Deputatlar yenidən interneti məhdudlaşdırmağı təklif edirlər
Azərbaycan hökuməti daxilində yenidən sosial şəbəkələr və ümumilikdə internet üzərində nəzarətin gücləndirilməsinin vacibliyi haqda danışmağa başlayıblar. Ötən bir neçə gün ərzində bu mövzuda bir neçə siyasətçi fikir bildirib və cəmiyyətin qəzəbinə səbəb olub.
• Rusiya internetsiz qala bilər?
• Azərbaycanda sosial şəbəkələr ətrafında mübahisələr
Konstitusiyaya və hökumətin səsləndirdiyi bəyanatlara əsasən, Azərbaycanda internet tamamən azaddır. Deputatlar dövlət səviyyəsində interneti məhdudlaşdırmaq cəhdlərini insan haqları və dövlətçiliyinin mühafisəsi ilə izah edirlər.
Kim və nə deyib?
“Xaricdən Azərbaycana qarşı təhqirlərin qarşısını almaq üçün biz öz sosial şəbəkələrimizi yarada və qalanlarına girişi bağlaya bilərik. Bu yolla təhlükənin qarşısını almaq mümkündür”, – o təklif edib.
Digər deputat Hadı Rəcəbli həmkarından fərqli olaraq sosial şəbəkələrin bağlanmasını istəmir. Amma hesab edir ki, internet vasitəsilə hökumətin ünvanına yayılan təhqirlə, söyüşlə və iftirayla mübarizə aparmaq lazımdır:
“Orda elə şeylər yazır və paylaşırlar ki, dilə gətirmək olmur, biabırçılıqdır”.
Nəhayət, baş nazirin müavini Əli Əhmədov sosial şəbəkələrdə nəinki məmurların, heç sadə vətəndaşların da özlərini “qanuni yolla müdadfiə etmək” imkanının olmadığından gileylənib:
“İstənilən adamı asanlıqla təhqir etmək və mənəvi terrora məruz qoymaq mümkündür, özünümüdafiə mexanizmi isə yoxdur. Bu biabırçılığın qarşısını almaq üçün vasitə tapmaq lazımdır. Mən internetin məhdudlaşdırılmasının qəti əleyhinəyəm, amma texniki və hüquqi nəzarət variantları tapmaq lazımdır”.
Qanun artıq var, amma yetərli deyil
İnterneti bu və ya digər formada nəzarətdə saxlamaqla bağlı çağırışları azərbaycanlı deputatlar ilk dəfə deyil ki səsləndirirlər. Üstəlik 2017-ci ildə “İnformasiya, məlumatlandırma və informasiyanın mühafizəsi haqda” qanuna edilən dəyişikliklərə əsasən, “qadağan olunmuş məlumatı” dərc edən sayt bağlana bilər.
• Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklər “təhlükəli” saytları bağlamağa imkan verəcək
• Azərbaycanda jurnalustlər üçün qırmızı xətt haradan keçir?
“Qadağan olunmuş” informasiya deyəndə zorakılığın təbliğindən təhqirə qədər uzun siyahı nəzərdə tutulur.
Beləcə 2017-ci ildə hakimiyyəti xüsusilə kəskin tənqid edən Meydan TV və Azadlıq Radiosunun saytları bağlandı.
Fərqli düşüncə internetdə necə məhdudlaşdırılır?
Sosial şəbəkə istifadəçilərinin internetdə hakimiyyəti tənqid etdiyi üçün cəzalandırılması ilə bağlı bir neçə hal baş verib.
Məsələn, narkotik alverinə görə bir neçə il həbsdə qalan bloger Əbdül Əbilov Facebook-dakı “Yaltaqlara “yox” deyək” səhifəsini həbsinin əsl səbəbi hesab edir (Amnesty International təşkilatı da onunla bu məsələdə razıdır).
Bakı Dövlət Universitetinin tələbəsi Ümman Səfərov hökumət və prezident əleyhinə yazdığı statuslara, hətta belə statusları bəyəndiyinə görə universitet rəhbərliyi tərəfindən xaric olunmaqla bağlı təhdid edildiyini bildirib.
Sosial şəbəkələrdən şərhlər
Azərbaycanda sosial şəbəkə istifadəçiləri deputatların söylədiklərindən qəzəbləniblər.
“Deputatlara maraqlı deyil insanlar onları niyə qınayır?”
“Deputatlar haqda yazılan pis şeylər onları təhqir edir. Xalqı isə deputatın maaşının sadə camaatın maaşından dəfələrlə çox olması təhqir edir. İndi kim özünü daha çox təhqir olunmuş hiss edir?”
“Tutaq ki, məni sosial şəbəkələrdə kimsə söyür. Mənim üçün bunun fərqi yoxdur. Əslində deputatları internetdəki nəhəng informasiya axınını idarə edə bilməmələri qəzəbləndirir. Sosial şəbəkələr bəzi məmurların səriştəsizliyini çılpaqlığıyla göstərir, bu da onların xoşuna gəlmir”.