Dağ siçanı doğdu
Sankt-Peterburqda çoxpilləli Sarkisyan-Əliyev-Putin görüşü başa çatdı.
Əvvəlcə Rusiya prezidenti Ermənistan prezidenti ilə görüşdü. Sonra Putinin Azərbaycan prezidenti ilə görüşü keçirildi. Bundan sonra da üştərəfli danışıqlar baş tutdu.
Hər üç tərəf ümumilikdə danışıqları konstruktiv adlandırdı və görüşlərin xarici işlər nazirləri səviyyəsində, həm də ATƏT-in Minsk qrupu formatında davam edəcəyi ilə bağlı razılığa gəldilər.
Bu zaman “dördüncü tərəf – Qərbdən olan vasitəçilər bu danışıqları Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması prosesini “inhisara almaq cəhdi kimi qəbul etdilər. Peterburq danışıqlarının anonsundan sonra ATƏT-in baş katibi Lamberto Zanyerin reaksiyası özünü çox gözlətmədi, o vurğuladı ki, ATƏT, onun rəsmi olaraq nizamlanma prosesinə görə cavabdeh olan yeganə beynəlxalq qurum olmasına baxmayaraq, bu görüşün təşkilində iştirak etməyib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Sankt-Peterburqdakı görüşün mayın 16-da Vyanada baş tutan və tərəflərin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu təsdiq etdikləri görüşün davamı olacağına ümidvar olduğunu bildirdi. Həmin görüşdə həm də təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı razılıq əldə edilib.
Yerevan
Naira Ayrumyan, Lragir.am saytının şərhçisi:
İyunun 20-də Sankt-Peterburqda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin baş tutan üçtərəfli görüşü ancaq bir konkret məsələni həll etdi – ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin imkanları artırıldı. Artırmanın hansa sayda olacağı və şəxsi nümayəndənin mandatının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı məsələ birgə bəyanatda qeyd olunmur.
Rusiyaya səfər edən tərəflərin antaqonist mövqeləri fonunda bu, yəqin ki, bütün tərəflər üçün ən ağrısız nəticədir və hamı da məmnundur. Ermənistan prezidenti özünün atəşkəs rejiminin möhkəmlənirilməsi ilə bağlı irəli sürdüyü şərtləri azacıq da olsa irəli çəkməyi bacardı bildi, Azərbaycan prezidenti ATƏT tərəfindən təklif olunan insidentlərin araşdırılması mexanizmləri haqqında razılaşmanı torpedləşdirə bildi. Vladimir Putin hərbi əməliyyatlara əl atmamaq və vasitəçi kapitalını qoruyub saxlamaqla bağlı vədlər aldı, ATƏT-in Minsk Qrupunun qərbli həmsədrləri – Fransa və ABŞ isə tərəflərə Rusiya planının gözlənilən sırınmasının qarşısını ala bildilər.
Görüşdə xüsusilə vurğulanıb ki, bu günlərdə Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttində sakitlikdir və bu əsas nailiyyət kimi qeyd olunub.
Görüşdən əvvəl Azərbaycan mətbuatında Bakının Azərbaycan əsirliyində olan erməni Arsen Baqdasaryanın Qarabağda qətllərə görə məhkum olunan azərbaycanlı təxribatçılara dəyişdirilməsinə hazır olması barədə məlumat yayıldı. Ekspertlər hətta Vladimir Putinin bu mübadilədə köməklik edəcəyini güman etdilər, amma görünür ki, erməni tərəfi buna razılıq verməyib.
Bundan başqa, görüşdən əvvəl Sankt-Peterbuqrda Rusiya, İtaliya və Azərbaycan arasında müqavilə imzalandı, həmin müqaviləyə görə, Rusiyanın “Qazprom şirkətinin vəsaiti hesabına Azərbaycanda Rusiya qazı ilə işləyən italyan zavodu tikiləcək. Sövdələşməni bəzi analitiklər Əliyevin Sankt-Peterburqdakı mümkün razılığa “avansı kimi qiymətləndirdilər.
Sammitə qədər erməni mətbuatında sövdələşmənin mümkünlüyü fəal müzakirə olunurdu – Rusiya prezidentinin Ermənistanı ciddi ərazi güzəştlərini nəzərdə tutan Qarabağ münaqişəsi tənzimlənməsi planına razılıq verməyə məcbur etməklə bağlı müəyyən niyyətləri haqqında danışılırdı.
