Dörd ildən sonrakı arzu
Sentyabr. Yeni dərs ili başlayıb. Tbilisinin mərkəzi küçələrində qeydi-adi canlılıq var – hardasa örtüyü dəyişirlər, hardasa kanalizasiyanı düzəldirlər, hardasa yeni su kəmərləri çəkirlər.
Şəhərin bir çox yerlərində bina fasadlarında nəhəng bildordlar və ya küçələrdəki işıq dirəklərinin arasında şüarlar quraşdıran ustaları görmək olar.
“Azadlıq, sürətli inkişaf, rifah
“Gürcüstanın inkişafı naminə yeni enerji ilə
“Azadlığa doğru!
Tbilisidə tıxaca görə hərəkət etmək onsuz da çətiniydi, indi də total təmir işləri əlavə olunandan sonra demək olar ki, mümkün deyil. Hakimiyyət elə bil məhz sentyabrda zəruri işlərin aparılmalı olduğunu xatırladı – şəhər tozun içindədir və boyanın qoxusu gəlir.
Gürcüstanda seçkiqabağı həyəcan yaşanır. Oktyabrın 8-də ölkədə yeni parlament seçiləcək. Seçkilərdə qalib gələn partiya hökuməti quracaq və baş naziri – dövlətin birinci şəxsini seçəcək. Buna görə də ölüm-dirim mübarizəsi gedir.
Dörd il əvvəl keçirilən parlament seçkiləri Gürcüstan üçün presedent oldu – ölkənin tarixində ilk dəfə olaraq hakimiyyət seçki yolu ilə dəyişdi. Milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi “Gürcü arzusu koalisiyası Mixail Saakaşvilinin “Milli hərəkatının 9 illik hakimiyyətinə son qoydu.
O vaxt 1 oktyabr 2012-ci ildə seçkilərin ilkin nəticələri elan olunanda Tbilisidə bayram etdilər. Paytaxtın mərkəzi məhəllələri ilə dayanmadan siqnal edən, dalğalanan göy bayraqlı və “41 yazılı (İvanişvilinin koalisiyasının iştirak etdiyi nömrə) maşınlar şütüyürdü. O vaxtkı müxalifət – “Gürcü arzusu məhz paytaxtda xüsusiylə böyük fərqlə seçkilərdə qalib gəldi.
Hələ birinci seçkiqabağı mitinqdə Tbilisidəki Azadlıq Meydanında yüz minlərlə insan toplaşdı. Tbilisidə qızıl gül inqilabından sonra belə çoxsaylı mitinq olmamışdı və elə onda da aydın oldu ki, paytaxt “Gürcü arzusunu dəstəkləyəcək.
“Mitinqə bütün məhəlləmiz getdi. Bayraqlar, transparantlarla. Bidzina İvanişviliyə “Milli hərəkatın qəddar hakimiyyətinə son qoyacaq xilaskar kimi baxırdıq. Dostumu heç nədən tutdular. Başqa çoxlu sayda analoji hadisələr barədə də məlumat varıydı. İnsanlar küçələrə çıxmağa qorxurdu. Heç nədən tuturdular, – 39 yaşlı Oto X. danışır.
Oto texniki institutu bitirib, rabitəçidir, amma ixtisası üzrə heç vaxt işləməyib. “Gürcü arzusunun indiki dörd illik hakimiyyəti dövründə də özünə iş tapa bilmədi.
“Böyük həvəslə “Gürcü arzusunu dəstəkləmişəm. 2012-ci ildə dostlarımla hətta Kutaisi, Batumidəki mitinqlərə getmişik… Anma indi mənə deyəndə ki, elə buydu sənin “Arzun?! – susuram. Demə, mən Xaduri və Narmaniyanın yaxşı həyatı, onların mükafat alması üçün mübarizə aparmışam, – Oto şikayət edir.
Tbilisi sakinlər həqiqətən də milyarderin öz komandası ilə birlikdə ciddi dəyişikliklər edəcəyini gözləyirdi. İlk növbədə, iş yerlərinin yaranmasına ümid edirdilər. Kommunal xərclərin azaldılmasına, faizsiz kreditlərə. Bütün bunlar “Gürcü arzusunun seçki proqramında vəd edilmişdi.
Əvvəlki tarixi seçkilərdən 4 il keçib. Bu dövr ərzində nə dəyişib? Bu sualla biz Tbilisi sakinlərinə müraciət etdik:
Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə iştirak etmək üçün 11 partiyanı qeydiyyatdan keçirib. Məntəqələrdə səsverməyə gələcək seçicilər rəngarəng siyasi müxtəlifliyi ilə üzləşəcəklər. Avro-atlantika istiqamətli partiyalardan tutmuş Rusiya ilə münasibətlərin bərpa olunmasının tərəfdarlarına qədər; ənənəvi dəyər və dinin adeptləri və marixuananın leqallaşmasını tələb edən qüvvələr də var.
Bu cür müxtəlifliyə baxmayaraq, sosioloji sorğular seçicinin süstlüyündən və özünü itirməsindən xəbər verir.
