Cənubi Osetiya İsrailin yolunu gedir
foto JAMnews, Tamara Aqkatseva
9 aprel 2017-ci il tarixində Cənubi Osetiyada təxminən 80 faiz seçici Cənubi Osetiyanın rəsmi olaraq Alaniya Dövləti adını daşımasının lehinə səs verdi. Bu, prezident seçkiləri ilə eyni vaxtda keçirilən referendumda baş tutdu.
Tarix və müasir dəb
JAMnews-un sorğusu
Alanlar – IV əsrdə Qafqaz dağlarının ətəyində dövlət yaradan fars dilli tayfalardır, həmin dövlət XIII əsrə qədər mövcud olub.
Sonra bu əraziləri monqollar zəbt etdi. Alanlar da Qafqaz dağlarında gizlənməli oldu.
Bir çox tarixçilər alanları müasir osetinlərin əcdadları hesab edir və qeyd edirlər ki, alanların təsir izləri digər Qafqaz xalqlarının mədəniyyətində də hiss olunur.
İlk dəfə “Alaniya” adını rəsmən Şimali Osetiya özününkiləşdirdi və Şimali Osetiya-Alaniya Respublikası adlanmağa başladı.
Vladikavkazda “alanlar” və “Alaniya” sözlərinə tez-tez rast gəlinir.
Adətən də sakinlərə folklor ansambllarının konsertləri barədə məlumat verən reklam plakatlarında
Əvvəllər Vladikavkazın “Alaniya” komandasının çıxış etdiyi yerli stadionun divarlarında da bu sözə rast gəlmək olar. İndi bu, artıq tarixə çevrilib – ötən il “Alaniya” özünün tarixi “Spartak” adına qayıtdı.
Amma alanların irsi ilə bağlı olan hər şeyə maraq əslində səmimidir.
Misal üçün Vladikavkazın mərkəzində özünün və başqalarının rəsm əsərlərini satan Oleq həvəslə sizə indiki osetinlərin əcdadlarının nə qədər uzaq səfərlərə getməsi barədə danışa bilər. Onun sözlərinə görə, Rusiyanın Don və Donets və Avropanın Dunay çaylarının adlarında alan kökləri var.
Gənclər də yaşlı nəsildən geri qalmır. “Facebook”da qruplar yaradan Moskva və Avropa təhsilli gənc osetin intellektuallar özlərini ələ salaraq deyirlər ki, “… bəli, müəyyən alanlılıq bizə xasdır”. Bununla belə, tarixi köklərin axtarışı məsələsinə də çox ciddi yanaşırlar.
JAMnews, Janna Tarxanova, Vkadikavkaz
İlk növbədə onların doğma dilin qorunması narahat edir. Çünki onların dediyinə görə, Osetiya tarixi maddi obyektlərlə zəngin deyil.
UNESCO bildirir ki, osetin dili yoxa çıxır
Osetinlər üçün doğma dil son onilliklər ərzində danışıq dilinə çevrilib. Daha vacib funksiyaları öz üzərinə rus dili götürüb.
Buna görə də indi əsas məqsəd osetin dilini dəbə gətirməkdir.
Daha az savadlı təbəqələrdə bu ideyaya daha standart münasibət var:
Vladislav Kuzaev, Vladikavkaz sakini JAMnews, Tamara Agkatseva
Yəhudi çatışmazlığı
Ümumilikdə isə Cənubi Osetiya ərazisində “Alaniya Dövləti”nin yaradılması ideyası Şimali Osetiyada xüsusi anlayışla qarşılanmadı. Özü də nə gənclər, nə qocalar, nə intellektuallar, nə də zəhmətkeşlər arasında.
Rəhbərliyin ideyalarından heç də yaxşı şeylər gözləməyən, dünyagörmüş insanlar onlarla Alaniya məsələsi ilə bağlı referendumu müzakirə etməyə başlayanda misal üçün belə bir izahat verirlər: bütün bunlar yeni pasport, ştamplar və möhürlərə görə büdcə almaq üçündür.
Gənclərə bu sualla müraciət edəndə isə çox utanırlar, axı ilk dəfə bu haqda eşitdiklərini etiraf etmək o qədər də xoş deyil və nəhayət münasib bir cavab tapırlar: “İndi sessiyaya başımız qarışıb”.
