Dinamika sevgini necə öldürür
Şəbəkədə tanış insanlar tanış olmayanları müzakirə edirlərsə, bu ya futbolçular, ya da “Taxt-tac oyunları personajlarıdır. Yeri gəlmişkən, 6-cı mövsüm yenicə başa çatıb və sosial şəbəkələr hələ də həyəcan içindədir.
Buna qədər isə Karl, Karldan on il əvvəl də «Lost» vardı. Bu gün “Oyun yəqin ki, qırx il əvvəl SW. Və biz bir-birimizi yarım sözdən, qısaldılmış ifadədən, yarım hərfdən anlayırıq. Bəs niyə kütlə mədəniyyətində, təfəkküründə, daha doğrusu, kütlə qəlbində seriallar kinonun yerini tutub?
İstənilən hekayə dörd hissədən ibarətdir – ekspozisiya, başlanğıc, kulminasiya, son. Kütlə mədəniyyətində başqa cür olmur. İndiyə qədər olmayıb. Bunu yadınızda saxlayın və davam edək.
Kino haqqında
Kino bu gün “Qatarın gəlişi vaxtlarına qayıdıb. Sadəcə büdcələr elə bir yerə gəlib çıxıb ki, a) studiyalar aktyorların seçimi və yaxşı ssenarinin tapılması kimi məsuliyyətli bir işi rejissora tapşıra bilmirlər; b) əsas gəlir mənbəyi böyük ekrandır. Kinonun xərcləri ancaq kinodan çıxır. Ona ikinci dəfə baxmaq istəmirlər.
Kinonun kinodan xərcini çıxarmaq üçün dinamika lazımdır. Dinamika kino üçündür. Bu həmin o gələn qatardır.
Sonra da aşağıdakılar baş verir: dinamikanın əsas məqsəd olduğu üçün (çünki bu, büdcəni batırmamağın yeganə zəmanətli üsuludur) daha bir nəqletmə elementi – personajın inkişafı bir kənarda qalır.
Bəzən baş qəhrəman özü özünü oynayır, bəzən “qəhrəmanı ətrafı oynayır, bəzən eyni vaxtda bir neçə personaj açılır. Amma heç olmasa baş qəhrəmanın inkişafı üçün kameranın azı beş dədiqəlik dayanması və tamaşaçıya onun replikalarını qiymətləndirmək imkanı verməsi lazımdır. Həm də replikalar sloqan və tvit kimi səslənməməlidir. Kameranın bir saniyə belə işsiz dayanması (yəni o, sadəcə durub çəkir) qoyulan milyonlar üçün riskdir.
Kino və teatrda personaj öz hərəkətləri və replikaları ilə açılır. Personajın inkişafını daxili hərəkət yaradır (bunu mən fikirləşməmişəm, bu dramaturgiyanın əlifbasıdır), yəni daha bir “ekspozisiya-başlanğıc-kulminasiya-son olmalıdır, bunları tamaçaşı anlamasa da hiss edir.
Ən yaxşı halda isə hətta ikinci məna qatları yaranır.
Bütün bunlar on minlərlə təqdim olunan sinopsisi (hətta ssenarini də yox) studiya özü ələyib, lazım olanı seçəndə, rejissora, aktyorların tərkibinə qərar verəndə, ssenarinin yüzlərlə variantını yazanda, test edəndə, müzakirələr aparanda, fokus-qruplarla işləyəndə yoxa çıxır.
İndi də ssenarilər haqqında
Yadınızdadır, mən nəticə və s. haqqında danışırdım? Seriallarda o olmaya da bilər. Bayaq adı çəkilən “Lostun nə kulminsiyası, nə də sonu (açılışı) yoxdu, ssenari müəllifləri ipin ucunu təmiz itirəndə bütün bu ucları “bütün bunlar yuxuydu izahında batırdılar, bununla da serial sona çatdı. Eyni şeylər reytinqlər düşənə qədər davam edən bütün başqa layihələrin başına gəlir. Beləliklə də əvvələr hadisələr gərginliyin artmasına tərəf inkişaf edirdisə, serialda hər şey əksinə olur.
Yəni həm kütləvi seriallar, həm də kütləvi kino kütləvi mədəniyyətin iki yüz illik mövcudluğu dövründə oturuşan qanunları pozur. Onda niyə tamaçaşı kinonu deyil, serialı seçir, axı onların hər ikisi qanun-qaydaları pozmaqla yaranır?!
Niyə Kamberbetç Hollivud ulduzları qədər populyard?!
Niyə onlarla kinoda çəkilən Şon Bin – Ned Starkdır?
Çünki seriallar qəhrəmanları – həm baş, həm də ikinci dərəcəli qəhrəmanları sevməyimiz üçün onlara daha çox ekran vaxtı verir. Həm də belə məlum olur ki, tamaşaçıya nəticə deyil, proses, kulminasiya və son deyil, sevimli qəhrəman daha vacibdir.
1994-cü ildə bizim Forrest Qampa, 1975-ci ildə Makmyorfiyə ürəyimiz yanırdı və bizi Maykl Beyin istənilən qəhrəmanının başına gələnlər az maraqlandırır. Amma biz Karlın ölməsini istəmirik. O böyüyüb, əziyyət çəkib, dəyişib, biz də bu yolu onunla birlikdə keçmişik və onu itirmək istəmirik.
Manşet şəkli: forbes.com
Dərc edilib 02.07.2016