Bütün şərtlər nəzərə alınıb: Ermənistan parlamenti özünü buraxıb
Ermənistanın Milli Məclisi mayın 10-da ikinci dəfə baş naziri seçməyib. Bu, parlamentin özünü buraxması üçün lazım idi. Konstitusiyaya əsasən, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabinetinin istefasından sonra Milli Məclis iki dəfə yeni baş naziri seçməməlidir.
Parlament buraxılandan qırx gün sonra növbədənkənar seçkilər keçirilir. Yeni parlament seçilənə qədər köhnə adi rejimdə fəaliyyətini davam etdirməlidir.
Baş nazirin seçimi, daha doğrusu, seçilməməsi proseduru formal idi – növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyi daha əvvəl elan olunmuşdu. İqtidar bloku və iki müxalifət partiyası ölkədə siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda razılığa gəliblər.
Ermənistanda siyasi böhran 2020-ci ilin payızında Qarabağda gedən müharibədən sonra yaranıb. Ermənistan tərəfinin məğlubiyyətindən dərhal sonra müxalifət baş nazirin istefasını tələb etməyə başlayıb. Amma Nikol Paşinyan bildirib ki, bu vəzifəyə bütün ölkə vətəndaşlarının iradəsi ilə seçilib və sadəcə müxalifət tərəfdarlarının tələbi ilə getməyəcək. Yeganə çıxış yolu qalırdı – növbədənkənar seçkilərin keçirilməsi.
Birinci dəfə parlament yeganə namizəd Nikol Paşinyanın baş nazir seçilməsini mayın 3-də rədd edib.
Amma namidəin müzakirəsi hər iki halda uzun sürüb və 2018-ci ilin yazında – “məxməri” inqilab nəticəsində hakimiyyətə gələndən sonra iqtidar blokununedə bildiklərinin və bilmədiklərinin ümumiləşdirməsinə və dəyərləndirməsinə çevrilib.
Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan uzun çxış edib və deputatların suallarına cavab verib. O seçkilərin keçirilməsi, komandasının uğurları və uğursuzluqları haqda danışıb, yenidən Türkiyə ilə münasibətlərinə dair suallara cavab verib. Paşinyan öz hökumətinin “ən böyük probleminin” ikinci Qarabağ müharibəsi olduğunu bildirib.
- Seçki ərəfəsində bəyanat: Ermənistanın eks-prezidenti Robert Koçaryan “Hayastan” blokuna rəhbərlik edəcək
- Qayıtmaq üçün getmək? Ermənistanın baş nazirinin gedişinin anlamı nədir? – Şərhlər
Qarabağ müharibəsi haqda
2018-ci ilə qayıtsa, nəyi dəyişərdi sualının cavabında baş nazir səlahiyyətlərinin icraçısı bildirib ki, ikinci Qarabağ müharibəsi onun hakimiyyətinin “ən böyük problemi” olub, amma “qayıdışı olmayan nöqtəyə” hələ onun hakimiyyətə gəlişindən əvvəl varılıb. O, artıq dəfələrlə deyir ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi əvvəlki hakimiyyət tərəfindən uğursuzluğa düçar edilib.
Bundan başqa, Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsinin və danışıqlar prosesinin getdiyi şərait xüsusi parlament komissiyası tərəfindən araşdırılmalıdır:
“Mən dindirməyə getməyə hazıram. Mənim kabinetim və iqamətgahım da axtarışa hazırdır. Baxmayaraq ki, hadisələr zamanı onlar mini-axtarışa məruz qalıb və əgər orada nəsə şübhəli bir şey olsaydı, tapılardı”.
Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın formalaşdırılması məsələsinin “yeni parlamentin ən mühüm işlərindən biri” elan olunmasını təklif edib.
Seçkilərin keçirilməsi haqda
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan hakimiyyəti hətta istəsə də, seçkilərin nəticələrini saxtalaşdıra bilməz. Onun sözlərinə görə, ölkədə intitusional dəyişikliklər baş verib və indi artıq hakimiyyətdə kimin olacağına real olaraq xalq qərar verir. Üstəlik seçkilərə müşahidə heç vaxt olmadığı qədər diqqətli olacaq:
“Ölkədə seçki məntəqələrinin 97 faizində Mərkəzi Seçki Komissiyasının videokameraları quraşdırılacaq, onlar canlı yayım həyata keçirəcəklər.
MSK-nın kameralarından başqa, indi hamının telefonunda kamera var. Onların köməyi ilə yalnız çəkmək yox, həm də canlı yayım aparmaq mümkündür. İstər hakimiyyətdən, istərsə də müxalifətdən olan namizədlərin səlahiyyətli nümayəndələri məntəqələrdən canlı yayım aça biləcəklər. Hər bir seçici bülleteninin telekamera obyektivində olacağını desək şişirtmiş olmarıq”.
Büdcəyə daha çox pul daxil olur
Öz hökumətinin uğurları haqda danışarkən Paşinyan vurğulayıb ki, hökumət əlavə gəlir vergisini azaldıb, amma dövlət büdcəsinə daxilolmalar artıqb.
O izah edib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədə rəsmi qeydiyyatdan keçmiş iş yerləri 85 minə qədər artıqb, işçilər əmək hüquqları, dövlət isə büdcəyə əlavə vergi daxilolmaları əldə edib.
Paşinyanın sözlərinə görə, əlavə məbləğlər həm də ona görə daxil olub ki, şirkətlərin vergidən yayınmaq üçün işçilərə bir maşşı verib, sənədlərdə isə daha az məbləğ qeyd etdiyi kök salmış ənənəni aradadan qaldırmaq mümkün olub:
“2021-ci ilin martında 2018-ci illə müqayisədə ölkədə əmək haqqının ümumi leqal fondu ayda 36 faiz və ya 34 milyard dram həcmində, orta aylıq əməkhaqqı isə təxminən 20 faiz artıb”.
Ankaraya münasibətdə rəsmi Yerevanın münasibəti
Ermənistan və Türkiyə münasibətləri və Paşinyan hökumətinin bu ölkənin rəhbərliyi ilə hər hansı razılaşmaları cəmiyyətdən gizlətməsi ehtimalı ilə bağlı mövzu cəmiyyətdə hələ də müzakirə olunur. Bu gün Paşiyan da yenidən “Türklər kimdir – dost, düşmən, ya qonşu?” sualına cavab verməli olub.
“Bu nə mövzudur: türk bizim düşmənimizdir, ya yox? Bu, bəyanatlar yolu ilə həll edilmir. Bu, tarixi reallıqdır. Düşmənçilik idarəolunan olmalıdır və biz bu yolla gedəcəyik. İdarə olunmayan düşmənçilik ifadəsinə imkan verməmək lazımdır”, – Nikol Paşinyan bildirib. Onun sözlərinə görə,
“Türkiyə bizim düşmənimizdir, amma həm də qonşumuzdur”, “düşmənlər elə məhz qonşular arasında olur”, amma Ankara ilə münasibətlərdə düşmənlik dərəcəsi idarəolunan olmalıdır.