Cənubi Osetiya ətrafında avqust müharibəsindən 10 il sonra - nələr baş verir?
2008-ci il avqustun 8-də Gürcüstan və Rusiyanın iştirakı ilə Cənubi Osetiya ətrafında müharibə başlayıb. Beş gün davam edən müharibə beşgünlük avqust müharibəsi adını alıb.
İndi “Cənibi Osetiyada avqust müharibəsindən 10 il sonra – indən belə necə olacaq?” sualına cavab vermək üçün sözü Suxum/i, Tbilisi və Sxinval/i ekspertlərinə veririk.
Gia Nodia, politoloq, Tbilisi
2008-ci ildən bu tərəfə Gürcüstanda dəyişən əsas şey bizim münaqişələrə qarşı münasibətimizin prinsipial dəyişməsidir. 2008-ci ilə qədər cəmiyyətdə bu münaqişələrin tez həll olunma gözləntisi var idi və elə həmin Saakaşvilinin ritorikası məhz problemin növbəti seçkilərə az qala həll olunması üzərində qurulmuşdu. Fikrimcə, onun bu cür vədlər verməsi səhv addım idi. Amma onlar boş yerdən yaranmamışdı, buna konkret cəmiyyət sifarişi varıydı. 2008-ci ildən sonra o sifariş yox oldu. Çünki Rusiya ciddi şəkildə mövqeyini dəyişmədiyi halda münaqişəni həll etməyin mümkünsüzlüyü hamıya aydın oldu. Bu mövqeni dəyişmək üçün isə nə Qərbin, nə də Gürcüstanının resursları yoxdur. Başqa sözlə, problemin həlli qeyri-müəyyən vaxta qədər təxirə salındı.
Eyni zamanda avqust müharibəsindən sonra Qərb və Rusiyanın münasibətlərinə yenidən baxılmağa başlandı. Bundan əvvəl Qərb cəmiyyətində Rusiya düşmən deyil, şıltaq, özünəməxsus olmasına baxmayaraq, yenə də müttəfiq kimi qəbul edilirdi. Amma avqust müharibəsi də bu mövqeyin dəyişməsi üçün kifayət etmədi, bu müharibəni Qərbdə nəinki Rusiya siyasətinin, həm də qismən Saakaşvilinin xarakteri və temperamentinin nəticəsi kimi gördülər. 2014-cü ildə Ukraynadakı münaqişə artıq qərbi Rusiyanı düşmən kimi görməyə məcbur etdi.
Rusiya ilə münasibətlərə gəldikdə, hakimiyyət dəyişdikdən sonra onlar hakimiyyət tərəfdarlarının gözlədiyi kimi yaxşı, ona qarşı çıxanların gözlədiyi kimi qorxunc olmadı. Gürcüstanın qərbyönlü istiqamətliliyi dəyişmədi, dəyişən Rusiyaya münasibətdə ritorika və subyektiv yanaşma idi. Amma fundamental problemlər qalıb. Gürcüstan mallarının ixracı bərpa olunub, bunun nə dərəcədə yaxşı göstərici olduğunu deyə bilmərəm, çünki Rusiya bunu təyziq rıçaqı kimi də istifadə edə bilər. Əsas dəyişən cəmiyyətdəki əhvaldır. Əvvəllər Rusiyayönümlü baxışlar, siyasi və ictimai fəaliyyət tabulaşdırılmışdısa, indi bu Qərbi söymək kimi adi bir işdir. İndiki hakimiyyət tez-tez Rusiyayönümlü qüvvələrə arxalanır və orada Saakaşvilinin partiyasına qarşı olan müttəfiqlər görür.
Yeni hakimiyyət abxaz və osetinlərlə danışıqlar aparmaq istəməyən əvvəlki hakimiyyətdən fərqli olduğunu göstərmək üçün sülhsevər təşəbbüslərlə çıxış etdi, əlaqələri yoluna qoymaqdan ötrü abxazlar üçün ən uyğun namizəd olan Paata Zakareişvilini (barış məsələləri üzrə dövlət naziri vəzifəsinə) təyin etdi. Amma heç bir əlaqə qurmaq mümkün olmadı, əslində 2008-ci ildən sonra yürüdülən, o cümlədən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamağı nəzərdə tutan və eyni zamanda orada yaşayan insanlarla münasibətlərdə tam açıqlıq, müalicə proqramları və s. nəzərdə tutan siyasət yürüdülürdü. Məlum oldu ki, bu cür siyasətə alternativ yoxdur.
