər mən Rusiyaya qayıda bilməyəcəm”, – o deyir.
İndi Vasili “freelancer” fotoqrafdır, müxtəlif media ilə əməkdaşlıq edir. O, şəhərin mərkəzində sevgilisi ilə mənzil kirayə tutub. Sevgilisi də ailəsi ilə birlikdə Rusiya rejimindən qaçıb.
Vasili və Liza təbiətdə, dağlarda gəzməyi sevirlər – hər həftə onlar şəhər kənarına gedirlər və turistlərə az məlum olan məkanları dolaşırlar.
“Mən Qazaxıstana getmişdim və geri qayıdanda evə qayıdırammış kimi hiss edirdim. Artıq mənim evim Gürcüstandır. Amma mən heç vaxt unutmayacağam ki, burada qonağam. Heç kim Gürcüstanda qonaq olduğumuzu unutmamalıdır. Çox vaxt mənim ölkəmin vətəndaşları bunu unudurlar, gürcü xalqı ilə problemlər ancaq bu halda yarana bilər”.
“Biz bütün dünyaya düşmən olduq”
36 yaşlı Aleksandr və 26 yaşlı Yuri müharibə başlayandan sonra bura gəliblər. Aleksandr doğma Krasnodarda yerli özünüidarə orqanlarında müxalifəti təmsil edirmiş, Yuri isə müxalifətçi Aleksey Navalnının təşkilatının Sibirdəki qolunda hüquqşünas işləyirmiş.
“Mən martın 6-da gəlmişəm. Mən düşünmürdüm ki, nə vaxtsa ölkəmi tərk edəcəm və mübarizəmi dayandıracam”, – Aleksandr deyir. – “Amma Rusiyada qalmaq mümkün deyildi. Sadəcə yüksək səslə müharibəyə yol vermək olmazdı dediyim üçün məni 15-20 il həbs gözləyirdi. Bizim ölkəmiz Şimali Koreya yolundadıdr”.
Aleksandr əvvəlcə Yerevana gəlib, sonra Gürcüstana keçib.
Yuri əvvəlcə Qazaxıstanda qalmaq istəyib, sonra İstanbulda, nəhayət, Gürcüstana gəlib.
Onun sözlərinə görə, Gürcüstan vizasız gəlmək mümkün olan təhlükəsiz ölkədir. Bundan başqa, insanların çoxu rus və ya ingilis dilində danışır və buna görə də ünsiyyət problemi yoxdur. İqlim çox yaxşıdır, nsanlar mülayim və qonaqpərvərdir.
Rusiyalıların sözlərinə görə onlar özlərinə qarşı ayrısüçkilik və ya aqressiya görməyiblər, çünki hər yanda Putin rejiminə qarşı və Ukrayna ilə həmrəy olduqlarını deyirlər.
Onlardan Tbilisi küçələrindəki Rusiya əleyhinə yazılar haqda soruşuruq.
“Mən onların bizim burda olmağımızı nyə istəmədiklərini anlayıram. İndi Rusiya vətəndaşları Almaniyanın İkinci Dünya Müharibəsi zamanı olduğu vəziyyətə düşüblər və biz bunu yaşamalıyıq. Üstəlik Gürcüstan 2008-ci il müharibəsini unutmayıb və biz də bunu unutmamalıyıq”, – Yuri deyir.
O bildirir ki, şəxsən özünə qarşı Tbilisidə aqressiya hiss etmir.
“Əksinə insanlar sadəcə kömək etməyə çalışırlar. Axşamlar mən və yaşlı bir qadın kilsənin yanında birlikdə otururuq, şərab içirik və söhbət edirik. Mən elə hiss edirəm ki, burda hamı məni anlayır. Bilmirəm, burda kimin nə dərəcədə xoşuna gəlirəm, amma bura mənim çox xoşuma gəlir”.
“Mən “Ruslar, rədd olun” çüarını öz ünvanıma qəbul etmirəm, çünki hesab edirəm ki, mən də Gürcüstanın apardığı eyni mübarizənin içindəyəm”, – Aleksandr deyir. – “Gürcüstan hazırda Ukraynada baş verənləri yaşayıb. Odur ki, əksinə, mən bu münasibəti anlayıram və bu ölkəyə sadəcə minnətdaram ki, mənə sığınacaq verib. Bura qeyri-adi insanları olan yaxşı ölkədir, amma mən mümkün qədər tez öz ölkəmə qayıtmaq istəyirəm. Ancaq yaşamaq mümkün olan ölkəmə”.
