Cənubi Osetiya Rusiyanın subyekti kimi – bu referendum haqqında ideya yenidən aktualdır
Seçki qabağı Cənubi Osetiyada gözlənildiyi kimi, Cənubi Osetiyanın Rusiya Federasiyasının bir hissəsi olmağı ilə bağlı referendumun keçirilməsi haqqında ideya yenidən gündəmə gəldi.
Və əvvəlki dəfələrdə olduğu kimi, bu ideya yenidən spiker Anatoli Bibilovla Leonid Tibilov arasında siyasi “pinq-ponq” rolunu oynadı. Amma bu dəfə onların hər ikisi daha çox Cənubi Osetiyada 9 aprel 2017-ci il tarixinə təyin edilən seçkilərdə rəqabət aparan prezidentliyə namizəd rollarında çıxış edirlər.
Bu iki Cənubi Osetiya lideri arasında siyasi gərginliyin kökündə də daha çox məhz bu ideya dayanır. Onların münasibətlərinin gərginləşməsinin xronologiyası müəyyən mənada aşağıdakı kimi ola bilərdi:
[yes_list]
- 2014-cü ilin yanvar ayında spiker Bibilovun “Vahid Osetiya” partiyası Cənubi Osetiyanın Rusiyanın tərkibinə keçməsi ilə bağlı referendum keçirməyi təklif etdi.
- Prezident Tibilov və onun komandası qəti şəkildə bu təşəbbüsə qarşı çıxış etdilər. Eyni zamanda bəyan edildi ki, xarici siyasi fəaliyyət yalnız prezidentin məsuliyyətlərinə daxil olan sahədir.
- Prezident Tibilov həm də bəyan etdi ki, “osetin xalqının yenidən birləşməsi ilə bağlı əsrlik arzusu bir siyasi partiya və onun lideri tərəfindən inhisara alına bilməz”.
- “Vahid Osetiya”ya tənqid atəşi altında referendum keçirməyi qadağan etdilər.
- 2016-cı ilin əvvəllərində prezident təşəbbüsü ələ keçirdi və özü həmin ilin avqust ayında Rusiyanın tərkibinə keçməklə bağlı referendum keçirməyə söz verdi.
- Eyni zamanda Tibilov Konstitusiyaya dəyişikliklər etməyi və prezidenti Cənubi Osetiyanın Rusiyanın tərkibinə keçməsi ilə bağlı RF prezidentinə müraciət etmək hüququnu verməyi təklif etdi.
[/yes_list]
Bu dəfə Rusiyaya birləşmək ideyasını yenidən parlament spikeri Anatoli Bibilov irəli sürdü.
Bibilov eyni zamanda bildirib ki, bu mövzu ilə bağlı “istənilən halda mənimlə prezident Tibilov arasında razılaşma var”. Ayrıca onu da qeyd edib ki, Rusiya qanunu buna imkan verir, amma “hər şey cari beynəlxalq vəziyyətdən asılıdır” və “bu mövzu bilavasitə Rusiya ilə bağlı olduğu üçün, rusiyalı həmkarlarla” məsləhətləşmələr gözlənilir.
Növbəti gün – martın 25-də prezident Leonid Tibilov öz seçiciləri ilə görüşüb və bu zaman da tam əksini bildirib: o, respublikanın adının Cənubi Osetiyadan Alaniyaya dəyişməsi ilə bağlı referenduma hazırlaşdığı bir vaxt RF-yə birləşməklə bağlı referendum haqqında ideyanı “vaxtsız bəyanat” sayır, istənilən halda da spiker bəyanatla çıxış etməzdən əvvəl onunla məsləhətləşməli idi.
Sosial şəbəkələrdə prezidenti dərhal unutqanlıqda ittiham etdilər və xatırlatdılar ki, spiker artıq çoxdandır ki, 2017-ci ili bu referendumun keçirilməsi ili adlandırır
Cənubi Osetiya RF-yə birləşmək təşəbbüsünü ilk növbədə, bir-birindən ayrılmış osetin xalqının – yəni Cənubi və Şimali Osetiyanın yenidən birləşməsi haqqında ideya kontekstində nəzərdən keçirir.
Cənubi Osetiyada bu təşəbbüsü əhalinin əksər hissəsi dəstəkləyir. JAMnews Şimali Osetiyada bu təşəbbüsə necə baxdıqlarını aydınlaşdırmağa çalışdı. Biz iki gün ərzində Vladikavkazın küçələrində sorğu keçirdik və çox sayda insanlara suallar verdik. Qısa proporsional nəticə videoda.
- Cənubi Osetiya təxminən 25 ildir ki, permanent münaqişə şəraitindədir. Hər şey 1990-cı illərin əvvəllərində, Sovet İttifaqı dağılandan sonra başladı, bu zaman bir neçə hərbi toqquşmadan sonra Cənubi Osetiya Gürcüstanın tərkibindən çıxdığını elan etdi. Bundan sonra da 1991-1992-ci illərin müharibəsi başladı, müxtəlif məlumatlara görə, həmin müharibə nəticəsində hər iki tərəfdən 200 minə qədər adam qaçqın və məcburi köçkün olub.
- 2008-ci ilin avqust ayında bu dəfə Rusiyanın iştirakı ilə başlayan müharibə beş gün davam etdi. Avropa İttifaqı tərəfindən baş verənlərin araşdırılması üçün yaradılan xüsusi komissiyanın hesabatına görə, Osetiya tərəfindən 365 nəfər, Gürcüstan tərəfindən isə 412 hərbi və mülki şəxs həlak olub. Bundan əlavə, 67 rusiyalı sülhməramlı da ölüb. Cənubi Osetiya ərazisində gürcü kəndlərinin 80 minə yaxın sakini öz evlərini tərk edərək, qaçqın və məcburi köçkün sıralarına qoşuldular.
- 2008-ci ilin oktyabr ayında Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıdı.