Covid-19: Ermənistan niyə koronavirusun ikinci dalğasına hazır deyildi?
Ötən ilin mart ayından 10 ay müddətində Ermənistanın səhiyyə sistemi koronavirusa yoluxanlar üçün xəstəxana yataqlarının sayını 2931-ə qədər yüksəldib.
Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, bu müddət ərzində Covid-19 xəstələrinə artıq 29 müəssisə tibbi yardım göstərməyə başlayıb. Amma yenə də koronavirusun ikinci dalğası zamanı xəstəxanaya yerləşdirilməyi gözləyən insanların sayı müəyyən məqamda xəstəxanaların qəbul edəcəyindən çox oldu. Ən böyük problem isə oksigen çatışmazlığı idi.
Bəzi mütəxəssislərin dəyərləndirməsinə görə, səhiyyə sistemi koronavirusun ikinci dalğasına hazır deyildi. Oksigen çatışmazlığı probleminin həll edilməməsini isə “biabırçılıq” hesab edirlər.
Rəqəmlər və faktlar
Birinci dalğanın pikindən sonra ötən ilin payızında səhiyyə sistemində yenidən yüklənmə başlayıb. Virusun yayılmasına eyni zamanda bir neçə amil təsir edib. Birincisi, hamısı olmasa da, təhsil müəssisələri açılıb. Sonra soyuqlar düşüb və virusun yayılması üçün “münbit” mövsüm başlayıb. Sentyabrın 27-dən isə Qarabağ müharibəsi başlayıb.
Oktyabrın 8-ə olan məlumata əsasən, 3656 nəfərin test edilməsi zamanı onların 20 faizinin nəticəsi müsbət olub. Həmin vaxt bu, son 4 ayın “rekord” göstəricisi idi.
İnfeksiyanın yayılmasının birinci dalğası zamanı ötən il iyunun 29-da xəstə axınının öhdəsindən gəlmək tibb müəssisələri üçün xüsusilə ağır olub. Səhiyyə Nazirliyinin məlumatına görə, onlar həmin gün maksimal sayda xəstə qəbul ediblər – 2161 nəfər. Onlar xəstəxanaya yerləşdirilib, 21 pasiyent isə evində klinikaya yerləşdirilməyi gözləməli olub.
“Astxik” tibb mərkəzinin infeksionist həkimi Armen Ohanyan əmindir ki, birinci dalğa zamanı müalicəyə ehtiyacı olan, evdə xəstəxanaya yerləşdirilməyi gözləyən xəstələr üçün xəstəxanada yer çatışmazlığı probleminin qarşısı alına bilərdi.
“İmkan vermək olmazdı ki, təcili yardım briqadası geciksin, xəstəxanada yer yox idi və adam buna görə öldü. Bunu səhiyyə sisteminin hazırlığının kafi olmaması kimi dəyərləndirmək mümkündür”.
Həmin vaxt səhiyyə naziri olan Arsen Torosyan müsahibələrindən birində bildirib ki, payızda, epidemiyanın ikinci dalğasının pikində evdə xəstəxanaya yerləşdirilməyi gözləyən xəstələrin sayının 900 nəfərə çatdığı məqamlar olub.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, koronavirus xəstələrinin stasionar şəraitdə müalicəsi üçün xəstə yerlərinin sayı oktyabrda 2636, dekabrda isə 2931-ə çatıb.
“Nazirlik, hökumət çarpayı fondunu yüksəldə və bunu zamanında edə bilərdi ki, bu da epidemiya ilə uğurlu mübarizəyə kömək edə, çox gec əl-ayağa düşməməyə kömək edə bilərdi. İkinci dalğa zamanı Səhiyyə Nazirliyi ümumiyyətlə virusla mübarizə aparmayıb, hər şey sadəcə öz axarı ilə gedirdi. Tibb personalının insan gücünü aşan səyləri ilə insanlar bacardıqları kimi müqavimət göstərirdilər”, – infeksionist Armen Ohanyan vurğulayıb.
Parlamentin səhiyyə və sosial məsələlər komissiyasının eksperti David Melik-Nubaryan xatırladıb ki, hələ 2020-ci ilin martında mütəxəssislər koronavirus xəstələri üçün çarpayı fondunun dərhal artırılmasının vacibliyi haqda bildirib, amma bu, ancaq vəziyyət nəzarətdən çıxandan sonra həyata keçirilib.