“Ruslar bütün dünya üçün dözülməz olublar”, – 24 yaşlı Vasili deyir. – “Rusiyanın dostu yoxdu, bir və ya iki, onlar da həqiqi dost deyil. Biz bütün dünyaya düşmən olmuşuq – tam haqlı olaraq. Mən həqiqətən öz millətimdən utanmıram, amma mən utanıram ki, bu rejimə qalib gələ bilmədik və mən şəxsən özümü günahkar hiss edirəm”.
“Mən öz paportumu yandırdım”
Vasili, Aleksandr və Yuri Free Russia Foundation ofisində toplaşırlar. Vasili etirazların və mitinqlərin fotoları üzərində işləyir və müxtəlif media orqanlarına göndərir. Aleksandr və Yuri isə onlar kimi təqibə məruz qalan vətəndaşlara kömək etməyə çalışırlar.
Bu fond Rusiyada demokratiyanı inkişaf etdirməyə və rejimin qurbanı olan insanlara kömək etməyə çalışan beynəlxalq təşkilatdır. Onların Vaşinqtonda, Berlində, Kiyevdə və Tbilisidə ofisləri var. Rusiyada isə yoxdur.
Tbilisi ofisinin divarlarında əlifba sırası ilə onlarla Rusiya vətəndaşının fotosu asılıb – bu insanlar etiraz aksiyalarına və ya sosial şəbəkələrdəki müxalif şərhlərə görə uzun müddətli həbs cəzalarına məhkum ediliblər. Bu günün məlumatına görə belələrinin sayı minə yaxındır.
“Mən Tbilisidə etiraz aksiyası zamanı pasportunu yandıran ilk insanlardan biriyəm”, – təşkilatın 31 yaşlı nümayəndəsi Anton Mixalçuk deyir.
“Rusiya hakimiyyəti mənə problemdən başqa heç nə verməyib və təəssüf ki, təkcə mənə yox, digər xalqlara da. Bu, hərbi diktaturadır və mən istəmirəm ki, Rusiya hakimiyyəti ilə assosiasiya olunub, buna görə də heç vaxt əlimdə Rusiya bayrağı tutmayacam”.
Anton artıq üç ildir ki, Gürcüstanda yaşayır. O da digərləri kimi rejimdən qaçıb və indi digər Rusiya və Belarus vətəndaşlarına kömək etməyə, onları müdafiə etməyə çalışır. Fondda həmçinin Gürcüstana gələn Ukrayna qaçqınlarına da kömək etməyə çalışırlar.
“Gürcülər bizdən qorxmamalıdırlar. Burada yerləşmək üçün gürcü dilini yaxşı bilmək lazımdır, rusiyalıların çoxu isə gürcü dilini bilmir. Gürcüstan indi br növ körpüdür. İnsanlar bıra tez gələ və bu yolla rejimdən qaça bilir. Amma vəziyyət yaxşılaşsa, bu insanlar çıxıb gedəcək”, – Mixalçuk deyir.
“Müharibədə incəsənətin yeri yoxdur”
29 yaşlı İqnat Kaçan martın ortasında həyat yoldaı ilə birlikdə Belarusdan gəlib. İqnat bədii və sənədli filmlər çəkən rejissordur. Onun filmləri Batumi Beynəlxalq Kino Festivalında nümayiş olunub, həmin vaxtdan Gürcüstan onun xoşuna gəlir.
Son zamanlar o, Minskdən uzaqda kənddə yaşayırmış, orada bir hektar ərazidə öz əli ilə 100-dən çox ağac əkib və onların çiçəklənməsini gözləyirdi. Heç yana getmək niyyəti yox idi, tam ahəng içində yaşayır, çoxlu planlar qururdu.
Amma müharibə balayan kimi o anlayıb ki, artıq Belarusda qala bilməyəcək.
“Müharibədə incəsənətə vaxt yoxdur. Müharibədən uzaq olmaq lazımdır ki, incəsənətdən danışasan. Biz indi dost olduqlarımızla düşmənik. Pis liderlərə görə insanlar bir-birini itirir”.
Gürcüstana köçmək həyat yooldaşının fikri olub, İqnat da dərhal razılaşıb.
“Bizim ölkələrimizin keçmişi və tarixi eynidir, buna görə də mənim üçün bura təbii mühitdir. Buranın təbiəti qeyri-adidir, insanlar mülayim və açıqdır. Əgər siz özünüzü nəzakətli aparırsızsa, gürcücə salamlaşırsız və onlara hörmət ifadə edirsizsə, onlar sizə pis münasibət göstərə bilməz”.
İqnat Kaçan iki il Gürcüstanda qalmağı və sənədli film çəkməyi planlaşdırır. Sonra hara gedəcəyini bilmir.
