Cənubi Qafqaz: təhlükə və təhdidlər
Qarabağ və Azərbaycanın təmas xəttində apreldə başlayan dörd günlük müharibədən sonra Ermənistanda həm ölkənin, həm də ümumilikdə regionun təhlükəsizlik məsələlərinin fəal müzakirəsinə başladılar.
Könüllülər hələ də ön cəbhəyə yollanırlar və onların əksəriyyəti sərhəddə xidmət çəkən əsgərlərin ataları və qardaşlarıdır. Cəmiyyətdə yenidən həmrəylik ruhu yaranıb, Ermənistan sakinləri müəyyən mənada rahatlandılar – sərhəd qorunur.
Amma təhlükəsizlik məsələlərində siyasi komponent də var. Son zamanlar şərhçilər Qarabağ münaqişəsinin yeni gərginləşmə mərhələsinin səbəbləri barədə fikir yürüdür, regionda gözlənilən dəyişikliklərlə bağlı proqnozlar və regionda öz mövqeyini diktə edən dövlətlərin siyasətinə qiymət verir.
Sovet İttifaqı dağılandan sonra region Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada baş verən münaqişələrin hərbi arenasına çevrildi.
Qafqazı müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin olduğu gözəl mozaika ilə müqayisə edən siyasi şərhçi Ovsep Xurşudyan hesab edir ki, onların heç biri yaşamaq istədiyi regionu tərk etmək məcburiyyətində qalmamalıdır, Qafqazın özü öz taleyini həll etməlidir, amma regionda birgə gələcək üçün yeni yanaşma lazımdır:
“Hazırda cəmiyyətimizdə mövcud olan dəyərlərin üzərində qurulan təməl birgə yaşamın təmin edilməsi üçün əsas yaratmır. Ərazilərin insan həyatından dəyərli olduğu bir yerdə sülh şəraitində birğə yaşamaq üçün əsas olmur.
Erməni ekspertləri hesab edir ki, Qafqaz dövlətləri arasında ayırıcı xətlər iri oyunçuların siyasətinin nəticəsidir. Onların hər biri burada öz maraqlarını güdür, Qarabağ münaqişəsinin isə regionakı sabitliyə bilavasitə təsiri var.
“Bu əlaqənin nə dərəcədə dərin və mühüm olduğunu anlamaq üçün Rusiya-Türkiyə-İran münasibətləri tarixini Qafqaz kontekstində nəzərdən keçirmək lazımdır, burada vəziyyətə təsir rıçaqları olaraq etnik və dini aspektlərdən istifadə olunurdu.
Cənubi Qafqazda geosiyasi balansın pozulması Rusiya, İran və Türkiyə arasında da güc balansını pozacaq. Bu isə iri regional münaqişəyə gətirib çıxara bilər, – “Demokratiya naminə əməkdaşlıq mərkəzinin rəhbəri Stepan Danielyan deyir.
Ovsep Xurşudyan qeyd edir ki, Dağlıq Qarabağ probleminin 100 illik tarixi var: o, mina kimi hələ İosif Stalin tərəfindən SSRİ-nin təməlinə qoyulub, Stalin ermənilərin məskunlaşdığı Artsaxı Ermənistandan ayırıb, Azərbaycana birləşdirdi.
“Artsax heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb. Bu, faktdır. SSRİ-dən ayrılan və artıq Dağlıq Qarabağsız müstəqilliyini qazanan Azərbaycan öz mövcudluğunun ilk günlərindən Artsaxa qarşı müharibəyə başlayaraq göstərdi ki, onu güc zor gücü ilə əlində saxlamağa deyil, həm də məhv etməyə, ən azı regiondan erməni əhalisini qovmağa çalışır. Bu faktları etiraf etmədən yeni regional təhlükəsizlik mühitini formalaşdırmaq mümkün deyil.
