Cənubi Osetiyada Rusiyanın С-300 raket kompleksləri varmı, Gürcüstandan yol olacaqmı və başqa suallar
Cənubi Osetiyada Rusiyanın С-300 raket kompleksləri varmı? Cənubi Osetiya Rusiya Federasiyasının tərkibinə daxil olacaqmı, respublika iqtisadiyyatını elə qura biləcəkmi ki, özünü müstəqil şəkildə təmin etsin?
Bu haqda Cənubi Osetiyanın prezidenti Anatoli Bibilov Rusiyanın “RİA Novosti” xəbər agentliyinə danışıb. Müsahibə Peterburqda Anatoli Bibilovun iştirak etdiyi Beynəlxalq İqtisadi Forum çərçivəsində alınıb.
Cənubi Osetiyada Rusiya bazası və təhlükəsizlik məsələləri
“RİA-Novosti”nin sualı: – Özünüz də Cənubi Osetiyada sülhməramlı kimi xidmət etmisiz. İndi orada Rusiya bazası yerləşir. Təkcə bu baza, onun silahı respublikanın etibarlı təminatı üçün kifayət edirmi? Daha nə lazımdır? Və doğrudurmu ki, Cənubi Osetiyada Rusiyanın С-300 raket kompleksləri yerləşir?
Anatoli Bibilov:
“Bəzən jurnalistlər şişirtməyi sevir. Deyirlər ki, bizim həm “Topol-M”, həm strateji bombardman üçün aerodromumuz və daha nələrimiz var. Əlbəttə, yoxdur.
Amma Cənubi Osetiya Respublikasında olan silah və hərbçilər kontingenti Cənubi Osetiyanın təhlükəsizliyini təmin etmək üçün kifayət edir.
Bundan əlavə də respublikanın silahlı qüvvələri. Onlar istənilən təcavüzkara müqavimət göstərmək üçün kifayət edir. RF-dən və ya Cənubi Osetiyanın daxilində hər hansı əlavə qüvvələri səfərbər etməyə heç bir ehtiyac yoxdur.
Cənubi Osetiyada hazırda çağırış kampaniyası keçirilir. Cənubi Osetiya əhalisinin 25 yaşdan yuxarı demək olar ki, bütün kişiləri müharibəni keçib, onların da hər birinin fərdi hazırlığı kifayət qədər yüksək səviyyədədir. Nəticədə bu gün respublika ərazisində olan qüvvələr Cənubi Osetiyanın təhlükəsizliyinə tam zəmanət verir.
Həm də RF və Cənubi Osetiyanın sərhədlərinin təhlükəsizlik [təminat planında əməkdaşlıq] planı işlənib hazırlanıb. [Sərhəd] bu gün tam qorunur, hərbi qurumlarımız arasında müqavilələr bağlanıb.
Cənubi Osetiyanın Rusiya tərkibinə keşməsi məsələsi
Anatoli Bibilov:
Cənubi Osetiyanın RF-yə birləşməsi ilə bağlı referendum məsələsinə gəlincə, əlbəttə mən hesab edirəm ki, onu keçirmək lazımdır. Amma Cənubi Osetiya siyasi qüvvələri ilə məsləhətləşmələr keçirilmədən, RF-nın siyasi qüvvələri ilə, Rusiya rəhbərliyi ilə məsləhətləşmələr keçirilmədən və gələcəyimizin özünəməxsus “yol xəritəsini” müəyyən etmədən, əlbəttə, hər hansı addımlar atmaq çətin olacaq.
Amma yenə də bəyan edirəm: heç kim referendumun keçirilməsi ideyasını inkar etmir, Cənubi Osetiya xalqı onu keçirmək istəyir və biz gec-tez buna gələcəyik.
Cənubi Osetiyanın iqtisadu müstəqilliyi
“RİA-Novosti”nin sualı: – Cənubi Osetiyanın “öz xərcini ödəyən respublika” olmaq imkanı varmı? Hansı ehtiyatların hesabına?
Anatoli Bibilov:
Mənim bu forumda iştirakım məhz ondan xəbər verir ki, biz bu vəziyyətdən çıxmaq üçün hansısa yollar tapırıq.
İki – Cənubi Osetiya və RF – prezidentləri arasında müttəfiqlik və inteqrasiya haqqında razılaşmalar həyata keçirilməlidir. Bunu necə etməli? Bu gün biz Rusiyanin regionları ilə münasibətlərimizi qurmalıyıq və biz artıq bunu edirik.
Artıq Vladimir vilayətindən sərmayələr var. Burada forumda biz Tatarstan prezidenti ilə Cənubi Osetiya ərazisində realizə oluna bilən layihələri müzakirə etdik.
Digər Rusiya regionları ilə də çox sayda başqa layihələr var. Biz onları təbii ki, həyata keçirəcəyik. Həm də elə edəcəyik ki, Cənubi Osetiya Respublikası mütləq asılılıqdan az-çox müstəqilliyə keçsin.
Biz heç olmasa elə etsək ki, respublikanın öz gəlirləri qısa müddətdə, hardasa beş il ərzində ən azı 40-50 faiz artsın, bu, çox yaxşı nəticə olar.
Buna çalışacağıq, həm də ona görə ki, Rusiyanın özü Cənubi Osetiyanın inkişafına, həm iqtisadiyyata, həm də infrastruktura maliyyə yatırır. Cənubi Osetiyanın Rusiyadan yaxşı sərmayədarı yoxdur.
Bizim burada, forumda görüşdüyümüz RF-nın bütün regionlarının rəhbərləri dedilər ki, gəlib, sərmayə qoymaq, birgə müəssisələr yaratmağa hazırdırlar.
Gürcüstana tranzit açılışı mümkündürmü
“RİA-Novosti”nin sualı: – Rusiyadan Gürcüstana Cənubi Osetiya vasitəsiylə tranzitin açılışı mümkündürmü? Hansı şərtlərlə? Bunun üçün nə lazımdır?
Anatoli Bibilov:
Mən Rusiyadan Gürcüstana tranzit anlayışı ilə kifayətlənməzdim. Gürcüstandan başqa, Cənubi Qafqazda həm də Azərbaycan və Ermənistan var, bundan başqa, İran və Türkiyə də var.
Cənubi Osetiyadan yol həm Türkiyə, həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün ən rahat yoldur. Bu yolu açmaq üçün siyasi qərar lazımdır, ilk növbədə, Gürcüstanın özünün qərarı. Bizim tərəfdən, hesab etmirəm ki, hər hansı problemlər olsun.
Gürcüstan tərəfinin istinad edə biləcəyi yeganə problem Cənubi Osetiyanın statusudur. Əlbəttə, biz imkan verməyəcəyik ki, Cənubi Osetiya Avropa və Asiyanın əlaqəsinin bu “yol xəritə”sində bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsin.
Kimsə deyə bilər ki, onlar [Gürcüstan] gücün tətbiq edilməməsi ilə bağlı memorandumu hələ də imzalamayıblar. Amma biz ilk növbədə, Ermənistanda, Azərbaycanda yaşayan, İranda, Türkiyədə Rusiya ilə ticarət münasibətlərini qurmar istəyən insanlar barədə düşünməliyik. Biz fikrimizi ancaq Gürcüstana yönəltməməliyik.
Başqa bir məsələdir ki, bu gün Rusiya ilə Gürcüstanın diplomatik münasibətləri yoxdur. Amma iqtisadi münasibətlər inkişaf edir, buna görə də heç bir xüsusi problem görmürəm.