Giorqi Kanaşvili, politoloq, Tbilisi
Hesab edirəm ki, 2008-ci il müharibəsindən sonra dəyişən ən əsas şey yanaşmadır.Bu münaqişələrin bu gün və ya sabah həll olunmayacağı, bunun uzun proses olması və bizim üçün uzun müddət başağrısı olacağını anlamağımızdır.
2008-ci ildən keçən illər ərzində biz NATO və Aİ istiqamətində irəliləmişik. Əlbəttə, indi biz bu təşkilatlara üzv olmaqdan 2008-ci ildə olduğu kimi uzağıq. Amma bu institutların Gürcüstanla münasibətləri 10 il əvvələ baxanda xeyli intensivləşib.
Mən 2012-ci ildə keçirilən seçkilərdə “Gürcü arzusu” partiyasının qələbəsini 2008-ci il hadisələri ilə bağlı olduğunu hesab etmirəm, cəmiyyəti narahat edən başqa məsələlər də var idi – sosial, demokratik, insan haqları məsələləri böyük rol oynadı. Amma müəyyən dövrdə müsbət rol oynayan insanla bağlı risk yarandı. Mən getdikcə daha çox mənfi rol oynayan Bidzna İvanişvilini nəzərdə tuturam. Belə getsə, biz Ukrayna və Moldovanın ölkədə oliqarxların təsiri ilə necə mübarizə aparma təcrübəsini öyrənməli olacağıq.
Rusiya ilə münasibətdə, Gürcüstan özünü konstruktiv apararsa Rusiya onun üçün Abxaziya və Cənubi Osetiyanı “açacaq” illüziyası var idi. Və ya qarşılıqlı münasibətlər qapısını bir balaca açacaq ümidi. Amma bu, baş vermədi və çətin ki, baş versin.
Mən Gürcüstana arzulayardım ki, həmişə Rusiya tərəfə baxmasın, bu gün nə istədiyini və sabah nə edəcəyini, gürcü-abxaz və gürcü-osetin qarşılıqlı münasibətlərini necə gördüyünü düşünsün. Təəssüf ki, bu barədə bu gün yetərincə düşünmürlər. Ona görə də bü yöndəki nəticələri müsbət qiymətləndirə bilməyəcəm, amma bundan da pis ola bilərdi.
Başqa məsələlərdə Rusiyaya münasibətdə heç kimin böyük illüziyaları yoxuydu. 2008-ci ilin irsini, həm də Rusiyanın Ukraynadakı addımlarını nəzərə alsaq, Rusiya ilə münasibətlərdəki vəziyyət daha da pis ola bilərdi. Bu mənada Gürcüstan hakimiyyətinin addımlarını mənfidən daha çox müsbət kimi qiymətləndirə bilərəm.
Video: Tbilisi 2018-ci il həmin avqust günlərinin birində belə görünürdü
İnal Xaşiq, jurnalist, Suxum/i
On il əvvəl Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin avantürist siyasəti Cənubi Osetiyada müharibəyə çevirildi. Amma müharibənin beşinci günü böyük ümidlər bəslənən və təriflənən gürcü ordusu yox oldu. Onlar Rusiyanın köhnə tanklarının qarşısında Berezena yaxınlığında Napoleonun ordusu kimi, hər şeylərini atıb qaçdılar.
Daha sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiya tanıdı. O gündən o bu iki respublikanın yeganə təhlükəsizlik qarantı və donoru da Rusiya oldu.
Bizim üçün də bu gözlənilməz “happy end” sürpiz oldu. Sarsıdıcı. Sanki artıq “komunizm” bərqərar olub və sən artıq heç nəyə can atmamalısan. Səni qoruyurlar, yedizidirirlər, içizdirirlər. Rusiya “sehirli süfrə” kimi qəbul olunmağa başladı. Hər şey olduğu halda niyə işləyib, inkişaf etməliyik ki?
Yəni o dərəcədə rahatlandıq ki, hər yerdə islahatçılıq ritorikası olduğu halda, yerli elitanın bu ölkədə qalmaq üçün əsas motivasiyası Rusiyanın maliyyə yardımından faydalanmaqdır.
Başqa addım yoxdur, həm də bu elita nələrisə dəyişməkdən qorxur da. Çünki problem həddən artıq çoxdur, burada türkəçarə ilə kifayətlənmək mümkün olmayacaq. Ağır cərrahi əməliyyata ehtiyac var.
