Donald Tramp qalib gəldi, bundan sonra ABŞ-ı nəyin gözlədiyi aydın deyil
The Guardian
Çərşənbə axşamı noyabrın 9-da seçki məntəqələri bağlananda sonra Donald Trampın qələbəsinin elan olunması bir çox ümidləri puç etdi və amerikalı seçicilər arasında dərin anti-nomenklatur meylləri üzə çıxardı.
Dünya siyasi qeyri-müəyyənliklə üz-üzə qaldı.
Respublikaçılar Partiyasından olan namizəd istənilən başqa namizədi asanlıqla məhv edə biləcək bir sıra qalmaqalların ortasında qalmasına rəğmən ABŞ-ın müasir tarixində ən ağlasığmaz siyasi qələbələrdən birinə nail oldu.
Təəccüblü də olsa, həm respublikaçıların, həm də demokratların tənqidinə səbəb olan ekstremal siyasi bəyanatları da ona mane olmadı.
İrqçi bəyanatları və seksist davranışı da, ənənəvi siyasi təcrübəsinin olmaması da onun qələbəsinə təsir etmədi.
Əvvəlcə o, Florida, Şimali Karolina və Ohayoda səsvermənin ilkin nəticələrinə görə gözlənilməz qələbə qazandı. Daha sonra ABŞ-ın qərbində – sənaye qurşağındakı ştatlarında onun sarsıdıcı qələbəsini təsdiqləməyin vaxtı çatdı.
Seçkilər ərəfəsində Viskonsin və Miçiqan ştatlarında iş yerlərinin kütləvi ixtisarı baş vermişdi və bu, Trampa həmin ştatlarda qətiyyətlə liderlik etməyə imkan verdi. Vaxtilə Hillari Klinton məhz burada partiyadaşı Berni Sandersə uduzmuşdu.
Seçki gününün sonuna doğru “Associated Press agentliyi Trampın Viskonsin ştatında, həmçinin ümumilikdə prezident seçkilərində qələbəsini proqnozlaşdırdı, çünki o, labüd olan seçicilər kollegiyasının 270 səsini toplaya bilmişdi.
Bir qədər sonra Klinton Trampa zəng edərək, öz məğlubiyyətini etiraf etdi, baxmayaraq ki, o hələ ictimai bəyanatla çıxış etməmişdi.
Daha sonra Tramp Tauer-i tərk edən Donald Tramp “Hilton Midtowna yollandı. Burada artıq seçilmiş prezident kimi səhnəyə çıxdı və tərəfdarlarına müraciətində əminliklə bildirdi ki, “hamıya qarşı ədalətli davranacaq.
“Bağışlayın ki, sizi gözlətməli oldum. Çətin zamandır, çox çətin, – Tramp öz bəyanatına başladı. Onun həyəcanlı tərəfdarları “A-B-Ş, A-B-Ş deyə qışqırırdı.
“Elə indicə mənə dövlət katibi Klinton zəng vurdu, – Tramp sözünə davam etdi. – “Bizi təbrik etdi – söhbət isə məhz bizdən və bizim qələbəmizdən gedir. Mən də öz növbəmdə, onu çətin seçkiqabağı mübarizədən şərəflə keçməsi münasibətilə təbrik etdim.
“İndi isə biz – Amerika vətəndaşları çəkişmə və ziddiyyətlərin açdığı yaraları sağaltmalıyıq. Birləşərək özümüzü vahid xalq kimi hiss etmək zamanıdır… Ölkəmizin hər bir sakininə söz vermək istəyirəm ki, hər bir amerikalının prezidenti olacam.
Bundan bir qədər əvvəl Klintonun seçkiqabağı qərargahının rəhbəri Con Podesta hədsiz pərişan kütlə qarşısında çıxış edirdi. O bildirdi ki, Klinton məğlubiyyətini etiraf edən nitqlə çıxış etməyəcək və opponentini qələbə münasibətilə hamı qarşısında təbrik etməyəcək.
“Evlərinizə gedin, – Podesta tərəfdarlara müraciətlə dedi. – “Yatıb dincəlin. Sabah hələ deməyə sözümüz olacaq.
“Uzun bir gecə və seçkiqabağı kampaniyanı arxada qoyduq. Məgər bir az da gözləyə bilmərik? Səslərin hesablanması hələ də davam edir və hər bir səs önəmlidir. Bəzi ştatlarda hələ ki nəticələr barədə əvvəlcədən danışmaq çox çətindir, buna görə də bu günlük deyəcək bir sözümüz qalmayıb.
Trampın ofisindən verilən məlumata görə, Klinton ona təqribən bu ərəfədə zəng vurub və Tramp ona deyib: “Siz çox ağıllısınız, siz möhtəşəm seçkiqabağı kampaniya keçirdiniz. Zənginizə görə minnətdaram və sizə böyük hörmətim var.
Tramp həmçinin Barak Obama ilə telefonda danışıb. Sonuncu da ona seçkidə qazandığı qələbə münasibətilə təbrik etmək üçün zəng vurub. Obama Trampı cümə axşamı günü Ağ Evə dəvət edib.