Tibb mərkəzləri haqda
Martda, Ermənistanda virus hələ yenicə yayılmağa başlayarkən, COVİD-19 xəstələrinin müalicəsi ancaq bir tibb müəssisəsində – İnfeksion Xəstəliklər Milli Mərkəzində həyata keçirilirdi. Amma onun sözlərinə görə, Səhiyyə Nazirliyi büdcədən kprpnovirusdan müalicə üçün ayrılan vəsaiti öz nəzarətində olan mərkəzlərə yönəltməyə üstünlük verirdi.
Misal olaraq infeksionist Müqəddəs Maarifçi Qriqori Tibb Mərkəzini göstərir:
“Bu tibb mərkəzinin Covid-19 xəstələrini qəbul edən xəstəxanaya çevrilməsi yolverilməz idi, çünki bura o qədər çoxprofillidir ki, müharibə halında sürətlə hərbi hospitala çevrilir”.
Mxitaryan əmindir ki, əgər epidemiya ilə mübarizəyə bütün xəstəxanalar, o cümlədən də Birinci Universitet Tibb Mərkəzi cəlb olunsaydı, xəstəxanaya yerləşdirilməni gözləyənlərin sayı xeyli azalardı. Bunun sayəsində ölümlə nəticələnən çox sayda halların qarşısını da almaq mümkün olardı.
Universitet xəstəxanasının Covıd-19-la mübarizə aparan tibb müəssisələri siyahısından çıxarılması böyük səs-küyə səbəb olub. Səhiyyə naziri şəxsi inddiaları səbəbilə xəstəxanadan imtina etməkdə ittiham olunub, amma o, bunu inkar edib. Tibb mərkəzlərinin koronavirus xəstələrinin qəbul edib-etməməsinə hansı meyarlarla qərar verildiyi haqda suala Səhiyyə Nazirliyindən belə cavab verilib:
“Koronavirus infeksiyasının müalicəsi prosesində inşaat şəraiti epidemiya əlayhinə sanitar normalara cavab verən,, lazımi avadanlıqlarla, həmçinin tibb personalı ilə təchiz edilmiş tibb müəssisələri cəlb oluna bilər”.
Tibbi yardım gecikdiyi üçün ölənlər
İyunun 6-da Ermənistanın baş naziri tibbi yardım gecikdiyi üçün koronavirus xəstəsinin öldüyü haqda bildirib.
“Ləngimənin səbəbi ikibaşlıdır. Qohumlar pasiyent haqda səhiyyə sisteminə doğru informasiya verməkdə bir qədər gecikiblər, informasiya gec daxil olub, reaksiya da ləngiyib, buna görə də biz birinci belə ölümü qeydə almışıq. Daha iki ölüm halı baş verib ki, burada da pasiyent intensiv terapiya şöbəsində olmaq əvəzinə adi palatada olub, çünki intensiv terapiya şöbəsində yer olmayıb”.
Oksigen çatışmazlığı
Yerevanın baş infeksionistinin sözlərinə görə, oksigenin atmosfer havasından ayrılması çətin iş deyil və bir çox xəstəxanalarda oksigen istehsal edən stansiyalar var. David Melik-Nubaryan hesab edir ki, İtaliya nümunəsi hələ yazda koronavirusla mübarizə üçün adi oksigenin nəfəs aparatlarından daha vacibdir və hələ ötən ilin martından oksigen tədarükü görmək lazım idi.
Noyabrda səhiyyə naziri Arsen Torosyan bildirib ki, “problem avadanlığın çatışmazlığında deyil, qlobal oksigen çatışmazlığındadır”:
“Onu uzun müddət daşımaq və ya idxal etmək mümkün deyil. Ölkəmizin oksigen ppotensialı işləyir, biz nəhəng səy göstəririk ki, maneələrin qarşısını alaq, biz yeni yüksəkliklərə ucalmağa çalışırıq. Biz, əlbəttə ki, epidemiyanın artacağını gözləyirdik, amma dörd və ya beş dəfə yox”.
“Biz ardıcıllıqsızlıqla üz-üzəyik. Bizim az əhalisi olan respublika kimi oksigen çatışmazlığı kimi primitiv problemin öhdəsindən gələ bilməməsi faktını mən biyabırçılıq hesab edirəm”, – Yerevanın baş infeksionisti Armen Mxitaryan vurğulayır.
Nəticədə nazirlik 14 oksigen stansiyası əldə edib. Virusun ikinci dalğası zamanı isə Gürcüstandan 48 ton oksigen gətirilib.
Dekabrın 8-ə olan duruma görə oksigen qıtlığı müşahidə olunmayıb, amma koronavirusa yoluxanların sayı noyabra nisbətən dekabrda xeyli azalıb.
