“Ermənistan vətəndaşları Azərbaycan ərazisinə necə gəlib?” – Bakıdan şərh
2020-ci ilin yekunları üzrə öz mətbuat konfransında Rusiya XİN rəhbəəri Sergey Lavrov Dağlıq Qarabağ üzrə məsələlərin geniş spektrinə toxunub. Onun bəyanatları Ermənistan tərəfində suallar doğurub, rəsmi Bakı reaksiya verməyib. Amma Azərbaycanda politoloqlar Moskvanın bəyanatlarına birmənalı yanaşmayıblar.
“Müharibədən və Ermənistan Respublikasının silahlı qüvvələrinin darmadağın edilməsindən sonra bəyanat [10 noyabrda Rusiya və Azərbaycan prezidentləri, o cümlədən də Ermənistanın baş nazirinin imzaladığı bəyanatla ikinci Qarabağ müharibəsinnə son qoyulub] qəbul edilib və onun məqsədi Ermənistanın Azərbaycana qarşı silahlı irticasının nəticələrini aradan qaldırmaq olub”, – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması nəzərdə tutulub. “Üstəlik bu vəziyyət sülhün dəstəklənməsi üzrə qüvvələrə nəzarət zonasında qalan ərazilərə sə şamil edilirdi”, – diplomat əlavə edib.
2020-ci ilin dekabrında Azərbaycan ordusu Xocavənd rayonunun iki kəndində əməliyyat aparıb, nəticədə Ermənistanın 62 nəfər vətəndaşı Azərbaycan tərəfinin əlinnə keçib. Rəsmi Bakı onları diversant hesab edir, Ermənistan isə bu insanları hərbi əsir adlandırır.
Mətbuat konfransında Sergey Lavrov bu vəziyyəti belə şərh edib:
“Bu mövzu Nikol Paşinyan və İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə yanvarın 11-də keçirilən görüşündə qaldırılıb. Atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması elan ediləndən sonra bu rayona göndərilən insanlara ayrı qayda ilə yanaşmaq lazımdır”.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Rusiya hakimiyyəti istənilən halda “bu məsələnin “hamının hamıya” prinsipini rəhbər tutaraq bağlanması üçün araşdırılmasında” maraqlıdır.
“Ermənistan Respublikası indiyə qədər 10 noyabr birgə bəyanatının maddələrini tam yerinə yetirməkdən yayınır. Bunda iştirakını gizlətməyə çalışaraq rəsmi şəxslər bu dəstəni Yerevana tabe olmayan kimi təqdim etmək istəyir. Hərbi əsir kateqoriyasına aid olmayan həmin saxlanılan şəxslərin qaytarılması problemi məhz bununla əlaqədardır. Həqiqətən də sülhdən iki ay sonra bunlar necə hərbi əsirlərdir?
Hətta ehtimal etsək ki, onlar hərbçilər deyil, o zaman bu Ermənistan vətəndaşları Azərbaycan ərazisinə necə gəliblər, niyə bizim xəbərimiz olmadan xarici vətəndaşlar bizim ərazimizə gəlir?” – Tofiq Zülfüqarov qeyd edib.
Azərbaycanlı diplomat əlavə edib: “Lavrov bildirir ki, Dağlıq Qarabağ və Ermənistan arasında azad əlaqə 10 noyabr bəyanatı ilə nəzərdə tutulub və bu belədir. Amma azad hərəkət müvəqqəti əsasda, yalnız sülhün dəstəklənməsi üzrə qüvvələrin məsuliyyət zonasında yaşayan erməni milliyyətli sakinlər nəzərdə tutulub”.
Zülfüqarov öz düşüncələrini Rusiya prezidenti Vladimir Putinin sözlərinə istinadən ifadə edib: “Rusiya dövlət rəhbərinin diliylə Dağllıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyıb, bu da o deməkdir ki, xarici vətəndaşların sərhəddən küçməsinə nəzarət kimi suveren hüquqlar bizi ölkəmizin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilməlidir.
Ola bilər ki, sülhün dəstəklənməsi üzrə qüvvələrin iştirakı müvəqqəti tədbir kimi istisna edilmir, amma bu və ya digər xarici vətəndaşın əraziyə buraxılıb-buraxılmaması haqda qərar Azərbaycan tərəfindən qəbul edilir.
Bununla əlaqədar olaraq nazir S.Lavrova xatırlatmaq lazımdır ki, sülhün dəstəklənməsi üzrə əməliyyatlar sülhə məcbur edilməsi əməliyyatlarından fərqli olaraq, qəbul edən ölkənin suveren hüquqlarının hər hansı məhdudiyyətini nəzərdə tutmur”.
Sergey Lavrovun özü Ermənistanın rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərlərini belə şərh edib:
“Əgər biz razıyıqsa ki, biz hamımız isə razıyıq ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında əlaqə olmalıdır, o zaman mən bu səviyyədə təmaslara mane olmaq üçün səbəb görmürəm. Ermənistanın rəsmi şəxsləri Dağlıq Qarabağa humanitar dəstək göstərilməsinə cəlb olunublar, bu da Bakıda heç bir mənfi emosiya doğurmur və bu, fərqli olsaydı, qəribə olardı”.
Tofiq Zülfüqarovun sözlərinə görə isə Ermənistan Respublika vətəndaşlarının, o cümlədən də rəsmi şəxslərin Dağlıq Qarabağa səfərlərinin məhdudlaşdırılmasının vacibliyi onunla izah olunur ki, “Azərbaycan tərəfi indiyə qədər Azərbaycan Respublikası ərazilərinin işğal siyasətindən və ilhaq cəhdlərindən imtina və qınanması haqda birmənalı rəsmi bəyanat eşitməyib”.
“Sülhün dəstəklənməsi qüvvələrinin Azərbaycan Respublikasının suveren ərazisində fəaliyyət göstərəcəyi ilə əlaqədar olaraq Ermənistan Respublikası nümayəndələrinin monitorinqi həyata keçirən sülhməramlı qüvvələrin mandatının hazırlanmasında və qəbul edilməsində iştirakı yolverilməzdir və Azərbaycan tərəfindən tam rədd edilir”, – Tofiq Zülfüqarov yazıb.