Respublikaçılar həmçinin Nümayəndələr Palatasında və Senatda çoxluğa nail oldular, bundan başqa Ali Məhkəmənin sədri vəzifəsinə çox güman ki beşinci müddətə seçiləcək namizədləri də var. Bu o deməkdir ki, yeni prezidentin fəaliyyəti üzərindəki tənqidi nəzarət minimuma endirilib.
Dünyanın maliyyə strukturları bu seçkilərin nəticələrini qorxu ilə müşahidə edirlər. Dow Jones-un sənaye indeksi indidən ən azı 600 bənd aşağı düşüb.
Səsvermənin nəticələri məlum olmağa başlayan vaxt Amerikanın gələcəyinə dair fərqli baxışları olan iki namizəd bir-birinin iki addımlığında televizora baxırdılar: Klinton öz komandası ilə Manhettenin mərkəzində yerləşən “Peninsula otelində, respublikaçılar isə Trump Tower-də.
Trampın düşərgəsində əhval-ruhiyyə xeyli əvvəl – Floridada səsvermə nəticələrinin onların xeyrinə olduğu haqda xəbərlər yayılanda yüksəlmişdi. Klintonun tərəfdarları isə bu nəticələrin nəyə gətirib çıxaracağını bir qədər sonra dərk etməyə başladılar. Hadisələrin bu gedişatını az adam təxmin edirdi.
Peninsula otelinin şüşə tavanı “Klintonun qələbəsi şərəfinə veriləcək ziyafətdə vacib rol oynamalı idi. O, bütün gender maneələrini bir kənara atan tarixi gecənin epik simvolu olmalı idi. Amma zalda dilxorluq hökm sürürdü.
Manhetten mərkəzinin digər hissəsində “Jacob Javits konfrans zalına, həmçinin çöldə toplaşan minlərlə insanın gözləri televizor ekranlarına dikilmişdi. Diktorlar Şimali Karolinada Trampın qələbə çaldığını elan edəndə kütlə arasındakı bir qadın qulaqlarına və gözlərinə inanmırmış kimi heyrət içində əllərilə üzünü qapatdı.
Səsvermənin nəticələri haqqında yeni məlumatlar gəldikcə insanların əhvalı bir az da pozulurdu: Ohayo, Florida, Şimali Karolina, hamı Trampa səs verirdi. Küçədə bir kişi ilə qadın qucaqlaşmışdı, qadın yanaqlarını isladan göz yaşlarını silir, kişi isə onun saçlarını sığallayırdı.
Gərgin halda ekrana baxanlardan biri adının Teo olduğunu dedi və bildirdi ki, “bu, qorxunc və təhlükəli nəticədir. “Biz düşünmürdük ki, bu ölkədə bu qədər nifrət ola bilər. Məlum oldu ki, varmış, – o dedi.
Podestin çıxışından sonra çoxu partiyanın rəmzi rəngində olan şalvarlı kostyum geyinmiş demokratlar yorğun uşaqlarını arxalarınca apararaq və göz yaşlarını silərək binanı tərk edirdilər.
“Biz axı nə iş gördük? – Qvatemaladan olan oğlan uşağını övladlığa götürmüş Qloriya Louell sual edirdi.
Seçkiqabağı qərargahın üzvləri də bir-birini qucaqlayıb, göz yaşlarını silirdilər. Onlar belə bir nəticəni təxmin edirdilər, amma həqiqi mənada buna inanmırdılar.
Syuzi Şennon xüsusi olaraq Kaliforniyadan gəlib ki, çərşənbə axşamı “Javits Centerdə olsun və onun səkkiz yaşlı qızı Qreys Hilları Klintonun prezident seçildiyi gün orada olduğunu sonralar danışa bilsin.
Onlar mərkəzi çərşənbə günü səhər tezdən həddən artıq məyus halda tərk etdilər.
“Bu gecə burada olmaq üçün bir neçə saat gözləməli olduq, – o, qızının əlindən tutmuşdu, çox sarsılmış görünürdü. – İstərdim ki, Klinton özü çıxıb, bizə müraciət etsin. Onu eşitmək yaxşı olardı.
Həmin vaxt “Hilton Midtownda Trampın qəbulunda olan izdiham getdikcə daha çox coşurdu. Hər dəfə Florida və Ohayoda səsvermənin növbəti nəticələri barədə televiziya ekranlarında məlumat görünəndə gurultulu alqışlar eşidilirdi. Əhval-ruhiyyə daha da nikbinləşirdi. Əllərində içkiləri və mobil telefonları olan insanlar həyəcanla televizorların ətrafında var-gəl edirdilər.
Hər dəfə Klintonun adı çəkiləndə çoxları qışqırırdı: “Atın onu zindana! və jurnalistləri səsvermənin nəticələri barədə məlumatları qeyri-operativ verməkdə günahlandırırdılar.
Rusiya prezidenti Vladimir Putin Trampa təbrik teleqramı göndərib. Almaniya kansleri Anqela Merkel Trampı təbrik etməyib, amma ABŞ-la sıx əməkdaşlığa ümid etdiyini bildirib, “çünki Almaniya və Amerikanı milli mənsubiyyətindən, dərisinin rəngindən, dinindən, cinsindən, seksual arientasiyasından və siyasi meyllərindən asılı olmayaraq insanların bərabər olması kimi ümumi dəyərlər birləşdirir.
Dərc olunub 09.11.2016