Cənubi Osetiya seçkiöncəsi dönəmin coşğun dalğalarında
Yerdə qalanlar total təqibə məruz qalır – qələbəlikdə qəfil və təsadüfən dilə gətirilmiş fikir, sosial şəbəkələrdə öz mövqeyini bildirməyə cürət etmiş şəxsin postu və ya şərhi. Bu, anındaca hökumətin reaksiyasına səbəb ola bilər.
Hazırda Cənubi Osetiyada işdən çıxarılmış onlarla vətəndaş mövcuddur… Onlardan bəzilərinə respublikaya giriş gizli şəkildə qadağan edilib”.
Qeyd olunduğu kimi, “Vahid Osetiya” qəzeti partiyaya məxsusdur və eyni adı daşıyır. Bu partiyanın lideri Cənubi Osetiya Parlamentinin spikeri Anatoli Bibilovdur. Məlum partiya parlamentdə çoxluğa malikdir və prezident Leonid Tibilovla qismən açıq, qismən də gizli şəkildə qarşıdurmadadır.
2017-ci ilin əvvəlindən başlayaraq, Cənubi Osetiyada qalmaqalsız, yığıncaqsız, etirazsız və ittihamsız keçən günlər barmaq sayı qədər də deyil. Bu – seçkiöncəsi dönəm, aprelin 9-a təyin olunmuş prezident seçkilərinə hazırlıqdır.
Hər ikisi – həm spiker Bibilov, həm də hazırkı prezident Tibilovun bu seçkilərdə prezidentliyə namizədlikləri təsdiqlənib. MSK daha üçüncü namizədi də qeydə alıb ki, bu, yerli DTK-nın əməkdaşı Alan Qaqloyevdir.
Lakin bütün bu müddət ərzində Cənubi Osetiyanın siyasi səhnəsində digər siyasətçi – Eduard Kokoytı hakim vəziyyət tutub.
2016-cı ilin payızında Kokoytının qayıdışı gözlənilməz və coşğun olmuşdu. Osetiyanın Facebook istifadəçiləri onun “korrupsiyalı keçmişi və böyük xidmətləri” ətrafında mübahisəyə doymağa macal tapmamış, Eduard Kokoytı birdən-birə siyasi arenada əsas fiqura və faktiki olaraq inqilabçıya çevrildi. Belə ki, o, Sxinvalda böyük mitinqlər təşkil etməyə başlayır və bir tərəfdən “xilaskar” və gələcək islahatçı adı qazanır, əhali tərəfindən daha çox bəyənilir, digər tərəfdən get-gedə hazırkı hakimiyyətlə çoxlu problemlər yaşamağa başlayır.
Əgər Cənubi Osetiyanın prezidenti vəzifəsinə üç əsas namizədin hər birinə ayrı-ayrı kontekstdə nəzər salınarsa, mənzərə daha aydın görünər.
Eduard Kokoytı
Onunla bağlı son olay – martın 14-də Cənubi Osetiyanın Ali Məhkəməsinin MSK-nın onun prezidentliyə namizədliyinin qeydə alınmasını rədd etməsi qərarını qüvvədə saxlamasıdır.
Kokoytı öz haqlarını məhkəmədə tələb edəcəyini bəyan edib, hərçənd hələ ki məhkəməyə müraciət etməyib.
Bu münaqişə barədə ətraflı JAMnews-un reportajında
Kokoytının Ali Məhkəmədən cavab gözləyən çoxsaylı tərəfdarları martın 14-ü səhərdən Sxinvalda, hökumət binasıın meydanında bir neçə saat dayanıb. Bu zaman milis meydanı hər tərəfdən metal konstruksiyalar və maşınlarla dövrələyib.
İzdiham arasında müsbət qərarı gözləyənlər azlıq təşkil edib, hərçəınd bu amil adamların əhval-ruhiyyəsinə mənfi təsir göstərməyib.