“Dünyada adında dövlət idarəçiliyi formasının təsbit olunmadığı yeganə dövlət var, o da İsraildir”, – məşhur publisist Leonid Koçiyev deyir.
Bu fikirlə Vladikavkazdakı Sülh prospektində yerləşən çox yaxşı kitab mağazasının sahibi ilə bölüşdüm. O bu fikrə skeptik yanaşdı. Heç nə alınmayacaq, dedi, yəhudi çatmayacaq.
Rəqiblər
Şimali Qafqazda alanları öz əcdadları sayan digər namizədlər də var.
foto JAMnews, Tamara Aqkatseva
Достаточно отъехать недалеко от Владикавказа и пересечь границу с Ингушетией, чтобы увидеть недавно возведенные Аланские ворота. Заказчик и идейный вдохновитель объекта – мэр Назрани Беслан Цчоев, большой поклонник аланской идеи.
foto JAMnews, Tamara Aqkatseva
Vladikavkazdan bir azca uzaqlaşıb, İnquşetiya ilə sərhədi keçmək kifayət edir ki, bu yaxınlarda ucaldılan Alan darvazasını görəsən. Obyektin sifarişçisi və ideya müəllifi, Nazran meri Beslan Tsçoyev alan ideyasının böyük pərəstişkarıdır.
Yolun ortasında tarlada ucalan böyük kərpic tikili. Gözəl olsa da, qeyri-adi heç nəyi yoxdur, onun niyə məhz alan darvazası olması da tam aydın deyil. Belə darvazanı Voronej yaxınlığında qoysan slavyan köklərinə qayıdışı simvolizə edəcək, Kazan yaxınlığında qoysan tatar köklərinə.
Digər Qafqaz xalqlarının – karaçaylıların və balkarların da alanların problemlərinə və irsinə öz baxışı var.
“Biz alan xalqıyıq və alan ibadətgahları bizimdir. Onları əlimizdən alsaz, biz artıq alan olmayacağıq, bütün çoxəsrlik qəhrəmanlıq tariximizi itirəcəyik və manqurt, yəni əsli-kökü olmayan insanlara çevriləcəyik”, – bu, karaçay xalqının konqresinin keçmiş sədri Kazbek Çomayevin məruzəsindən sitatdır.
Bir müddət əvvəl Şimali Osetiyada kabardin müğənnisi Omar Otarov tərəfindən ifa edilən “alan” mahnısı ilə bağlı kiçik də olsa qalmaqal yaşandı. Mahnının məqsədi əsl alanların kabardinlər olduğunu sübut etmək idi.
Bu mahnı Şimali Osetiyada populyar olan “Maqas və Dedyakov” (iki qədim alan şəhərinin adları) adlı qrupda rekord sayda status aldı. Qrup alanlar, onların mənşəyi və müasir varisləri mövzusunun elmi müzakirəsi üçün yaradılıb.
“Mətndə 20 bənddən ancaq birində “alan” sözü işlənmir. Bu, gülməlidir. Alimlər az qala hər bir dolayı yolla alan sözünün xatırlanmasını damla- damla toplayırlar. Burada isə hər sözdən bir “alan”, “alan”, “alan” – elm dünyası isə susur”.
“Yaxşı, bəs mahnı nə barədədir? Tərcüməyə inansaq, naməlum bir natiq öz tayfasını hansısa nəsli-kökü olmayan və “qanı qara” olan “dənizdən gəlmələrlə” müharibəyə çağırır.” Bəs bu gözəl insanlar kimdir? Müəllifin özü burada adıgeyliləri görür. Yaxşı ki, Sauronun orklarını görmür.
“Əslində bu alanlar haqqında mahnı autotreninq seansını xatırladır: “alan, alan, alan, alan, alan, alan…”. Mahnı janrının bu şedevri həmin sözün istifadəsi tezliyinə görə özünəməxsus rekord vurub”.
Ümumiyyətlə, alan irsi mövzusu Şimali Qafqazda cəmiyyətlərdə ikili reaksiyaya səbəb olur.
Bir tərəfdən bu, səmimi maraqdır. Sovet dövrünün müqəvvaları yoxa çıxandan sonra öz tarixi köklərində ideoloji dayağı axtarmaq cəhdidir.
Digər tərəfdən də siyasətçilərin bu mövzu ilə alver etmək cəhdlərinə tənqidi baxışdır.