İnfeksionist Armen Ohanyan hesab edir ki, səhiyyə sistemində sadəcə çox sayda pasiyentin eyni zamanda oksigenlə nəfəs almalı olacağını hesablaya bilməyiblər. Onun sözlərinə görə, oksigen stansiyalarını bir gündə əldə etmək mümkün deyildi, amma epidemiyanın birinci pikindən sonra kifayət qədər zaman vardı ki, koronavirus xəstələrini qəbul edən bütün tibb mərkəzləri oksigen ehtiyatı ilə təmin edilsin.
Bu arada hökumət iclaslarından birində baş nazir Nikol Paşinyan Ermənistanın Covid-19 epidemiyasının ikinci dalğasına daha yaxşı hazırlandığı ilə bağlı əminliyini ifadə edib. Amma Yerevanın baş infeksionisti vurğulayıb ki, Ermənistanın ikinci koronavirus dalğasına hazır olması haqda deyilənlər ən azı özünü doğrultmayıb.
Artıq xərclər
Ötən il martın 31-də sosial şəbəkəllərdə idman-konsert kompleksinin hollunda çarpayıların düzüldüyünü əks etdirən fotolar yayıldı. Müzakirələr başladı, deyilirdi ki, klinikalarda boş yerlər olmayanda xəstələr bura gətiriləcək. Bəziləri də ehtimal etdilər ki, bu, cəmiyyətin sayıqlığını qorumaq üçün edilir ki, insanlar virus əleyhinə tədbirlərə əməl etsinlər, ən əsası maskada gəzsinlər.
Komendantlıqdan bildirilib ki, İdman-Konsert Kompleksində hələ martın 25-də 200 yataq düzülüb. Onlara həmçinin büdcə vəsaiti ilə alınan 10 milyon dram (21 min dollar) dəyərində tibbi avadanlıq da əlavə olunub.
Bu xəstəxana yataqları avqustun 25-də yığışdırılıb, amma yayda komendantlıqdan bildirilib ki, ehtiyac olarsa, burada yenidən müvəqqəti hospital yaratmaq mümkündür.
Parlamentin səhiyyə və sosial məsələlər komissiyasının eksperti David Melik-Nubaryan hesab edir ki, bu, işin qeyri-mütəşəkkil olmasının açıq təzahürüdür, “kopleksin cəlb olunması mənasız əməliyyat idi”.
Əgər təyinatı üzrə istifadə olunmayacaqdısa niyə İKK-in hollunda hospital yaradılmışdı, sualına cavab olaraq Arsen Torosyan bildirib:
“Xəstəlik ilkin mərhələdə idi, onun haqqında hər şey məlum deyildi, buna görə də biz bütün mümkün ssenariləri nəzərə aldıq. Amma sonra həm bizim, həm də dünya təcrübəsi göstərdi ki, bu, funksional deyil, yəni bu cür xəstəxanadan kənar şəraitdə müalicə effektiv deyil”.
Mütəxəssislər yazda epidemiyanın yeni dalğasının gözlənildiyinə diqqət çəkirlər və yeni koronavirus hücumuna səhiyyə sisteminin müqavimət göstərə bilib-bilməyəcəyi bir yana, insanların özlərinin xəstəliyə şüurlu yanaşması çox vacibdir.
“Dövləti, hökuməti ittiham edən insanlar unutmamalıdırlar ki, bunda onların da günah payı var. Biz anlamalıyıq ki, bizi heç kim bu virusdan qorumayacaq, biz sadə gigiyena qaydalarına əməl edərək özümüz özümüzü qorumalıyıq”, – Yerevanın baş infeksionisti deyir.
До возможной новой волны эпидемии система здравоохранения должна продолжать увеличивать коечный фонд для пациентов с COVID-19 и решить проблему кислородных станций, чтобы быть готовой противостоять новому натиску заболевания.
Artıq ooksigen ehtiyatlarının təmin edilməsi üçün tədbirlər görülür. Məsələn, dövlətin ayırdığı 100 milyon dram (200 min dollar) çərçivəsində Erməənistanın ikinci şəhəri Günridəki tibb mərkəzinin ərazisində oksigen istehsalı və regionun digər tibb müəssisələrinə çatdırılması üçün xüsusi sistem yaradılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, 2020-ci ildə ölkənin tibb mərkəzlərində artıq oksigen istehsalı üzrə 12 stansiya quraşdırılıb və onlardan 4-ü Ermənistana dekabrın ortasında gətirilib, daha 4 oksigen stansiyasının Çindən gətiriləcəyi gözlənilir.