“Gürcüstanda həyat əla təcrübədir. Gürcülərdən çox şey – ilk növbədə insanlarla münasibə qurmağı öyrənirəm. Burada heç olmasa bir layihə etmək istəyirəm. Mən bir insan seçib onun düşüncələrini və duyğularını izləyəcəm və sonra filmdə göstərəcəm”.
Çağırılmış, yoxsa çağırılmamış qonaqlar?
Rusiya vətəndaşlarını necə qarşılamaq lazım olduğu, onları Gürcüstana buraxıb-buraxmamaq haqda diskussiya Gürcüstan cəmiyyətində müharibənin ilk günündən gedir.
Facebook-da slavyan görünüşlü və rusdilli insanlara qarşı aqressiya və zorakılıq halları haqda tez-tez yazırlar.
Rusiya və Belarus vətəndaşlarının ayrıseçkilik qurbanı olması təhlükəsi vardı.
“Dövlət kimin hansı məqsədlə ölkəyə gəldiyinə və kimin hansı hekayəsinin olduğuna nəzarət etmək üçün heç bir tədbir görməyib, buna görə də insanların ancaq mənəvi amilləri qalır. İndi bizim hər birimiz necə davranmalı olduğumuza dair özümüz qərar verməliyik”, – turizm üzrə ekspert Vato Asataşvili deyir.
“Rusiyalıların və belarusların axını ilə bağlı təşviş üçün səbəb yoxdur. Fevralın 24 və 25-də Yerevana gündə 25 reys uçurdu, ilk iki həftə ərzində 80 minə qədər adam sərhədi keçib. Bununla yanaşı Gürcüstana Gürcüstana gələnlərin piki martın əvvəlində olub, indi tədricən azalacaq. Apreldə bu cür axır artıq olmayacaq”, – o deyir.
Onun sözlərinə görə, bazarda daşınmaz əmlak qiymətlərinin iki qat artacağı və Gürcüstan bu dövr ərzində böyük iqtisadi gəlir əldə edəcəyi ilə bağlı gözləntilər hədsiz böyük idi.
“Birincisi, sığınacaq axtaran insanlardan gəlir əldə etmək haqda düşünmək mənəviyyatdan uzadır, fərqi yoxdu dost, yoxsa düşmən ölkədən gəlib. İkincisi, bu, yanlış gözlənti idi – kirayə ev tutanların sayı o qədər də çox deyildi və böyük həcmdə Rusiya kapitalının Gürcüstana köçürülməsi və bundan sonra mənzillərin iki-üç qat artıq qiymətə kirayə veriləcəyi sadəcə illüziya idi”.
Amma belə hallar doğrudan da vardı. 2021-ci ilin yayında Lukaşenko rejimindən qaçan belarusiyalı jurnalistin JAMnews-a bildirdiyinə görə, Batumidə 300 dollara mənzil kirayələyirmiş. Martn əvvəlində ev sahibi ya evi boşaltmağını və da 200 dollar əlavə ödəməyini istəyib.
“500 dollar çox böyük məbləğdir və biz o qədər ödəyə bilmədik. Üstəlik mənzil də bu qiymətə dəyməzdi. Nəticədə biz başqa mənzil tapdıq və köçdük. Çox ağrılıdır ki, hətta Gürcüstanda da Lukaşenko rejimindən qaçmağın nə olduğunu anlamırlar və səninlə belə davranırlar”.
Vato Asataşvilinin sözlərinə görə, bir çox Gürcüstan vətəndaşları özləri ayrı ev tutub, öz evlərini Gürcüstan və Belarus vətəndaşlarına iki qat qiymətə kirayə verirdilər.
“Təhrik edilmiş tələbat qiymətin kəskin yüksəlməsinə gətirib çıxarıb. Amma bazar iki-üç həftə ərzində bunu nizamlayacaq. Qiymətlər düşəcək və standart göstəriciyə qayıdacaq. Ümumilikdə bu ik ölkədən uzun müddətli səfərə gələnlərin sayı 20 mini keçmir ki, bu o qədər də çox deyil”.
Amma problem bu insanların qeydiyyata alınmasındadır. Bu gün həm Gürcüstana gələn ukraynalı qaçqın, həm sığınacaq axtaran Rusiya və Belarus vətəndaşı və istənilən ölkədən sadəcə ezamiyyətə gələn sərhəddə eyni cür – turist kimi qeydiyyatdan keçirilir.
Ekspertlərin fikrincə, dövlət əvvəlcə qaçqını və sığınacaq axtaranı turistlərdən ayıran sistem hazırlamalıdır.