Erməni ekspertlərinin fikrincə, böyük dövlətlərin mövqeləri, daha doğrusu maraqlarının toqquşması və fikir ayrılıqları münaqişənin nizamlanması prosesində müsbət irəliləyişləri fiksə etmək imkanı vermir.
Stepan Danielyanın fikrincə, Artsaxın probleminin həlli Artsaxdan asılı deyil:
“Kobud bir misal gətirim: Elzas və Lotaringiya ətrafında Fransa-Almaniya münaqişəsinin qanlı tarixi olub. Bunu hətta həmin ərazini zəbt edəndən sonra Bismark da deyib. Sonralar Fransa ilə Almaniya arasındakı münasibərlər Avropa İttifaqının yaradılmasının əsasını təşkil etdi. Yeni münasibətlər də yeni təfəkkürün yaranması üçün əsas oldu.
Artsax münaqişəsi haqqında da eyni şeyləri demək mümkündür. Düşünürəm ki, böyük regionda hamının sülh şəraitində birlikdə yaşaması üçün həll tapılmayınca, münaqişə həll olunmayacaq. Yumşaq tərzdə desək, qarşılıqlı etimadsızlıq nizamlanma üçün heç bir perspektiv vermir. Amma böyük regionda nəinki lazımi ab-hava yaradılmır, əksinə, münaqişələrin sayı yavaş-yavaş artıq – Yaxın Şərqdə və başqa yerlərdə. Hadisələrin bu cür gedişatı nikbinlik üçün əsas vermir.
“İri oyunçuların maraqlarının toqquşmasının fəsadları region sakinlərinin başında çatlayır. Həm də elə ölkələr var ki, Artsax münaqişəsinin gərginləşməsi onların xeyrinədir – mövqelərinin möhkəmləndirilməsi və regionda təsirlərinin genişləndirilməsi üçün.
Ovsep Xurşudyan qeyd edir: bu ölkələr Rusiya və Türkiyədir. Hər ikisinə regionda yeni münaqişə dünya ictimaiyyətinin fikrini onların destruktiv rolundan – birinin Donbassda, digərinin isə Suriyada – yayındırmaq üçün lazımdır:
“Bundan əlavə, hər iki ölkə Ermənistanı maksimum dərəcədə zəiflətməyə çalışırlar. Biri onun simasında rəqib və erməni soyqırımı qurbanlarının hüquqi varisini görür, digəri isə özündən daha asılı vəziyyətə salmağa çalışır, çünki 2009-2013-cü illər Ermənistan cəmiyyətinin Avropaya daha dərin inteqrasiyaya və NATO ilə münasibətlərin inkişafına hazır olduğunu göstərdi, bunu da Rusiya regiondakı yeganə hərbi bazasını itirmək təhlükəsi kimi qəbul etdi.
Ekspert bildirir ki, Rusiya üçün zəif və idarə olunan gərginlik lazımdır, əks halda gözlənilməyən nəticələr baş verə bilər: Artsaxa, daha sonra da Şimali Qafqaza qarşı mübarizəyə İŞİD silahlılarının kütləvi və nəzarətsiz cəlb olunmasından tutmuş, regionda Rusiyanın Ermənistandan sıxışdırılmasına qədər gətirib çıxara bilən güc konfiqurasiyasının tektonik dəyişikliklərinə qədər.
Amma Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın fikrincə, regionda Rusiya faktoru sülhün təminatıdır və Rusiyaya münaqişələr ən azı lazım deyil:
“1994-cü il. Münaqişələr: Abxaziya, Osetiya, Qarabağ. Bu ərazilərdə sülhü kim bərqərar etdi? Rusiya. Mən 1994-cü ildə aparılan bu danışıqların iştirakçısı olmuşam və baş verənləri ətraflı danışa bilərəm. Münaqişələr burada onun maraqlarından çıxış etmir. Onun burada öz maraqları var və o regionda qalıb, öz maraqlarını güdməkdə davam edəcək, amma onun sülh şəraitinin olması xeyrinədir – ancaq belə olan halda o öz nüfuzunu artıra bilər.