Sonra Ali Məhkəmənin MSK-nın qərarını dəyişməməsi barədə xəbər gəlib ki, bu da hazırkı prezidentin və daha bir neçə məmurun istefasını tələb edən aksiya ilə nəticələnib.
Kokoytı martın 15-də Sxinvalda, “Liqa çempionları” futbol məktəbinin binasında tərəfdarları ilə emosional görüş keçirib. O, əsas vəzifə kimi parlamentdən baş verən olayları qiymətləndirməsi və “xalqla dialoqa çıxması” tələbini göstərib:
“Mən sonacan gedirəm, siz bütün bunları bilirsiniz, hədəfimdən əl çəkmək niyyətim yoxdur. Mən hamınıza, bütün xalqa, dünən gec saatlaradək yanımda olan adamlara minnətdaram. Amma bu adamların qardaşları, qohumları var. Gəlin üzümüzü onlara tutub, həmin qohum-qardaşın da bayıra çıxıb bizə qoşulmalarını söyləyək. Nə vaxtacan arxamızda gizlənəcəklər ki?! Bu hakimiyyət bizimlə danışmaq istəmir…
Deputatlar hardadırlar?.. Onlar niyə öz seçicilərinin xahişlərini qulaqardına vururlar? Axı bu seçicilər öz deputatlarını səsləyirlər, onlar niyə susurlar?.. Spiker Kvaysuya, prezidentsə Sxinval rayonuna gedib… Hakimiyyət öz xalqı ilə bu cür danışır? Xalqa bu cür münasibət bəsləmək olmaz! Hakimiyyət nə vaxtacan ağzına su alıb susacaq?”
Prezident bu müraciətə şəxsən cavab verməyib. Cavab rolunda onun mətbuat katibi Qana Yanovskinin bəyanatı olub:
Ötən həftə həmçinin Kokoyta ətrafında baş verən olaylarla zəngin olub. O cümlədən:
[yes_list]
- Martın 4-dən 5-nə keçən gecə naməlum şəxslər Cənubi Osetiyanın Ali Məhkəməsinin sədri İlona Xuqayevanın evinə partlanğıc atıb. Yerli rəsmi mətbuat bu insident barəsində susmağa üstünlük verib, lakin Kokoytının tərəfdarları provakasiyaya görə məsuliyyəti hakimiyyətin boynuna yıxıb. Facebook-da “Eduard Kokoytı bizim prezidentimizdir” tərəfdar qrupunda belə bir yazı peyda olub: “Biz məlum provakasiyanın COR-nın hazırkı hökumətinin işi olduğundan əminik və bu olay Eduard Kokoytının DTK sədri Şarqayevin və COR-ın daxili işlər naziri Lavoyevin tutduqları vəzifədən azad edilməsi tələbinə cavabdır. Hazırkı hökumətin kobud provokasiyalarına cavab olaraq tam məsuliyyəti ilə bəyan edirik ki, heç kimə dövlətimizin qanunlarını pozmağa və Cənubi Osetiya xalqının Konstitusiya hüquqlarını tapdalamağa imkan vermərik”.
- Martın 5-də Sxinval administrasiyası təşəbbüs qrupunun Eduard Kokoytının prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı xalq məhkəməsi keçirməsinə icazə verməyib. Toplaşma ideyasının məzmunu belə olub: “Cari ictimai-siyasi vəziyyəti müzakirə etmək, hazırkı prezident Leonid Tibilov və digər prezidentliyə namizədlə dialoqa nail olmaq”. Kokoytının tərəfdarları cavab olaraq təcili iclasda hazırkı hakimiyyəti vəziyyəti gərginləşdirmək cəhdlərində ittiham edib.
