Dövlət bizim qeydimizə qalır
Qışın gəlişiylə sosial şəbəkələrdə daha çox nikbinliyə çağırışlar edilir. Daha çox pişik və dama-dama pledə bürünmüş qəşəng qızların şəkillərinə rast gəlinir. Hətta dama-dama pledə bürünən pişiklər də var. Hamı rahatlıq, qayğı və mehriban münasibət istəyir.
Buna görə də biz aydınlaşdırmağa çalışdıq ki, bəs dövlət bakılıların necə qayğısına qalır? Bu qış qəlblərimizi hökumətin qayğısı isidəcəkmi?
Dövlətdən gələn pozitiv şeylərin arasında gözlənilən lider var.
1. “Asan xidmət
ASAN bizim həyatımızı asanlaşdırır. Bunu bütün “sovet prosedur qaydalarına uyğun olaraq qeydiyyatdan çıxan, qeydiyyata düşən, pasport alan və ya mənzil satanlar anlayır. Bir həftə MİS, poliklinika və fotoatelyelərdə sürünəndən sonra nəhayət ki, sənəd sizindir. İndi bütün bu bürokratik prosedurlardan bircə “kontorda keçmək olar, harda ki, xalq arasında deyildiyi kimi “canını heç kim incitmir. Burada həm qan analizi vermək, həm şəkil çəkdirmək, notariusda sənəd təsdiqlətdirmək, həm də dövlət rüsumu ödəmək olar – və bütün bunlar preyskurant üzrə olur, kiminsə cibinə on yoxsa beş manat qoymaq daha yaxşı olar barədə düşünməli olmursan. Heç kim sizdən artıq bir qəpik də almayacaq. Dəhlizdə çirkli divara söykənib, nəvbədə durmaq da lazım deyil – rahatca kresloda oturub, tabloda nömrənin çıxmasını gözləyə bilərsən.
2. Məktəbdə dərslərin vaxtının səhər saat 8-ə keçirilməsi
Düşünmək olar ki, kimin səhər saat 6-da durmaq həvəsi olar? Əvvəlcə narazı səslər eşidlməyə başladı, yəni onsuz da özünü öldürsən də bu vaxt mərkəzdə tıxaclar olur. Amma sonra məlum oldu ki, bu tıxaclar indi “xoş xassəlidir, yəni nəqliyyat yavaş-yavaş olsa da hərəkət edir, ən əsası da indi biz əvvəlki kimi evdən dərsə bir saat deyil, yarım saat qalmış çıxsaq da, avtobusda əzilmək və tapdalanmaq riskiylə qarşılaşmırıq. Səhərlər yollarda gərginliyi azaltmaq ideyası özünü tamamilə doğrultdu.
3. Yeni BakuBas avtobusları
Nə qədər qəribə olsa da, bir çoxlarını bu qəşəng qırmızı avtobusların çıxmasıyla baş verən müəyyən sosial təbəqələşmə sevindirir. Bu avtobuslara nəqliyyat kartı olan və prinsipcə onlardan istifadə etməyə qorxmayan insanlar minir. Beyni “mən sürücüyə 20 qəpik verirəmdən başqa qaydanı qavramaq iqtidarında olmayan insanlar o biri, “köhnə avtobusu gözləyirlər.
Eyni şey tələblə olunan dayacaqlara aiddir – yeni avtobuslar harda gəldi deyil, ancaq dəqiq müəyyən edilmiş yerlərdə dayanırlar. Bəzi adamlarda bu səbəbdən klaustrofobiya tutması başlayır. Onlar əsəbi halda qışqırır və xırda qəpiklə qapını döyürlər. Sonra da hündürdən qışqıra-qışqıra dayanacaqda düşür və daha heç vaxt belə “təhlükəli nəqliyyata minmirlər.
Yeni avtobuslar gözlənilməz bir şəkildə feys-kontrol olan əyləncə gecəsinə bənzədi.
ASAN könüllüləri insanlara yeni avtobuslara alışmağa kömək edirlər
4. Sürücülər zolaqların üzərində piyadalara yol verir
Bunun üçün sürücüləri əvvəlcə tərbiyə ediblər. Yəni aktiv olaraq cərimələyirdilər. Hətta şaiyələr gəzir ki, mülki geyimli xüsusi agentlər də varıydı, hansılar ki, yüngülcə zolağa ayaqlarını qoyur, sürücü dayanmayanda isə gizli yerdən yol polisi çıxır və cərimə yazırdı. Bundan sonra sürücülər çox nəzakətli, zolaqlar isə təhlükəsiz oldu.
5. Tələbə təqaüdü
Pullu təhsil alan tələbələr də indi təqaüd alırlar. Sual oluna bilər ki, fərqi nədir. Niyə sadəcə bu pulu ödənişin məbləğindən çıxmasınlar? Amma burada motivasiya amili mövcuddur – təqaüd ancaq “kəsiri olmayanlara verilir. Faktiki olaraq tələbə özünə endirim “qazanır. Bundan başqa, stipendiya ancaq pul deyil, həm də tələbəliyin rəmzi, xoş atributudur.