Cəzasız cinayət
Konstitusiya dəyişiklikləri üzrə referendum zamanı yol verilən pozuntularla əlaqədar 57 cinayət işi açılıb, amma hələ ki, onların heç biri açılmayıb, heç bir iş üzrə ittiham irəli sürülməyib. Ancaq bir iş məhkəmə qərarını aldı: seçki komissiyasının müxalif Erməni Milli Konqresindən olan üzvü Vardan Arutünyana rüşvət vermək cəhdində ittiham olunan elə həmin komissiyanın sədri Zaven Miricanyan yanvarın 15-də məhkəmə zalından azadlığa buraxıldı, cəzası isə iki illik sınaq müddəti oldu.
Müxalifət bu faktı cinayətkarların hakimiyyət tərəfindən dəstəklənməsi və qorunması kimi qəbul etdi.
2015-ci il dekabrın 6-da Ermənistanda baş tutan konstitusion dəyişiklərlə bağlı referendum zamanı jurnalistlər və müşahidəçilər çoxlu sayda saxtalaşdırma və seçki hüququnun pozulması faktını qeyd etdilər. Referendumun keçirildiyi gün biz bu haqda xəbər vermişdik.
İndi də daha tez-tez rast gəlinən pozuntuların təsnifatını göstəririk.
1. Seçki komissiyalarının müxalifəti təmsil edən üzvlərini rüşvətlə ələ keçirmək və ya onları təhdid etmək cəhdləri
Hələ referendumdan bir ay əvvəl parlamentin müxalifət fraksiyalarını təmsil edən üzvləri sosial şəbəkə və mətbuat vasitəsi ilə şantaj olunduqlarını və onlara rüşvət verilməsi cəhdləri haqqında məlumat verirdilər. Müxalif “Erməni Milli Konqresi partiyasının prokurorluğa təqdim etdiyi video-yazıda məntəqə seçki komissiyasının sədri Zaven Miricanyan komissiyanın müxalif üzvünə rüşvət verməyə çalışır. Müxalifətçilərin sözlərinə görə, bu video dərc ediləndən sonra cəhdlərin sayı xeyli azaldı, amma kəsilmədi, sadəcə artıq daha ehtiyatlı davranırdılar.
2. Seçkilərdə rüşvət
Seçki günündə bir sıra KİV-in yayımladığı video-kadrlarda əlində siyahı olan adamların seçiciləri məntəqəyə gətirməsi, onlara müəyyən məbləğdə pul ödəməsi, sonra da geri mikroavtobuslarla aparması aydın görünür. Bu video-yazıların əsasında cinayət işləri açıldı.
3. Şişirdilmiş seçici siyahıları və çoxsaylı səs vermələr
Seçici siyahısında 2,550,323 adam vardı, yəni bütün ölkə üzrə yaşayan adamların təxmini sayı qədər. Artıq neçə ildir ki, müxalifət və mətbuat seçici siyahılarının şişirdildiyini bildirir. Tez-tez bu siyahılarda artıq vəfat edən və ya çoxdandır ki, Ermənistanda yaşamayan adamların adları olur.
Referendum günü seçicilər dəfələrlə məlumat veriblər ki, seçici siyahılarına yaşadıqları ünvan üzrə onların haqqında heç bir məlumatı olmayan adamlar daxil edilib. Bu ikili səs vermənin təşkili üçün ənənəvi metodikadır.
Foto: Transparency International Armenia
Referenduma bir ay qalmış hakimiyyət seçkilərdə İD kartlarla iştiraka olan qadağanı götürdü, nəticədə də həm adi pasportu, həm də İD kartı olan 50 000 adam potensial olaraq iki dəfə səs vermək imkanı qazandı. Bundan əlavə, əgər pasportda bu şəxsin artıq səs verdiyini təsdiq edən xüsusi möhür qoyulurdusa, idensifikasiya kartlarına belə bir möhür qoyulmurdu.
KİV həm də ölkənin ayrı-ayrı rayonlarından adamların avtobuslarla Yerevana gətirilməsi və onların paytaxtın seçki məntəqələrində səs verməsi faktları qeydə alıb. Regionlarda qeydiyyatda olan bu vətəndaşlar referenduma bir neçə gün qalmış guya qeydiyyat deyil, yaşayış yerinə görə Yerevanın müxtəlif seçki məntəqələrinin siyahılarına daxil edildilər. Beləliklə, onlar da iki dəfə səs vermək imkanı qazanırdılar.
4. Erməni karuseli
Bu saxtalaşdırma növü Ermənistandakı seçkilərin ayrılmaz hissəsi sayılır. Seçici seçki qutusuna boş bülletensiz zərfi atır, bülleteni isə çıxarıb “sifarişçiyə ötürür. Sonradan bu, artıq müvafiq işarələri olan bülletenlər artıq pulla ələ keçirilən seçicilərə verilir ki, onlar zərfə qoyub, qutuya atsınlar. Seçki məntəqəsində verilən boş blanklar da sifarişçiyə ötürülür. Bu “karusel əmin olmağa imkan verir ki, rüşvət verilən adam “düzgün səs verib.
5. Başqalarının əvəzinə səs vermə, səslərin hesablanması zamanı bülletenlərin oğurlanması, səslərin düzgün hesablanmaması
Seçki komissiyalarının müxalifət partiyalarından olan üzvlərinin sözlərinə görə, “əleyhinə səslərin gözləniləndən daha çox olduğu müəyyən ediləndən sonra səslərin hesablanması və referendumun nəticələrinin çıxarılması zamanı saxtalaşdırma daha da intensivləşdi. Burada bülletenlərin oğurlanması və əvəzlənməsi halları oldu, “əleyhinə işarəli bülletenlər yoxa çıxıb, “lehinə səslərlə olanlar peyda olurdu.
Elə həmin müxalifətçilərin sözlərinə görə, bəzi məntəqələrdə səslərin oğurlanması əvəzinə protokolları saxtalaşdırırdılar, yəni qutularda vəziyyət bir cürüydü, protokollarda başqa cür. Misal üçün Yerevan 4/20 məntəqəsinin seçki komissiyasını göstərmək olar. Bu faktla bağlı cinayət işi açılıb.
Müxalifət bəyan edir ki, əksər vaxtlarda seçkilərin nəticələrindən şikayət etmək imkanı olmurdu, çünki məntəqə seçki komissiyasında seçkilərdən şikayət qaydasında da pozuntulara yol verilirdi: müəyyən edilmiş 5 günlük müddət ərzində yuxarı məntəqə seçki komissiyası hakimiyyətin əvvəlki tarixlə göndərdiyi bəyanatı nəzərdən keçirəndən sonra bildirdi ki, bu prosesə ayrılmış vaxt müxalifət partiyalarının üzvləri tərəfindən təqdim edilən şikayətləri nəzərdən keçirməyə qalmadı.
Konstitusiya məhkəməsi isə müxalif Erməni milli konqresinin referendumun nəticələrinin etibarsız hesab edilməsi haqqında iddiasını qəbul etməkdən imtina etdi.