
"Tiflis həbsxanasında məhbuslar qeyri-insani rəftara məruz qalır", - azərbaycanlı jurnalistin həyat yoldaşı
Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova ərinin həbsxanada pis rəftara məruz qaldığını deyir. Gürcüstanda yerləşən Sosial Ədalət Mərkəzi də Əfqan Sadıqovun adekvat qidalanma ilə təmin olunmasının vacibliyini vurğulayır.