Diana Petriaşvili, Tbilisi
Tbilisiyə acğözlüklə qonşu ölkədən olan seks biliciləri çəpəki nəzər salır. Guya saymazyana xəbər alırlar:
– Oral texnika mövzusunda master-klass keçirsək necə olar?
Və əgər ötən il cavab əvəzinə Tbilisi ancaq gözlərini bərəldirdisə, indi o artıq həvəslə logistikanı müzakirə edir: yer neçəyədir, müddəti nə qədərdir və adam başı qiyməti neçədir.
Aydındır ki, təşkilatçılar yerli sakinlərdən master-klass almaq həvəsinə düşmək dərəcədə oral texnika ilə maraqlanan neçə nəfərin olacağını proqnozlaşdırmağa çətinlik çəkirlər, amma biznes qurmaq istəyi onları rahat buraxmır və bu şansdan istifadə etməyi tələb edir.
Buna görə də “Facebookda qapalı tədbirlər yaradılır, “Vkontaktedə tezbazar “pabliklər qurulur, “Odnoklassniki də də oxşar manipulyasıyalar həyata keçirilir.
Qorxuram ki, tez bir zamanda birinci qrup artıq yığılacaq.
– “Baş vurma, “vakuum, “zəriflik – sevgilinizi qarşınızda dizi üstə qoyacaq texnikalar siyahısının ancaq bir hissəsidir, – 35 yaşlı ailəli, ana və evdar xanım olan qonşum Miranda maraqla oxuyur.
Dərindən düşünsən, bu master-klassın təsvirində kişi portreti çox da yaxşı alınmır: qəfil yaşanan seksdən sonra ağlını tamamilə itirən və indi də bu bəsit həzzin yenidən təkrarlanması üçün hər şeyə razı olan məxluq.
Amma görünür bu, ənənəvi gürcü xanımlarına toxuna biləcək bir passaj deyil. Onlar seksə, elə ərlərinə də bir qədər təkəbbürlü saymazyanalıqla yanaşmağı adət ediblər.
Yeni heç nə deməyəcəm: patriarxiyanın ikili standartları qadına qarşı həddən artıq tələbkardır – onlar qadında bəkarət, əxlaq və qapalılığa dəyər verirlər. Elə həmin standartlar da kişiyə qarşı onları alçalda biləcək dərəcədə yumşaq davranırlar – ona həm arvadbaz, həm avara, həm də çığırqan davakar olmaq olar.
Bu oyun qaydalarına riayət edən qadınlar öz ərləri ilə təxminən ev heyvanları ilə davrandığı kimi davranırlar: əsası yedizdirmək, içizdirmək və qayğısına qalmaqdır. Düzdür, zəhmət tələb edən işdir, amma sevgi naminə nələr etməzsən ki.
Qəribədir ki, bu cür münasibət oyun qaydalarına riayət edən kişilərin heç də xətrinə dəymir.
Çox yazmaq istərdim ki, gürcü istehlakçısını oral nəvazişə duçar etmək istəyən qonşular bizdə yad dəyərləri tətbiq etməyə çalışırlar, amma alınmır.
Çünki “dəyərlər patriarxal mədəniyyətə doğma və yaxındır. Yeni oral texnikalar bilgisi münbit, patriarxiya tərəfindən gübrələnmiş torpağa düşüb, kök salacaq.
Yeni olan burada ancaq odur ki, əvvəllər “vakuum texnikasına bələd olan ənənəvi arvad biyabırçılıqla ər evindən qovula bilərdi, indi isə bu bacarıq görünür, əksinə, onun mövqeyini möhkəmləndirəcək.
Məlum olduğu kimi, Gürcüstan şərti Şərqlə şərti Qərbin kəsişmə nöqtəsində yerləşir. Bəzən elə gələ bilər ki, onların hər biri onu öz tərəfinə çəkir. Amma qüvvələr təxminən bərabərdir və Gürcüstan gah bu, gah da o tərəfə əyilir.
Şərti Qərb cəlbedici olsa da, o qədər də əlçatan deyil. Bəzən o bir qədər nəfəsliyi açır və onda biz üzərimizdə bərabər hüquq və imkanların sərin mehini hiss edirik.
Amma bu zaman səs-küylü Şərq öz qapılarını taybatay açır və bizi patriarxiyanın küləyi aparır.
Mən “Şərq yazıram, amma bu da şərtidir, çünki bu dəqiqə bizi Şimaldan gələn külək vurur.
Dərc edilib: 21.04.2016
Rus dilindən tərcümə