Ev heyvanları müxtəlif olsa da, əksəriyyət mənzilində it və ya pişik saxlayır. İlk baxışdan ev heyvanı olmayan, lakin həvəskarların evlərində saxladıqları kiçik heyvanlar da az deyil. Bunlardan biri dağsiçanıdır.
Azərbaycanda dağsiçanına daha çox rusca olduğu kimi, “xomyak”, yaxud da ingilis dilində “hamster” deyirlər.
Gülşən Muradəliyeva da dağsiçanı həvəskarıdır və artıq üç ildir ki, evində onlara qulluq edir. Təqdim olunan videoda o, dağsiçanının özünəməxsus xüsusiyyətlərindən və bu heyvana qulluğun qaydalarından danışır.