Arutyunyanın fikrincə, münaqişələr Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyən ölkələrə lazımdır.
“Abxaziya və Osetiyadakı münaqişələr kimə lazımıydı? Həmin dövr ərzində Ermənistan və bütün Cənubi Qafqaz Rusiyadan ayrılmışdı, infrastruktur, iqtisadi əlaqələr yoxuydu, Rusiya ilə əlaqə qurmaq mümkün deyildi. Məhz belə bir vəziyyətdə Ermənistan öz iqtisadiyyatı ilə birlikdə Türkiyə tərəfə dönür. Cənubi Qafqazda münaqişələr uzandıqca, Ermənistan, Azərbaycan və Gürcüstan bir o qədər də Rusiyadan ayrılaraq, nəzərlərini cənuba yetirirlər.
Türkiyə aprel müharibəsi dövründə və indiyə qədər də Azərbaycana açıq dəstək verən yeganə ölkədir, eyni zamanda o, Qarabağ münaqişəsindən Cənubi Qafqazda öz nüfuzunu artırmaq üçün istifadə etdir. Bununla da Türkiyə Rusiyaya öz gücünü nümayiş etdirir, xüsusən də Yaxın Şərqdə – Suriyadakı uğursuzluğundan sonra.
“Tarix göstərir ki, istənilən Rusiyaya qarşı məsələdə Türkiyənin öz maraqları olur və o bu məsələlərdə dolayı iştirak etməyə çalışır. Rusiyada SSRİ dağılandan dərhal sonra başlayan çeçen münaqişəsini xatırlayaq, bu zaman Türkiyə silahlıları dəstəkləyirdi.
Türkiyə özünün regiondakı nüfuzunu artırmağa çalışır, Azərbaycan məsələsində isə mərkəzdə olan Rusiyanın nüfuzudur. Və bu təxribatla Türkiyə Azərbaycan cəmiyyəti və siyasətinə təsirini möhkəmləndirməyə çalışır, – türkoloq Andranik İspiryan deyir.
Erməni-gürcü münasibətlərini ekspertlər, Gürcüstanın Azərbaycan və Türkiyə ilə birlikdə iqtisadi və siyasi üçbucağın mərkəzində olmasına baxmayaraq, regionda sabitlik və təhlükəsizliyin qorunması baxımından vacib sayırlar.
“Nə baş verməsindən – DQR-da dörd günlük müharibə, Gürcüstanla Rusiya arasında beş günlük müharibə, – asılı olmayaraq Ermənistan və Gürcüstan birləşməli və elə etməlidir ki, bu iki ölkə arasında da bölücü xətt keçməsin. Və əgər Ermənistanın Avro-atlantika konsepsiyası varsa, o ancaq Gürcüstanla birlikdə həyata keçirilə bilər, – Qafqaz münaqişələri üzrə ekspert, jurnalist Tatul Akopyan deyir.
Foto: PanARMENIAN
Böyük Qafqaz evinin problemləri azalmır və onların hamısı həll tələb edir. Kənardan bu, daha yaxşı görünür. Qafqaz məsələləri üzrə Britaniya eksperti Tomas de Vaal “Politico jurnalında Qarabağ münaqişəsinin yeni eskalasiyasını bu cür şərh edir:
“Dağlıq Qarabağ ətrafında təhlükəsizliyin vakuum zonası əmələ gəlib və bu vakuum ya sülh danışıqları, ya da yeni müharibə ilə doldurula bilər.
Mübaliğəsiz demək olar ki, Ermənistan və Azərbaycan münaqişənin Bosniya ssenarisinin təkrar olunmasının 2-3 addımlığındadır, bu da bütün region üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.
Material “GO Group Media tərəfindən təşkil olunan jurnalist ekspedisiyası çərçivəsində hazırlanıb.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 21.05.2016