“Humanitar hüquq tələb edir ki, biz ehtiyacı olanlara yardım edək, sığınacaq təqdim edək. Bizi yalnız qanun yox, həm də bizim sivil dəyərlərimiz, dini və sadəcə insani mənəviyyatımız buna çağırır. Amma biz bunu kor-koranə etməməliyik. Kimə kömək edirsiz, kimə etmirsiz, şəffaf və hər kəsə aydı olmalıdır. Hökumət bunu eləmir və buna görə də bizim belə çox suallarımız yaranır”, – politoloq və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakarieşvili deyir.
“İnsan sizin sərhədinizi keçəndə, sizin ona səfər məqsədi iə bağlı suallar verməyə və onun bioqrafiyası haqda informasiya tələb etməyə tam hüququnuz var. Dövlət bunun qeydinə qalmalı və sığınacaq axtaran şəxslərin qeydiyyat sistamini hazırlamalı idi. Bu zaman onları yoxlayardılar – nə ilə məşğuldurlar, necə pul xərcləyirlər, nə qədər qalacaqlar və sairə”, – o deyir.
“Bir tərəfdən biz kimin darda olduğunu bilməliyik ki, iqtisadiyyatımızı inkişaf etdirməyək, əksinə, onlara kömək edək. Digər tərəfdən biz Rusiya pulları ilə varlanmaqdan çəkinməliyik. Dövlət ən başından hazırlaşmalı və nizamlamalar tətbiq etməli idi ki, bunlara əsasən biz belə gərgin vəziyyətdə ölkəyə kimi buraxacağımızı, kimi buraxmayacağımızı seçə bilək”, – Vato Asataşvili deyir.
Rusiya və Belarus vətəndaşlarının Gürcüstana miqrasiya dalğası başlayandan sonra bir çox Gürcüstan vətəndaşları fəal şəkildə viza rejiminin tətbiq olunmasını tələb edirdi – məhz naxoş faktlarla üzləşməmək üçün.
Həmçinin indiyə qədər aydın deyil ki, Rusiya və Ukraynanın müxalif media nümayəndələri sərhəddən buraxılmadığı halda niyə istənilən Rusiya və Belarus vətəndaşı Gürcüstan sərhədini maneəsiz keçə bilir.
“İdeal sakit vəziyyətdə viza rejimi tətbiq etmək olar. İnsanlar qaçdıqları zaman bu çətindir. Müharibə zamanı kütləvi köçlər baş verir və insanlar ən əlçatımlı sərhədə doğru qaçır. Buna görə biz nizamlamalar tətbiq etməli və prosesi şəffaf etməli idik. İndi hər şey çox dumanlıdır”, – Paata Zakarieşvili deyir.
“Dövlət Ukrayna qaçqınlarının Gürcüstana gətiriməsi üçün heç bir xüsusi reys təşkil etmədiyi halda bizim qapımız istənilən Rusiya və Belarus vətəndaşı üçün açıqdır”, – Vato Asataşvili deyir.
Ekspertlərin fikrincə, bugünkü reallıq Gürcüstan cəmiyyəti üçün sınaqdır. Gürcüstan hökuməti qaydalar tətbiq etmədiyinə və ölkəni hamı üçün açıq saxladığına görəinsanlar özləri qərar verməlidirlər kimə kömək etsinlər, kimə yox, öz biznesini kimin hesabına qursunlar, kimə xidmət göstərməkdən imtina etsinlər.
“Biz bu insanları turist kimi qəbul etməməliyik və onlardan pul qazanmamalıyıq. Onlar istirahətə gəlmiş təmin olunmuş insanlar deyil. İndi Gürcüstana əsasən Aİ vizası olmayan və ya maşınla gələ bilən, çox pulu olmayan və təcili qərar qəbul etmiş gənclər gəlir. Yüksək gəlirləri olan insanlar Avropaya gedir, Gürcüstana yox”, – Vato Asataşvili deyir.
“Amma sığınacağa ehtiyacı olanlarla yanaşı çox sayda diskomfortdan qaçan “Rusiya patriotları” da var”, – Paata Zakarieşvili deyyir. – “Belə insanlar qıcıq doğura bilər, amma nəbadə onlara qarşı ayrıseçkiliyə və aqressiv münasibətə yol vermək olmaz. Biz mehmanxana və ya restoranda onlara ədəb çərçivəsində şərt qoymaq lazımdır: Rusiya himnini oxutmağa və ya Rusiya bayrağını asmağa icazə verməmək lazımdır. Biz anlamalıyıq ki, bizim buna haqqımız var”.