- Eduard Kokoytı hazırkı prezident Leonid Tibilovu ittiham yağışına tutub. O sübut edir ki, Tibilov prezidentliyə namizədliyini qeydiyyatdan geri götürməlidir, çünki MSK-ya özünün və ailəsinin Rusiya ərazisində sahib olduğu daşınan və daşınmaz əmlakı barədə məlumat təqdim etməyib. Kokoytı misal kimi Şimali Osetiya milisinin uçotunda olan, amma gəlirlər deklarasiyasında göstərilməyən “Şevrole-Niva” avtomobilini, o cümlədən Tibilovun ödəmədiyi nəqliyyat vergilərini gətirib. Cənubi Osetiyanın prezidentliyinə seçkilər barədə Konstitusiya qanununa görə, deklarasiya edilməmiş mülk qeydə alınmamaq üçün əsasdır
- Cənubi Osetiyanın DTK sədri Viktor Şarqayev DTK-nın şəxsi heyətini 2017-ci il aprelin 9-dək kazarma vəziyyətinə çevirib.
[/yes_list]
Eks-prezidentin tərəfdarları fəal olmaqda davam edirlər və öz liderlərini müdafiə məqsədilə sosial şəbəkələrdə səhifə aparırlar ki, bu səhifələr Cənubi Osetiyanın hüquq-mühafizə orqanları tərəfindən diqqətlə izlənilir. Məsələn, Facebook-da belə bir post meydana gəlib:
Оппоненты же Эдуарда Кокойты в основном говорят о том, что все, чего он жаждет, это власть.
Eduard Kokoytının opponentləri isə əsasən onun istədiyi tək şeyin hakimiyyət olduğunu deyirlər.
Sosial şəbəkələrdə 2011-ci ildə Kokoytının prezident seçkilərindən o zamankı opponentini – Rusiyanın sərbəst güləş üzrə yığmasının əsas məşqçisi Dzambolat Tedeyevi prezident seçkilərindən necə kənarlaşdırdığını xatırladırlar. Həmin dönəmdə Tedeyevin namizədliyinin ləğv edilməsinə səbəb məhz oturaqlıq senzinin pozulması olmuşdu. İndi Kokoytı özü oxşar vəziyyətdədir. Bununla bağlı sosial şəbəkələrdə məşhur atalar məsəli geniş şəkildə dolaşmaqdadır: “Başqasına quyu qazan özü düşər!”
Maraqlıdır ki, hazırkı seçkilərdə indiki prezident Leonid Tibilovun namizədliyini müdafiə edən Dzambolat Tedeyev özü təcili olaraq Sxinvala gəlib. Sxinvalda deyirlər ki, MSK Kokoytının prezidentliyə namizədlik üçün qeydiyyatdan keçməsini rədd edəndə, hökumət martın 4-də baş verən etiraz aksiyalarından qorxub və kömək üçün Tedeyevi çağırıb. O, indi sxinvallılarla görüşür və onları Tibilova səs verməyə səsləyir.
Leonid Tibilov
Leonid Tibilov Cənubi Osetiyanın prezidentliyi vəzifəsinə 2011-ci ildə respublikada baş vermiş ciddi təlatümlər və etiraz aksiyalarından sonra keçib. O zaman Eduard Kokoytı prezidentlik vəzifəsindən gedib, çoxluqsa onun yerinə Alla Cioyevanın seçilməsini tələb edib. Son nəticədə məsələ açıq qarşıdurmayadək gedib çıxmayıb və tərəflər Leonid Tibilovun namizədliyində dayanıb – bir çox ekspertin söylədiyinə görə, Moskva məhz onun namizədliyini fəal şəkildə müdafiə edib.
Leonid Tibilov bu gün mürəkkəb durumdadır. O, aprelin 9-da keçiriləcək prezident seçkilərində prezidentiyə namizəd kimi qeydiyyatdan keçib və hazırda faktiki olaraq digər iki əsas rəqiblə – spiker Anatoli Bibilov və “qiyamçı” Kokoytı ilə açıq konfrontasiyadadır.
