Cənubi Osetiyada xırda biznes zəifləyir
Sxinvalinin mərkəzində Alan Cioyev küçəsindəki mağaza çox polulyardı. Bu bir zalı olan standart mağazadır. Yerli istehsal 20 faiz təşkil edir, qalan hər şey Rusiyadan gəlib.
Valentinanın bir vaxtlar kiçik həyətyanı sahəsi olub, burada o xiyar və sarı pomidor yetişdirirdi. 2008-ci ildə müharibə vaxtı onun evi dağıdıldı. Sonradan evi yenidən tikdilər, amma yeni layihə Valentinanın sahəsinin böyük hissəsini tutdu və bağça ancaq xatirələrdə qaldı.
Valentina həmişə yerli məhsula üstünlük verib. “İyləyin baxın, yerli pomidorların qoxusu necədir. Ən dadlıları Dmenis və Znaur kəndlərindəndir. Bunları isə (gətirmə mala işarə edir) mən almamağa çalışıram. Ancaq payızda yerli tərəvəz olmayanda, hərdən bunları alıram, məsələn, Yeni il süfrəsini bəzəmək üçün.
Bu, geniş yayılmış bir fikirdir – yerli əhali öz məhsullarını almağı üstün tutur. Elə yerli məmurlar da öz ərzaqlarına üstünlük verirlər. Bununla belə, Cənubi Osetiyada xırda sahibkarlığa kömək proqramı hələ də yaradılmayıb.
1997-ci ildən 2010-cu ilə qədər xırda sahibkarlığın güzəştli kreditləşdirilməsi haqqında qanun qüvvədə idi, hansı ki büdcənin gəlir hissəsinin bir faizini xırda biznesə yönəltməyi tələb edirdi. Sonra qanun dəyişdi və “xırda sahibkarlığa dövlət dəstəyi haqqında qanun adını aldı – burada fikirlər artıq dəqiq ifadə edilmirdi.
Cənubi Osetiya Dövlət universitetinin iqtisadiyyat və sahibkarlıq kafedrasının dosenti Aza Tibilovanın fikrincə, bununla Vadim Brovsev hakimiyyəti [ 2009-2011-ci illərdə hökumət rəhbəri – JAMnews] Cənibu Osetiya regionuna böyük zərbə vurdu.
Kokoyev bildirir ki, 2008-ci ildən sonra ilk dəfə 2014-cü ildə gedənlərin sayı respublikaya gələnlərin sayından artıq oldu.
“İşsiz qalanlar əsasən gənclərdi və onların əksəriyyəti öz biznesini qurmaq istəyir. Amma kreditə olan bank faizi 18-24 faiz təşkil edir, bu da istənilən layihənin iflası deməkdir. Hətta yüksək rentabellik səviyyəsi olduğu halda belə bütün gəlir bank faizlərinin ödənilməsinə gedəcək”
Alan bir neçə il ərzində məişətdə istifadə olunan kimyəvi vasitələrin satışı ilə məşğuluydu – onlar ərzaq kimi xarab olmur və deməli uduzmaq riski də azdır. Malı Rusiyadan gətirir. Onun bəxti gətirdi və 1,5 milyonu [təxminən 23,000 dollar] 12 faizlə götürdü (bəxti gətirdi ona görə ki, bu gün 18 faizdən aşağı olmur).
Alanın dediyinə görə, onun gəliri orta hesabla gündəlik 100 min rubla qədər ola bilərdi [təxminən $1,500] – əgər malın daşınması zamanı ağır vergi məsələsi olmasaydı.
Qiymətlərin kəskin artması Alanı o qədər də narahat etmir – məişət kimyasına həmişə ehtiyac var. Amma Qərbdən gələn mallara Rusiya sanksiyaları onu qorxudur. O deyir ki, bazardakı bütün məişət kimyası bir iri şirkətə məxsusdur, o da saksiyaların altına düşüb. “Televizorda dedilər ki, onu qadağa edəcəklər. Nə baş verəcəyini təsəvvürümə belə gətirmirəm. Misal üçün, mən bazarda Rusiya tozu görməmişəm. İndi belarus məhsulu gəlib, amma azdır.
2014-cü ilin yayında Cənubi Osetiyada yeni xırda sahibkarlığa dəstək proqramına başlanıldığını elan etdilər. Məşhur 45-45-10 sxemini işə keçirmək nəzərdə tutulmuşdu, bu zaman sahibkar biznes layihəsinə qiymətin 10 faizini (pul, torpaq və ya mülklə), sərmayədar və bank isə hərəsi 45 faiz qoyur.
Bundan başqa, bəzi məsələlər qaranlıq qalır. Hansı şərtlərlə sərmayədar və bank 90 faiz qoyur? Sərmayənin böyük hissəsi Rusiya bankı və sərmayədarına aiddirsə müəssisənin sahibi kimdir? Bütün bunlardan başqa, söhbət Rusiya bankından gedir və belə çıxır ki, sahibkar xarici dövlətin strukturuyla müqavilə bağlayır. Amma istənilən halda, əslində bu proqramda demək olar ki, heç kim iştirak edə bilmir, sahibkarların əksəriyyətində bu 10 faiz olmur.
Ayrı-ayrı ekspertlərin dediyinə görə, 2011-ci ildən 2013-cü ilə qədər Cənubi Osetiyada fərdi sahibkarların sayı 1,173-dən 902-yə qədər azaldı. Onların arasında 902-si mineral suyun paketləşdirilməsi üzrə xırda müəssisələr və rayonlarda balaca quş fermalarıdı. Bundan başqa, Dzaus rayonunda balıq təsərrüfatı yaradılıb. Həm də elə həmin Dzaus rayonunda iri buynuzlu heyvanın yetişdirilməsi üçün kiçik fermalar tikən gənclərin təşəbbüsü də var.
Gennadi Kokoyevin fikrincə, Cənubi Osetiya üçün keçmişdə 2 mindən çox adamın işlədiyi ağ trikotaj fabriki kimi bir neçə iri müəssisənin işə düşməsi çox yaxşı olardı. Bu cür müəssisələrin ətrafında sosial infrastrukturalar yaranır: bağçalar, məktəblər, rabitə, ticarət, kommunikasiya, yəni yeni iş yerləri.
Cənubi Osetiyanın Sahibkarlar İttifaqının sədri Marina Dziqoyeva deyir ki, “dövlət dəstəyi və ciddi texnika olmadan bir istəklə az-çox iri həcmli məhsul əkmək, yetişdirmək və vaxtında yığmaq mümkün deyil.
İqtisadçı Aza Tibilova deyir ki, hökümət yaxasını kənara çəkir və nə özünün, nə də rusiyalı kuratorlar qarşısında məsələnin mahiyyətini aydınlaşdıra bilmirlər. Ola bilsin, buna görə də Kremldə Cənubi Osetiya üçün ayrılan vəsaitin hansı fəaliyyət sahələrinə paylanması məsələsini həll etməyi öz üzərinə götürüblər.
Xırda və Orta Sahibkarlığa Dəstək İdarəsində şərh verməkdən imtina etdilər. Qısaca ancaq 45-45-10 kredit proqramı haqqında danışdılar, amma bu sxem üzrə verilən bir biznes layihəsini belə misal gətirmədilər.