Bu plan artıq uzun illərdir ki, müzakirə olunur və hətta erməni tərəfi onu danışıqlar üçün əsas kimi qəbul edir. Bununla belə, son zamanlar rusiyalı və digər ekspertlər erməni tərəfinin mövqeyini sərtləşdirdiyini və artıq ərazi güzəştləri barədə danışmaq istəmədiyini qeyd edirlər. Eyni zamanda Azərbaycan prezidenti torpaqlarının bir hissəsinin işğalının dayandırılmasını tələb edir.
Bu ziddiyyəti yaxın zamanlarda aradan götürmək çətin ki, mümkün olsun – erməni tərəfi indiki sərhədlərin saxlanılması və möhkəmləndirilməsini, Azərbaycan tərəfi isə onların dəyişdirilməsini istəyir. Rusiyanın baş naziri Dmitri Medvedevin bir vaxtlar qeyd etdiyi kimi, elə bir vəziyyət yaranıb ki, ya indiki status-kvonu tanımalı, ya da müharibə olmalıdır. Amma 2016-cı il aprelin əvvəlində baş verən hadisələr müharibənin də heç nəyi həll etmədiyini göstərdi.
Belə bir fikir var ki, Sankt-Peterburqdakı görüşdən sonra Minsk Qrupunun digər iki həmsədri – Fransa və ABŞ da prezidentlərin görüşlərini təşkil etmək istəyəcəklər. Bununla belə, geosiyasi cədvəl irəliləməkdə davam edir – çox tez bir zamanda həm ABŞ-da, həm Rusiyada, həm Fransada, həm də Ermənistanda fəal elektoral dövrlər başlayacaq ki, onlar da münaqişələrin tənzimlənməsindəki fəallığı azaldacaq. Bu da Qarabağ nizamlanmasının yenidən passiv vəziyyətə qayıdacağını deməyə imkan verir. Hələlik yeganə nailiyyət kimi atəşkəs rejiminin formal möhkəmləndirilməsini hesab etmək olar.
Bakı
Şahin Rzayev, jurnalist, Bakı
Səmimi etiraf: mən güclü analitik deyiləm.
Apreldəki dörd günlük müharibədən sonra ehtiyatsızlığa yol verərək, Qarabağ danışıqlarında hansısa irəliləyişin olacağı proqnozunu verdim. Hətta gözümə bunun ictimai fikri qaçılmaz kompromislərə hazırlamaq üçün “razılaşdırılmış müharibə olması ilə bağlı hansısa konspiroloji nəzəriyyələr də görünürdü.
Prezidentlərin Vyanda ABŞ, Rusiya və Fransanın xarici işlər nazirlərinin iştirakı ilə görüşü, Sankt-Peterburqda Putinin özünün iştirakı ilə danışıqlar keçiriləcəyi münaqişənin heç olmasa ilin sonuna qədər sülh yolu ilə həllinə azacıq da olsa ümid verirdi.
Amma bu ümidlər puç oldu. Vyana ilə Sankt-Peterburq arasındakı fasilədə dövlət rəhbərləri arasında “Facebookda yazılan troll statusları səviyyəsində mübahisə baş verdi. Prezidentlər bir-birini Şura Balaqanovla Panikovski səviyyəsində ələ salmağa başladılar, “sən kimsən?”.
Deyəsən, Qarabağ münaqişəsinin həllində əsas problem dövlət başçıları arasındakı şəxsi münasibətlərdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu, Siyasi Büro üzvünün oğlu, ingilis və bir neçə başqa dildə sərbəst danışan, “qəzet, zavod və paraxodlar sahibi – digər tərəfdən də adi fəhlə. Sosial statuslardakı ciddi fərq. Və bu artıq diplomatiya deyil.
İndi mənə elə gəlir ki, bu ikisi hakimiyyətdə olduğu müddətdə danışıqlar prosesi qaldığı nöqtədən tərpənməyəcək. Onlarsa hələ uzun müddət burada olacaqlar. Serjin bir azdan getməli olmasına baxmayaraq, o hakimiyyətin iplərini əlində saxlayır.
Hakimiyyət başında Heydər Əliyev və Levon Ter-Petroysan olsaydı, onlar qərar vermək üçün özlərində cəsarət tapardılar. Bunlarsa xırdadılar. Dixi”.
Məqalədəki fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 21.05.2016