Amma sən etibarını itirmək üçün hər şey etmisənsə (bu gün heç bir siyasi qüvvə mitinqə mindən çox tərəfdarını toplamaq iqtidarında deyil), deməli cərrah deyilsən. Özünü qoruma hissi istənilən xoş niyyətlərə qalib gəlir.
Qəbul etmək nə qədər ağır olsa da, bu gün Abxaziyada qarşısı alınmaz ətalət hökm sürür. Hakimiyyəti sıravi vətəndaşları hövsələdən çıxardacaq dərəcədə tez-tez dəyişirlər, nəticə isə dəyişmir.
On beş il əvvəl baş nazir Gennadi Qaquliya bütün ticarət obyektlərində kassa apararlarını quraşdırmağa cəhd göstərdi. O vaxt bunu bacarmadı. Onu çıxardılar.
Həmin vaxtdan onlarla hakimiyyət dəyişib. Yəqin ki, bütün olan kartlardan istifadə edib, təkrar başdan başlayıblar. Baş nazir postunda yenə də Gennadi Qoquliyadır və o yenə də ticarətdə kassa aparatlarını tətbiq etməyə çalışır, yenə də nəticəsiz.
Dünya bu on beş il ərzində texnoloji inkişafda nəhəng bir addım atıb, biz isə yenə də öz arabamızda sürünməkdəyik. Əslində, dövlətçiliyimizi başqa inkişaf səviyyəsinə çıxarmalı olan on illik dövrü ümumi səylərlə zamansızlıq dövrünə çevirdik.
Belə də yaşayırıq.
Video: Suxum/i 2018-ci il həmin avqust günlərinin birində belə görünürdü
Dina Alborova, politoloq, Sxinval/i
Cənubi Osetiya Respublikasının öz müstəqilliyini elan etdiyi andan müstəqilliyimiz Rusiya Federasiyası tərəfindən tanınana qədər ölkəmizin təhlükəsizlik məsələsi həmişə gündəmdə olub.
Sosial-iqtisadi planda həyat həmişə çətin olub, amma bu, müstəqil qərarlar qəbul etmək üçün böyük imkanlar dövrü idi.
Bu gün təhlükəsizliklə bağlı məsələlər artıq müstəqillik tanınan dövrə qədər olduğu kimi kəskin durmur, sözsüz ki, Rusiya Federasiyasının sayəsində.
Təbii ki, sosial sahədə də müsbət dəyişikliklər var. Bu, vaxtında və stabil verilən maaşlar və pensiyalardır, sosial mənzillər tikilir, infrastruktura bərpa olunur və yenisi tikilir.
Digər tərəfdən, bu gün biz məhdud suverenlik vəziyyətində yaşayırıq. Çünki suverenliyimizin bir hissəsini Rusiya Federasiyasına vermişik.
Təəssüf ki, qərarlar burada qəbul olunmur. Biz Rusiya ilə müttəfiqlik və inteqrasiya haqqında əsas müqaviləni imzalayarkən öz suverenliyimizin bir hissəsini verdik.
Belə çıxır ki, stabillik və təhlükəsizliyi əldə etdik, azadlığımız isə azaldı.
Azadlıq deyəndə, söhbət ilk növbədə seçim azadlığından gedir. Sonra da seçim azadlığına hörmətdən. Seçim hər kəsin şəxsi məsuliyyətidir. Cəmiyyət və dövlət seçimimə hörmət etməli və hüquqlarımı pozmamalıdır.
Biz başqasının boynunda rahat oturmuşuq. Və bizə belə xoşdur. İqtisadiyyata hər hansı resurs qoyduğumuzu görmürəm. Orta biznesin inkaşaf etdiyini də görmürəm. Halbuki öz istehsalatımızı ayağa qaldırmalı, ərzaq təhlükəsizliyimizi təmin etməliyik, ətraf dünya ilə – Rusiya ilə – bizi əlaqələndirən yeganə yol bağlı olduğu halda ərzaqlar mağazadan yoxa çıxır.
Bi nəhayət insan, onun hüquqları barədə düşünməyə başlamalıyıq. Hələlik böyük təəssüflə dövlətin insanın hüquq və azadlıqlarına təzyiq faktını qeyd etməliyəm.
Video: Sxinval/i 2018-ci il həmin avqust günlərinin birində belə görünürdü