Hazırkı prezidentin ünvanına söylənilən əsas tənqidlər Şimali Osetiyanın Şəhərətrafı rayonunda əlavə, bu respublikada sayca üçüncü seçki məntəqəsinin açılması ilə bağlıdır. Cənubi Osetiyanın MSK sədri Bella Pliyeva məlum qərarı “Cənubi Osetiyanın hüdudları kənarında yaşayan vətəndaşların konstitusiya hüquqlarına hörmət əlaməti” kimi izah edib.
Lakin sosial şəbəkələr və ictimai yığıncaqlarda prezidenti seçkilərdə inzibati resurslardan istifadə cəhdində günahlandırıblar.
Şimali Osetiyanın seçki məntəqələrində nə qədər Cənubi Osetiya vətəndaşının gözlənilməsi barədə məlumat yoxdur. Cənubi Osetiyanın konsulu Moris Sanakoyev deyir ki, “hətta təxmini məlumat belə yoxdur”.
İnsanlar bu məntəqələrdən hər birinə Cənubi Osetiya nümunəli pasportu ilə gələ bilər, onları qeydə alacaq və səsvermə üçün bülleten verəcəklər: biri prezidenti seçmək üçün, digəri isə Cənubi Osetiyanın adının dəyişdirilib Alaniya olması üçün eyni gündə keçirilən referendumda iştirak etmək üçün.
Cənubi Osetiya Alaniya olmağa hazırlaşır – “lehinə” və “əleyhinə” arqumentlər. JAMnews-un analizi
Şimali Osetiya ərazisində səs vermək istəyənlər hətta səsvermə günü seçki komissiyasının məntəqəsinə müraciət edə bilərlər.
Moris Sanakoyev deyir ki, Şimali Osetiyanın ərazisində seçki siyahıları yoxdur, amma “burda… çoxlu sayda vətəndaşımızın yaşaması barədə ümumi təsəvvür mövcuddur. İki respublika arasında miqrasiya kifayət qədər çoxdur”.
Lakin sosial şəbəkələrdə soruşurlar:
Digər istifadəçilər cavab verirlər:
Facebook-da digər post:
Cənubi Osetiyanın Parlamenti də əlavə məntəqə barədə qərarı tənqid edib:
Spiker Anatoli Bibilov “Exo Kavkaza” nəşrinə bəyan edib ki, diplomatik nümayəndəliklərin hüdudları xaricində səsvermə seçkinin nəticələrinin saxtalaşdırılması cəhdi kimi qiymətləndirir.
“Biz vətəndaşlarımızın aprelin 9-da Şimali Osetiyada səs verməsinin əleyhinə deyilik. Heç kəs buna qarşı deyil. Lakin bunun üçün konsulluq var, ora gəlib səs verə bilərlər… Bu isə yaxşıca planlaşdırılmış provakasiyadır. Onlar belə ediblər ki, bizim nümayəndələr Şəhərətrafı rayondakı məntəqədə olmasınlar. Belə hesab edirəm ki, bu məntəqədə nəticələr saxtalaşdırılacaq. Bundan başqa, bu məntəqədəki nəticələr qanuni sayıla bilməz, çünki ərazi özü qanunsuzdur və bəlkə bu ona görə belə edilir ki, Anatoli Bibilov qalib gəldiyi təqdirdə məhz həmin məntəqədəki nəticələrdən istifadə edərək, seçkilərin baş tutmadığını elan etsinlər”.
Hazırkı prezidentin ünvanına tənqidlər arasında növbəti arqumentlər xüsusi yer tutur – Leonid Tibilova onun sovet keçmişini bağışlaya bilmirlər. Belə ki, Tibilov Gürcüstan SSR DTK-da (o zamankı Cənubi Osetiya muxtar respublikasının şöbəsində) xidmət edib.
Sosial şəbəkələrdə yazırlar ki, “Tibilov köhnə bağlarını qırmayıb”.