Amerikanın Milli Demokratiya İnstitutunun (NDI) iyulda keçirdiyi sonuncu sorğuya əsasən, 57 faiz seçici hələ kimə səs verəcəyini bilmir. Tbilisidə hələ də seçimini müəyyən etməyənlər 52 faizdir, bu da seçkilərdə iştirak edən bütün partiyaların şərti ümumi reytinqindən çoxdur.
Ölkənin “Gürcü arzusu və “Milli hərəkatın tərəfdarlarına bölündüyü 2012-ci illə müqayisədə bu gün belə bir ayrılma yoxdur. Seçici hər iki partiyaya marağını itirib.
Politoloq Giya Xuxaşvili hesab edir ki, “seçimini müəyyən etməyən seçici hakimiyyətin problemidir.
“Bu təbəqənin olması ondan xəbər verir ki, insanların hakimiyyətdən xoşu gəlmir. “Gürcü arzusu buna diqqət yetirməlidir. Bu, indiki seçki mərhələsinin əsas problemidir, – politoloq düşünür.
O hesab edir ki, “seçimini müəyyən etməyənlərin səsini almaq üçün ən çox şans əsas oyunçular olan “Gürcü arzusu və “Milli hərəkatda deyil, “üçüncü qüvvə dədir.
“Seçici indiki siyasi elitaya etibar etmir. O faktiki olaraq deyir ki, hakimiyyətimiz pisdir, müxalifətimiz ondan da pis. Ona yeni seçim, siyasi keçmişi olmayan yeni liderlər lazımdır, – Xuxaşvili “Netqazeti nəşrinə bildirib.
Seçicilər seçkilərə bir az qalmış hələ də kimə səs verəcəyini bilmirsə, bu təkcə “pis siyasi elitanın günahı deyil, politoloq Giya Nodiya belə hesab edir.
Onun fikrincə, bu o deməkdir ki, gürcü elektoratı da böyüyüb, müvafiq seçki mədəniyyəti səviyyəsinə çata bilməyib.
“Siyasi elita göydən düşmür, o da xalqın bir hissəsi, nisbətən daha fəal hissəsidir, bu qədər. Əksər seçicilər seçimini müəyyən edə bilməyiblərsə, bu o deməkdir ki, onlar nə istədiklərini bilmir. Onlar yeni məsiha gözləyir, çünki əvvəlkilər (Mişa, Bidzina) ümidləri doğrultmadı. Bu 57 faizin məsihanın olmayacağını anlaması üçün nə qədər vaxt lazımdır?! Hazırda mövcud olan partiyalardan seçim etmək lazımdır.
Seçkilərə iki həftə qalıb. Tbilisi sakinlərinin ölkənin taleyini kimə etibar edəcəkləri ilə bağlı qərar vermək üçün vaxtı azdır.
2012-ci ilin təcrübəsini nəzərə alsaq, çoxları gözləyir ki, əhaliyə seçim etməyə Bidzina İvanişvili “kömək edəcək. Yəni qəflətən ortalığa “həbsxana çəkilişlərinə bənzər kompromat atılacaq. Axı o vaxt seçkilərin taleyini seçkilərə 12 gün qalmış məhbuslara verilən işgəncələrlə bağlı nümayiş olunan gizli çəkilişlər həll etdi. Çoxları məhz o kadrların seçkilərin taleyini həll etdiyini düşünür.
Həbsxanalardakı işgəncələr mövzusu indiki seçkilərdə də aktualdır. Amma bu dəfə seçiciyə gizli çəkiliş deyil, bədii film təqdim olunur.
İqtidar yönlü “İmedi televiziya kanalında Qoqi Xaindravanın çoxseriyalı “Herokratiya filmi gedir. Film Saakaşvilinin hakimiyyətindən bəhs edir və zorakılıq səhnələrini əks etdirir.
Belə bir film yaratmaq ideyası Bidzina İvanişviliyə məxsusdur. Çəkilişləri də o maliyyələşdirib. Premyeranın vaxtı da çox güman ki, təsadüfən seçilməyib – seçkiqabağı dövr.
Məqsəd aydındır, cəmiyyətə xatırlatmaq ki, “Milli hərəkatın dövründə məhbuslara həbsxanalarda işgəncə verilir, insan haqları kütləvi şəkildə pozulurdu.
Biz Otodan “Herokratiyaya baxıb-baxmadığını xəbər aldıq:
“İki seriyaya baxdım, daha baxa bilmədim. Çox ağır filmdir. Həm də niyə baxım ki. Onsuz da hər şeyi çox yaxşı xatırlayıram. Cənab İvanişviliyə bircə sual vermək istəyirəm, belə bir filmin çəkilib, göstərilməsini başa düşdük, bəs heç olmasa bir nəfər həbsxanalardakı işgəncələrə görə cəzalandırılıb? İndi bu təkcə “Milli hərəkatla bağlı kompromat deyil.
19.09.2016