Məsələn, Eduard Kokoytının rəsmi nümayəndəsi Qriqori Abayev yazır:
Sosial şəbəkələrdə Viktor Voronsov niki ilə qeydiyyatdan keçən digər şəxs yazır:
Anatoli Bibilov
Anatoli Bibilov – 2014-cü ilin iyunundan “Vahid Osetiya”nın daimi lideri – Cənubi Osetiya Parlamentinin sədridir. Onun hazırkı prezident Leonid Tibilovla qarşıdurması da elə həmin dönəmdən başlayıb.
Bibilov sələflərindən fərlqi olaraq, dərhal özünü prezidentə tabe olmayan siyasətçi kimi göstərib qanunverici hökumətlə icraedici hökumətin fəaliyyətini razılaşdırmamağa başlayıb.
İndiki seçkiöncəsi dönəmdə Bibilov hazırkı prezidentlə şiddətli rəqabətə girib və müntəzəm olaraq onu tərəfdarlarını təqib etməkdə və konstitusiya qanunlarını pozmaqda günahlandırır. O cümlədən, artıq yuxarıda qeyd olunduğu kimi, Şimali Osetiyada əlavə seçki məntəqəsinin açılmasında ittiham edir.
Lakin Bibilov sabiq və indiki prezidentlər (Kokoytı və Tibilov) arasındakı qalmqallı siyasi qarşıdurmaya şərh vermir və ümumiyyətlə, bu qarşıdurmaya qarışmır. Yaxınlarda Kvays şəhərində seçicilərlə görüşən spiker ona məlum qarşıdurma ilə bağlı birbaşa ünvanlıanmış sulaın cavabında sadəcə xalqı birliyə çağırıb.
“Seçiminizi müstəqil edin, seçkiöncəsi oyunlarda sizdən istifadə etmələrinə imkan verməyin”, – o deyib.
Martın 15-də Kokoytının tərəfdarları Ali Məhkəmənin onun prezidentliyə namizəd kimi qeydiyyatdan keçməsinə rədd cavabı verən qərarına qarşı etiraz etdikləri zaman, birdən belə bir şayiə yayıldı ki, guya indi ora spiker gələcək. Lakin bu eləcə də baş vermədi, parlamentin “Vahid Osetiya”dan olan deputatı Pyotr Qassiyevsə bəyan etdi ki, “Bibilov sabiq prezident Kokoytının tərəfdarlarına baş çəkməyi planlaşdırmır”.
Cənubi Osetiyada iki hakim fiqurun – prezident və spikerin cəmiyyətdə baş verən qarşıdurmanın fonunda faktiki susmaları ilə bağlı çaşqınlıqlar artmaqdadır.
Hazırkı prezident son iki həftədə bir dəfə də olsun xalqla görüşməyib və respublikada baş verən müstəsna və bəzən ekstremal olaylara bircə dəfə də olsun şəxsən reaksiya verməyib. Parlament spikeri, prezidentliyə namizəd Anatoli Bibilov seçkiöncəsi kampaniya dönəmində məzuniyyətə çıxıb, hərçənd müntəzəm olaraq rayonlarda seçicilərlə görüş keçirir.
Cənubi Osetiyalı politoloq Alan Parastayev “Kavkazskiy uzel” onlayn-nəşrinin platformasında öz bloqunda yazır:
“Kokoytı və onun tərəfdarları ultimatum irəli sürərək, prezident və nazirləırin istefa etməsini tələb ediblər.
Ancaq məni təəccübləndirən başqa şeydir – seçkiöncəsi meydanda daha bir oyunçu peyda olmadı. Anatoli İlyiç (spiker Bibilov – JAMnews). Mən onun vasitəçi rolunda çıxacağına, sakitliyin zəmini olacağına əmin idim! General, FHN-nin eks-naziri – vəziyyətsə, həqiqətən, fövqəladədir, bundan o tərəfi yoxdur! Axı o, sadəcə öz partiyasının lideri deyil, həm də Parlamentin – mahiyyətcə mili məclisin sədridir… İndi o deyil, bəs kim ön səhnəyə çıxmalı və amiranə səslə tərəfləri danışıqlar masasına oturtmalı və hər şeyi öz yerinə qoymalıdır?